Xəbər haqqında
06 Yanvar 2018 - Şənbə 22:17 270 nəfər oxuyub
 
Bakıdakı ağır qəzada yaralananların adı məlum oldu
GÜNDƏM Xəbəri
Bakıdakı ağır qəzada yaralananların adı məlum oldu

Bakıda 175 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun dərəyə aşması nəticəsində yaralananların adları məlum olub.

 

Xeber365.com Report-a istinadla yazır ki, Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

 

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

 

Zığ şosesində baş vermiş qəza zamanı xəsarət alan şəxslər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Yaralıların adları aşağıdakı kimidir:

 

1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü

2. Teymurova Afət Seyfəddin qızı, 1974

3. Cəfərova Sevda Müəllim qızı, 1961

4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,

5. Qurbanova Mətanət Əzim qızı, 1960

6. Həsənov Taleh Fuad oğlu, 1998

7. Savgin Vasili Aleksandr oğlu, 1975

8. Hüseynli Müşfiq Hicran oğlu, 1998

9. Babayeva Tahirə İlyas qızı, 1936

10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959

11. Yedyayeva İrina Valeri qızı , 1975

12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981

13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003

14. Məmmədli Aygül Vüqar qızı, 2002

15. Namazov Sədi Qəhrəman oğlu, 1938

 

Mənbə: Müəllif:
Bakıdakı, ağır, qəzada, yaralananların, adı, məlum, oldu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı