Xəbər haqqında
13 Noyabr 2017 - Bazar ertəsi 10:56 252 nəfər oxuyub
 
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
BAXIŞ Xəbəri
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH

"İxrac mallarının 5,9, idxal mallarının 20 faizi dəmiryol nəqliyyatı ilə daşınır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal edilib. Bu dövr ərzində xarici ölkələrlə 12,5 milyard ABŞ dolları məbləğində, o cümlədən 7,2 milyard dollarlıq ixrac və 5,3 milyard dollarlıq idxal əməliyyatları aparılıb".

 

Xeber365.com məlumat verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, idxal mallarının 62,9 faiz avtomobil, 20,0 faizi dəmiryolu, 10,5 faizi hava, 5,5 faizi dəniz nəqliyyatı vasitələri ilə gətirilmiş, 1,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib: "Bu, o deməkdir ki, bu ilin 8 ayında yalnız 1 milyard 60 milyon dollarlıq idxal malları dəmiryolu ilə gətirilib. 2017-ci ilin yanvar-avqust aylarında ixracın 84,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 7,2 faizini avtomobil, 5,9 faizini dəmiryolu, 2,0 faizini hava, 0,8 faizini dəniz nəqliyyatı vasitələri ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. Belə olan halda da bu ilin 8 ayında xarici tərəfdaşlara yalnız 426 milyon 157 min dollarlıq ixrac məhsulu dəmir yolu ilə göndərilib.

 

İdxal və ixrac əməliyyatlarında dəmiryolu ilə daşınmanın payının az olması xarici ticarətdə məhsulların struktur göstəriciləri ilə bağlıdır. Belə ki, Azərbaycanın ixrac məhsulunun əsasən xam neftdən ibarət olması və onun da boru kəmərləri vasitəsilə nəql edilməsi, idxal mallarının isə ölkəyə əsasən Rusiya və Türkiyədən avtomobil nəqliyyatı vasitəsilə daşınması dəmiryol nəqliyyatının rolunu xeyli aşağı salır. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə düşdüyünü nəzərə alaraq daşınmaların strukturunda dəmiryol nəqliyyatının xeyrinə dəyişiklik edilməsi üçün bu sektorda daşınma xidmətləri, tarifləri və standartları beynəlxalq tələblərə uyğunlaşdırılmalı, dəmir yol nəqliyyatının texniki təchizatı və orta sürət göstəriciləri yaxşılaşdırılmalıdır. Amma çox şey yenə də idxal və ixrac mallarının quruluşundan və onun xüsusiyyətindən asılıdır".

 

Qubad İbadoğlu bildirir ki, əsasən neft və qaz ixrac edən ölkə üçün daşınmalarda yenə də əhəmiyyətli mövqe boru kəmərlərinə məxsus olacaq: "Belə olan halda isə BTQ dəmiryol xəttinin rentabelliyini təmin etmək ilk onillikdə mümkün olmayacaq. Çünki bu xidmət üçün lazım olan səviyyədə mal təchizatı üçün nə Azərbaycan, nə də region ölkələrinin iqtisadiyyatının gücündədir".

Mənbə: Müəllif:
Bakı-Tbilisi-Qars, dəmiryol, xəttinin, rolunu, necə, yüksəltməli?-ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı