Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 12:38 140 nəfər oxuyub
 
Bakıda 461 avtobus sürücüsünün məhkumluğu var
GÜNDƏM Xəbəri
Bakıda 461 avtobus sürücüsünün məhkumluğu var

"Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub".

 

Xeber365.com yazır ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcılar ilə görüşdə deyib.

 

Agentlik rəsmisinin sözlərinə görə, BNA daşıyıcılarla aparılan birgə iş nəticəsində 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu ünvanlayıb: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".

 

 Avtobus xətlərində həm sürücülər, həm də nəzarətçilərə nəzarət gücləndirilməlidir. Bəlkə də 175 saylı avtobusda sürücü sükanı öz qardaşına verməsəydi, o qəza olmazdı. Burada da daşıyıcı məsuliyyətsizliyi var” deyə Mübariz Abbasov vurğulayıb.

Mənbə: Müəllif:
Bakıda, 461, avtobus, sürücüsünün, məhkumluğu, var, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı