Xəbər haqqında
30 Noyabr 2017 - Cümə axşamı 11:39 4747 nəfər oxuyub
 
Azərbaycanı dəstəkləyən sənəd qəbul olundu, Ermənistan iclası tərk etdi
GÜNDƏM Xəbəri
Azərbaycanı dəstəkləyən sənəd qəbul olundu, Ermənistan iclası tərk etdi

Noyabrın 29-da Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 50-ci Baş Assambleyasının iclası baş tutub. İclasda Azərbaycanın lehinə qəbul olunan bəyannamə Ermənistan nümayəndə heyətinin hiddətinə səbəb olub.

 

Xeber365.com erməni mətbuatına istinadla yazır ki, Ermənistan nümayəndə heyəti iclası boykot edərək zalı yarımçıq tərk edib. Buna səbəb QDİƏT-in yaranmasının 25 illiyinə həsr edilən bəyənnamənin qəbul edilməsi olub. Belə ki, qəbul olunan sənəddə deyilir: “QDİƏT dövlətlərinin BMT, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası üçün səy göstərilməlidir”.

 

Təşkilatçı ölkə kimi Ukrayna tərəfi Rusiya nümayəndə heyətini tədbirə dəvət etməyib. Ermənistan bəyannaməni anti-erməni sənəd adlandırıb və sənədin qəbulunu Ermənistana təhqir kimi qiymətləndirib. Öz növbəsində, Ermənistan nümayəndə heyəti assambleyanın iclasını boykot edib.

 

Erməni nümayəndə heyətinin üzvü Aqvan Vardanyanın sözlərinə görə, bəyannamə Türkiyə və Azərbaycanın səyləri nəticəsində qəbul olunub. Rusiyanın da iclasa dəvət olunmaması anti-erməni və anti-rus sənədin qəbul olunmasına şərait yaradıb.

 

Qeyd edək ki, bəyannamə Ermənistanda hiddətlə qarşılanıb. Ölkədə QDİƏT-dən çıxmaq məsələsi gündəmə gətirilib.

Mənbə: Müəllif:
Azərbaycanı, dəstəkləyən, sənəd, qəbul, olundu,, Ermənistan, iclası, tərk, etdi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı