The document has moved here.
|
||
Azdrama bağlandı | ||
YARADICI Xəbəri | ||
![]() |
||
|
||
“Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb”. Bu barədə APA-ya Teatrın Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub: “Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşaların fevralın 7-dən etibarən nümayiş olunacaq”. |
||
|
||
Azdrama, bağlandı, |
|