Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 16:07 173 nəfər oxuyub
 
Azərbaycanlı İŞİD-çilər Vətənə qayıdarsa, burda da mühakimə olunacaq
GÜNDƏM Xəbəri
Azərbaycanlı İŞİD-çilər Vətənə qayıdarsa, burda da mühakimə olunacaq

Suriyada 250-dən çox İŞİD terrorçusu ailəsi ilə birlikdə Raqqa şəhərindən çıxarılıb. Onların arasında azərbaycanlıların da olduğu bildirilir. 

 

Xeber365.com BBC-yə istinadən bildirir ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri ilə  Suriya Demokratik Birləşmələri arasında əldə edilmiş anlaşmaya görə İŞİD-çilər təhlükəsiz şəkildə evakuasiya edilib.

 

 

Araşdırmada ortaya çıxan əsas sual Suriyadan təmizlənən İŞİD terrorçularının aqibəti ilə bağlıdır. BBC məlumat verir ki, onlardan bir qismi  Raqqadan çıxdıqdan sonra Suriyanın digər rayonlarına, bəziləri isə Türkiyəyə keçib.

 

 

Maraqlıdır, Suriyada vuruşan azərbaycanlı İŞİD üzvlərini nə gözləyir?

 

Ekspert Azər Allahverənov Xeber365.com-a açıqlamasında bu barədə danışmağın hələ tez olduğunu dedi: "Çünki, həmin terrorçuların ilk olaraq Suriyada məsuliyyətə cəlb edilməsi prosesi olacaq. Əgər terrorçuların öz ölkələrinə geri qaytarılması ilə bağlı qərar çıxarılarsa bu zaman məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi qarışacaq. Suriyaya gedib İŞİD tərəfdən döyüşən azərbaycanlılar Azərbaycan qanunlarına görə mühakimə olunacaq. Ancaq onlardan çoxunun buraya qayıdacağına inanmıram".

 

 

Xatırladaq ki, bundan əvvəl İraq ordusu İŞİD-lə bağlı şübhəli bilinən 200-ə qədər azərbaycanlı qadını saxlamışdı. Bu barədə iraqlı deputat Vian Dahil özünün “Tvitter” səhifəsində paylaşım etmişdi. Xanım millət vəkili qadınların İŞİD üzvləri kimi həbsxanalara yerləşdiyini qeyd etmişdi. 

 

 

 Bununla bağlı məlumatı şərh edən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məlumatların yeni olmadığını və araşdırıldığını bildirmişdi. “Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”.

 


 
 

 

Mənbə: Müəllif:
Azərbaycanlı, İŞİD-çilər, Vətənə, qayıdarsa,, burda, da, mühakimə, olunacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı