The document has moved here.
|
||
Baş prokuror: "Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik" | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
"Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik".
"Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın", K.Əliyev bildirib.
"Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb edilməlidir. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir - mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq". |
||
|
||
Baş, prokuror:, "Korrupsionerlərə, qarşı, daha, dəqiq, zərbələr, endirməliyik", |
|