Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 15:11 5217 nəfər oxuyub
 
Bərzanidən Türkiyəyə təşəkkür
DÜNYA Xəbəri
Bərzanidən Türkiyəyə təşəkkür

İraq Kürd Muxtariyyətinin lideri yaşanan gərginliyə rəğmən yardım əli uzadan Türkiyəyə təşəkkür edib. 

 

Xeber365.com türk mətbuatına istinadla bildirir ki, Nəçirvan Bərzani ötən gecə baş verən güclü zəlzələdən sonra Türkiyənin onlarla əlaqə yaradaraq humanitar yardım göstərməsini alqışlayıb. Bərzani qeyd edib ki, İran-İraq sərhədində baş verən 7.2 ballıq dağıdıcı zəlzələdən sonra bölgəyə ilk yardımı Türkiyə Qızıl Aypara Cəmiyyəti göndərib.

 

Muxtariyyətin hökumət sözçüsü Səfin Dizayi də sosial media hesabında yazdığı açıqlamada Türkiyənin AFAD və Qızıl Aypara cəmiyyətlərinə yardım təklifi üçün təşəkkür edib.

 

Zəlzələ zamanı ən çox itkiylə üzləşən Dərbəndihan rayon rəhbəri Nasih Hasan da mətbuata açıqlamasında “imdadımıza yetişən Türkiyə Qızıl Ayparasına minnətdarıq” deyə bildirib.

Mənbə: Müəllif:
Bərzanidən, Türkiyəyə, təşəkkür,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı