The document has moved here.
|
||
AzTV-nin binasında uçqun olub, ölən var - YENİLƏNİB | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub. *** 21:54 “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
"Xəbər365"in məlumatına görə bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bu gün axşam saatlarında QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə televiziyanın bir əməkdaşı xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır. |
||
|
||
AzTV-nin, binasında, uçqun, olub,, ölən, var, -, YENİLƏNİB, |
|