Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 12:01 30 nəfər oxuyub
 
Bakı Şopinq Festivalının müddəti uzadıldı
İŞ DÜNYASI Xəbəri
Bakı Şopinq Festivalının müddəti uzadıldı

“Baku Shopping Festival”  noyabrın 25-dək uzadılıb.
 

 

Xeber365.com bildirir ki, müddətin uzadılmasına səbəb sahibkarların ölkə rəhbərliyinə müraciəti olub.

 

Noyabrın 25-dək davam edəcək Şopinq Festivalda 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb.

 

Budəfəki festivalda 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.

 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

 

 
 

Mənbə: Müəllif:
Bakı, Şopinq, Festivalının, müddəti, uzadıldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı