Xəbər haqqında
06 Sentyabr 2017 - Çərşənbə 16:32 1773 nəfər oxuyub
 
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Qubad İbadoğlu: Regionda baş verən istənilən strateji proses Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir
BAXIŞ Xəbəri
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi

21 noyabr 2007-ci ildə Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qarsa dəmiryolu xəttinin təməli qoyuldu. Marabdadan başlayan bu yol çox keçməkeşli və əziyyətli olmuşdu. Geridə qoyduğumuz 10 il müddətində bu yolun “reys”ləri atılacaq yerlərə bombalar da düşdü.

 

Yəqin ki, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan qarşıdurmasını xatırlayırsınız.  Həmçinin, 2009-2010-cu illərdə dünyanı cənginə alan qlobal iqtisadi böhranı da yaddan çıxarmaq olmaz. Həmin illərdə büdcə təşkilatları, dövlətlər böyük maliyyə tələb edən layihələrin icrasını saxladı. Bir növ “kəmər sıxma” mərhələsi başladı. Lakin bu, Bakı-Tbilisi-Qars layihəsini çox yubada bilməzdi. Erməni lobbisi hələ biz Bakı-Tbilisi-Qars layihəsinin nə olduğunu anlamamış iş başında idi. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətinin 2005-2007-ci illərdə dəfələrlə müraciətinə baxmayaraq, nə Avropa İttifaqı, nə də Amerika Birləşmiş Ştatları layihəni maliyələşdirdi. Əvəzində bizə təklif etdilər ki, yolunuzu Gümrüdən salaq. Qərbdən Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb etdilər. Lakin bizi pulla “boğa” bilmədilər.

 

Azərbaycan, Gürcüstan tərəfində aparılacaq işlərin maliyyələşməsi üçün kredit ayırmağı öz üzərinə götürdü və rəsmi Tbilisiyə ildə 1 faiz dərəcəsi ilə 25 illik 220 milyon dollar kredit verildi. Beləliklə, tarix yazılmağa başladı...

 

 

Artıq bir neçə gün də gözlədikdən sonra Qarsa qatarla gedə biləcəyik. Necə düşünürsünüz, bütün bu əziyyətlər və problemlər Bakıdan Qarsa qatarla getmək üçün idi? Həm hə, həm də...

 

Bakıdan Qarsa uzanan müzakirələrimizi iqtisadçı analitik Qubad İbadoğlu ilə davam etdirdik. Qubad İbadoğlu hesab edir ki, bu layihə daha çox siyasi layihədir:

 

“Bu layihə Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan həmişə karbohidrogen ehtiyatları ilə zəngin olan bir ölkə kimi tanınıb. Lakin bu layihə Azərbaycanı həm də tranzit, müxtəlif malların daşınması üçün əhəmiyyətli bir ölkə kimi tanıdacaq. Bakı-Tbilisi-Qars dəmiryolu bizim mövqeyimizi çox gücləndirəcək. Bu xətt təkcə Türkiyə ilə Azərbaycanı birləşdirmir. Bütövlükdə götürəndə Şərqlə Qərbi birləşdirir. Bundan əlavə, Avropa və Asiya arasında Azərbaycanın yerini təsbit edən bir amildir.

 

Eyni zamanda, daşınmaların Azərbaycan vasitəsilə həyata keçirilməsi çox böyük iqtisadi mənfəətdən xəbər verir. Bu yol vasitəsilə Avropa və Türkiyədən gələn malların dəniz yolu ilə Mərkəzi və Şərqi Asiyaya daşınması da nəzərdə tutulub. Bütün bunları nəzərə alsaq, bu layihənin Azərbaycanı logistika ölkəsinə çevirdiyini görmək olar. Bundan əlavə, Azərbaycan bu yolla öz məhsullarını da asanlıqla dünya bazarına çıxara biləcək. Bakı-Tbilisi-Qarsa dəmiryolu layihəsi həm Azərbaycanın, həm də dövlət büdcəsinin nəqliyyat daşımalarından sabit gəlirini təmin edəcək”.

 

Bəs Qarsın Naxçıvana yaxınlığın nəzərə alaraq bu yolun həm də Naxçıvanla Bakını birləşdirəcəyini düşünsək, yanılmarıq ki?

 

Qubad İbadoğlu təəssüflə qeyd edir ki, Naxçıvan bu şəbəkədən kənarda qalıb: "Bu, aparıcı yoldur, Naxçıvan da nə vaxtsa bu yolun qolu ola bilər. Naxçıvanla Azərbaycan arasındakı dəmiyolu xətti bərpa olunarsa, Türkiyənin Naxçıvanla qonşu şəhərlərinin yüklərini məhz bu yolla daşımaq olar. Məsələn, İğdırda istehsal olunan mal Naxçıvan vasitəsilə Azərbaycana, buradan da Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya ötürülə bilər. Nəticədə çox qısa bir dəhlizin yaranmasına səbəb olar ki, bu da daşımalarda maya dəyərinin, xərclərin xeyli azalmasına gətirib çıxara bilər. Lakin indiki şəraitdə bu, real görünmür. Çünki Naxçıvandan İran vasitəsilə dəmiryolu xətti çəkmək, yük daşımaları həyata keçirmək hələ ki, səmərəli deyil. Bu, kifayət qədər xərc və vaxt tələb edir. Ona görə də çox yaxşı olardı ki, işğal faktoru ortadan qaldırılaraq klassik yol açılsın. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Naxçıvanla Azərbaycan arasındakı quru yolunun açılması bütövlükdə bölgənin inkişafı üçün çox böyük zəmin yarada bilər”.

 

 

Həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə mediası bu layihəni böyük zəfər kimi təqdim edir. Layihə böyük və tarixi layihədir. Lakin zəfər, bildiyimiz kimi, böyük mübarizənin sonunda qazanılır, özü də düşmən üzərində. Bəs bu layihə Azərbaycanın düşmən üzərində növbəti qələbəsidir, yoxsa həm də "Bakı-Tiblisi Ceyhan”ın, “Bakı-Ərzurum”un davamıdırmı?

 

Həmsöhbətimiz deyir ki, regionda baş verən istənilən strateji proses Rusiyanın maraqları ilə ziddiyyət təşkil edir: "Rusiya öz mənfəəti baxımından regionu heç bir ölkə ilə bölüşmək istəmir. Ona görə də düşünürəm ki, burada Rusiyanın reaksiyasına işarə edilir. Əslində, Rusiya Şimal-Cənub dəmiryol xəttinin olmasında maraqlıdır. Lakin bununla belə, Bakı-Tbilisi-Qars xeyli gecikdi. Əslində, bu yol çoxdan istifadəyə verilməli idi. Düşünürəm ki, gecikmədə Rusiyanın rolu böyük olub. Lakin artıq, bu maneələrin hamısı dəf olundu. Yəqin ki, bu ilin sonuna kimi bu yoldan istifadə olunacaq”.

 

Qeyd edək ki, uzunluğu 838,6 km olan Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşıması nəzərdə tutulub. Azərbaycanın iqtisadi əlaqələrinin güclənməsi fonunda Ermənistan ərazisindən keçən və uzun zamandır ki, bağlı olan Qars-Gömrü-Tbilisi xəttinin istifadəsiz qalması Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Azərbaycan isə, əksinə, Türkiyə ilə Orta Asiya ölkələri arasında quru yol baxımından söz sahibinə çevriləcək. İranın qonşu ölkələrlə dəmiryolu əlaqələrini gücləndirmək istəyi isə, Azərbaycanın perspektiv mövqeyini bir qədər də gücləndirir.

 

İqtisadi qazancları nə qədər cəlbedici olsa da, “Bakı-Tbilisi-Qars”a sadəcə bir dəmiryolu layihəsi kimi yanaşmaq qəbuledilməzdir. Bu yol, ilk növbədə, tarixi ipək yolunun təkrar canlandırma, bölgə ölkələriylə iqtisadi əlaqələrlə yanaşı, ictimai və mədəni əlaqələri möhkəmləndirmə yoludur.

 

Mənbə: Müəllif: XƏBƏR365
Bakı-Tbilisi-Qars, dəmiryolunu, gecikdirən, Rusiya, oldu, -, Ancaq, maneələr, dəf, edildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort