Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 20:01 65 nəfər oxuyub
 
AZAL yeni müasir təyyarələr alır - Saziş imzalandı
İŞ DÜNYASI Xəbəri
AZAL yeni müasir təyyarələr alır - Saziş imzalandı

"Azərbaycan Hava Yolları" (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəliblər.

 

AZAL-ın mətbuat xidmətindən Xeber365.com-a verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) imzalayıb.

 

Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

 

Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.

 

"Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”, - deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib.


"Biz "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk. Yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək", - deyə öz növbəsində “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib.

 

“Azərbaycan Hava Yolları” MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

 

AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkətin "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixi var və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.

 

"Azərbaycan Hava Yolları", həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurla istismar edir.

Mənbə: Müəllif:
AZAL, yeni, müasir, təyyarələr, alır, -, Saziş, imzalandı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa