Xəbər haqqında
11 Yanvar 2018 - Cümə axşamı 12:24 148 nəfər oxuyub
 
Barselona-nın pulu qurtardı
İDMAN Xəbəri
Barselona-nın pulu qurtardı

Hücuma meylli yarımmüdafiəçi Filip Koutinyonu heyətinə qatan "Barselona"nın yeni transferlər üçün pulu qalmayıb.

 

Xeber365.com bildirir ki, bu barədə "Marca" qəzeti yazıb. Qəzetin məlumatına görə, "Liverpul"un ulduzu Koutinyonun transferi üçün 120 milyon xərcləyən klubun xəzinəsi boşalıb.

 

Braziliyalı yarımmüdafiəçi başda olmaqda "Barselona" transferlərə 312 milyon avro sərf edib: Dembele 105 milyon, Paulinyo 4 milyon, Semedu 30,5 milyon, Deulfeu 12 milyon, Marlona 5 milyon avro. Yaxın vaxtlarda braziliyalı müdafiəçi Yerri Minin transferindən sonra bu rəqəm 12 milyon avro artacaq.

 

Neymarın satışından 222 milyon avro gəlir əldə etməsinə baxmayaraq, katalanların borcu son ildə 300 milyon avroya çatıb. Siyasi böhranla əlaqədar yeni sponsor axtarışları uğursuzluqla nəticələnən klub mövsümün sonuna qədər çıxış yolu tapmasa "Kamp Nou"nun təmir işləri dayandırılacaq.

Mənbə: Müəllif:
Barselona-nın, pulu, qurtardı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı