The document has moved here.
|
||
Bakı və Abşeronda minimal temperatur mənfi 6 dərəcə olub | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən, ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb. Bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib. İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub. “Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib”, - o bildirib. |
||
|
||
Bakı, və, Abşeronda, minimal, temperatur, mənfi, 6, dərəcə, olub, |
|