The document has moved here.
|
||
Bakıda ağır qəza hadisəsi: ölən və yaralananlar var | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Fövqəladə Hallar Nazirliyi (FHN) Zığ şosesində baş verən yol qəzası barədə məlumat yayıb.
FHN-dən Xeber365.com-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib. |
||
|
||
Bakıda, ağır, qəza, hadisəsi:, ölən, və, yaralananlar, var, |
|