301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
14 Yanvar 2015 - Çərşənbə 07:45 1248 nəfər oxuyub
 
“Başbuğla Elçibəyin arasını vurdular”
Bilirsiniz, böhran türk respublikalarını da vurdu. Çünki Azərbaycan da, Özbəkistan da, Qazaxıstan da neft satan ölkələrdir. Amma ən böyük zərər Rusiyaya dəyib.
MÜSAHİBƏ Xəbəri
 “Başbuğla Elçibəyin arasını vurdular”


Xeber365.com saytı ötən ilin son günlərində Türkiyə səfəri zamanı Kayseri şəhərində bir sıra tanınmış şəxslərlə təmasda oldu. Onlardan Azərbaycana sevgisini heç zaman əsirgəməyən, ağrılarımızı, acılarımızı, sevincimizi bizimlə bölüşən, 90-cı illərdə Türkiyə Böyük Millət Məclisində millət vəkili olan Milliyyətçi Hərəkat Partiyasının üzvü  Seyfi Şahinin önəmli yeri var. Seyfi bəylə söhbətimiz uzun çəkdi, qardaş ölkədəki durum, Azərbaycanın dünəni və bugünü ilə əlaqələri barədə danışdıq. Müsahibəmizi kiçik ixtisarla xeber365.com-un oxucularına təqdim edirik.    

 

-    Seyfi bəy, ilk sualım ənənəvidir. Türkiyənin hazırkı siyasi gündəmi ilə bağlı fikirlərinizi xeber365.com-un oxucuları ilə bölüşmənizi istərdim...
-    Bu gün biz türkçülərin iqtidarı olmadı, yəni Milliyyətçi Hərəkat Partiyası olaraq hakimiyyətdə ola bilmədik. Səbəblər çoxdur, amma onları izah etməyə ehtiyac görmürəm. Ədalət və İnkişaf Partiyası (AK) daha əvvəlki koalisiya hökumətinin bəzi xətalarını önə sürərək, maddi itkilərini, bəzi əskiklərini bəhanə edərək ilk seçkidə hakimiyyətə gəldi. Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələn kimi Avropa Birliyi ilə yaxın əlaqələr qurdu, daha sonra ABŞ-la da münasibətləri inkişaf etdirdi. Bir çox məsələlər ABŞ-ın istəyinə əsasən beynəlxalq baxımdan qlobal iqtisadiyyatın tələb etdiyini həyata keçirdi. Bilirsiniz ki, qlobal gedişat imperialist ölkələrin dünya hakimiyyətlərinin davam etməsi üçün gərəkli idi. Bununla da Türkiyədə dövlətin bir çox əmlakını xaricilərə ucuz qiymətə satdılar, halbuki, yerli iş adamlarına da sata bilərdilər. Bu gün vaxtilə qurulan banklar və birjalar xaricilərin əlindədir. Təkcə kredit kartlarından xaricilərin cibinə gedən payımız ildə, ən azı, 300-500 milyard dollar arasındadır. Daha öncə Türkiyədə siqareti yerli şirkət istehsal edirdi, bu gün isə bu məhsul xaricilərin əlindədir və ölkədə yabançıların məhsulu satılır. Buna görə Türkiyənin ildə siqaretdən itkisi 4 milyard dollardır. Eyni zamanda banklar vasitəsilə də dövlətin itkiləri çoxdur, yəni 50-60 bank xaricilərin əlindədir. Ayrıca birjanın yetmişi faizi də əcnəbilərin nəzarətindədir. Bu, o deməkdir ki, ölkədəki şirkətlərin, mülklərin də yetmiş faizi xaricilərindir. Bununla bərabər Türkiyə xaricdən çoxlu borc alıb, ona görə də dövlətin itkisi çox yüksəkdir - aşağı-yuxarı 500 milyard dollarlıq borcumuz var. 
-    O zaman prezident Ərdoğanın ABŞ və Avropa Birliyinə qarşı sərt açıqlamalarını necə izah edərdiniz?
-    Bilirsiniz ki, bir ara Türkiyədə söhbət gəzirdi ki, Ədalət və İnkişaf  Partiyasını hakimiyyətə Amerika gətirib. Sonra iqtidar “ölkəmizi daha müstəqil idarə edək” mövqeyini qoydu. Amma mən Türkiyənin ABŞ-a qarşı mövqe qoya biləcəyini düşünmürəm. Bunun iki səbəbi var: birinci, prezident Ərdoğan dəfələrlə söyləyib ki, onlar Orta Şərq layihəsi ilə bağlı tapşırıq alıblar ki, Türkiyə bu layihəyə yardımçı olsun. Bu layihədə Böyük Kürdüstan var və Türkiyənin əleyhinədir. Digər tərəfdən də hörmətli Ərdoğan “tək bayraq, tək dil, tək dövlət” ideyasını səsləndirir. Amma dövlət Türkiyənin güneyindən çəkilib, ordumuz orda çox azdır, baş verənlərə polislər müdaxilə etmir, açıq şəkildə üsyan cəhdləri var. Bütün hallarda Türkiyə dövləti hər hansı üsyana imkan verməz. Ancaq dövlətin əleyhinə həyata keçirilən bu qədər hərəkətin qarşısının alınmaması da yanlışdır. Demək istədiyim odur ki, Türkiyə istəsə, dövlətin bölünməsinə mane ola bilər. Hətta xarici qüvvələr istəsə belə. Amma baş nazirin “Türkiyə unitar dövlət olmaqdan vaz keçməyəcək” söyləməsi könlümüzə bir az “su səpdi”. Sadəcə problemlərin necə həll olunduğu  ilə bağlı heç bir bilgimiz yoxdur, hökumətdə olanlar danışıqlar haqda məlumat vermirlər. Məsələn, PKK-çılarla oturub danışırlar, amma nə danışırlar, bilmirik. Ona görə dövlətimizlə bağlı tərəddüddəyik. Çünki ətrafımız atəş içindədi və bütün dövlətlər parçalanma həddinə çatıb. 
-    Bu mənada hazırkı iqtidarın açılım siyasətini necə qiymətləndirirsiniz?
-    Türkiyənin əleyhinə olan siyasət kimi. Açılım problemin ikinci səhifəsi idi, proses üç hissədən ibarətdir: birincisi, kürd kimliyini tanımaq, sonra açılıma izn vermək və nəhayət, problemin həlli yollarını ortaya qoymaq. İndiki anda açılım baş verdi, buna yalnız kürd açılımı dedilər, ardınca erməni və yunan açılımı kimi yanlış fikirlər söylədilər. Amma Türkiyənin milli potensialı yox olmayıb, yəni türklər təslim olacaq millət deyil. Ötən əsrin əvvəlində də Osmanlını bu şəkildə parçaladılar, amma türklər öz varlıqlarını qorudular. 
-    Hörmətli millət vəkili, sabiq diplomat Laloğlu saytlmıza müsahibəsində bildirmişdi ki, iqtidar partiyanın apardığı siyasətin hədəfi sonda Öcalanı azad etməkdir. Bu barədə nə deyə bilərsiniz?
-    Biz də planın içində bu addımın olduğunu düşünürük. Çünki Ədalət və İnkişaf Partiyası hökuməti bundan əvvəl eyni günahı işləmiş, bölücülük yayan keçmiş millət vəkillərini azad etdi. Həm də Kandildən, PKK-nin mərkəzindən belə məlumatlar gəlir ki, Öcalan aprel ayına qədər çıxacaq. Məsələ ondadır ki, informasiya olmadığından bir çox məsələlər bizim üçün qaranlıqdır. 
-    Bəs Türkiyə dövlət olaraq PKK problemini həll edə biləcəkmi?
-    Əgər Türkiyəni idarə edənlər istəsə, həll olunar. Amma indiki hökumətdə elə bir iradə görünmür. 
-    2012-ci ildə verdiyiniz müsahibənizdə Türkiyə iqtisadiyyatının inkişafı üçün 5 qanunun – vergi, gömrük, ticarət, iş və sosial sığorta qanunlarının dəyişməsi gərəkdiyini demişdiniz. Iki il ötüb, dəyişiklik oldumu?
-    Əksinə, tam tərsinə oldu. Mən deyirdim ki, iqtisadiyyatı normal hala gətirmək üçün yatırımları təşviq etmək lazımdır, amma əksinə oldu. Məsələn, yeni qanunlardakı dəyişikliklərə görə iş adamlarının üzərinə daha çox yük qoyuldu. Bundan əlavə gömrük, sosial sığorta qanunları dəyişmədi. Biz yatırım məsələsində Çinlə mücadilə etməliyik, çünki Çin malları Türkiyə bazarını işğal edib. Bu gün Türkiyədə istehsalı səfərbər etməz lazımdır, yəni istehsalla məşğul olan fabriklər qurulmalıdır. Bina tikmək istehsalat deyil, bu, “ölü yatırım”dır. Bununla hökumət ölkənin gələcək on ilini ipoteka altına aldı, yəni hər kəs borca düşərək ev sahibi oldu. Hazırda dövlətin də, millətin də qazandığı pullar borca, “ölü yatırım”a gedir. Beləliklə, sənayeyə yatırım etməyə imkan qalmır.      
-    Siz Atatürkdən sonra gələn baş nazirlərin hamısını cahil adlandırmısınız. Niyə belə düşünürsünüz?
-    Atatürk Birinci İzmir İqtisadi Konqresində Türkiyəni sənayeləşdirəcək və Qərb ölkələrinin səviyyəsinə gətirəcək qərar qəbul etdi. O zaman Türkiyə savaşdan çıxdığı üçün əlində maliyyəsi yox idi. Həm geri qalmışdıq, həm də ölkədə qıtlıq vardı. Konqresdən sonra, 1933-cü ilə qədər ölkədə böyük şirkətlər quruldu, Dəmir, polad şirkətləri, şəkər, təyyarə, silah fabrikləri yaradıldı. Daşınma yollarının yüzdə altmışı da o vaxt inşa olundu. Türkiyədə Yüksək Planlama Qurumu var ki, o ölkənin 10, 30, 50 illik gələcəyini planlayır. Bu quruma Mərkəz Bankı, Xəzinə Müstəşarlığı, Dövlət Planlama Təşkilatı, maliyyə nazirliyi və prezident daxildir. Amma Atatürkdən sonra bunlar Türkiyənin gələcəyini planlamaq əvəzinə öz halına buraxdılar. 1986-cı ilə qədər ölkənin iqtisadiyyatını yox etdilər. Əgər Atatürkdən sonra olan baş nazirlər Yüksək Planlama Qurumunda desəydilər ki, yaxın 5- 20 ildə sənayeyə filan qədər yatırım qoyulmalıdır, o zaman Türkiyədə başqa mənzərə olardı. Bəs Xəzinə Müstəşarlığı, Dövlət Planlama Təşkilatı niyə bunları edə bilmədi? Məgər Türkiyədə iqtisadçı yoxdur? Var, amma hər şey baş nazirlərin əmrləri ilə həyata keçdiyindən iqtisadçılar da ondan kənara çıxa bilmədilər. Bundan əlavə baş nazirlərin çox pis sözçüləri vardı, bu adamlar xarici ölkələrlə danışıqlar aparırdılar, ona görə Türkiyəni sənaye ölkəsinə çevirə bilmədilər. Başqa bir məqam. Illik büdcə hazırlanarkən dövlətə yararsız büdcə hazırlanırdı. Türkiyədə iki dəfə uyğun büdcə qurulub- bir Atatürk dövründə, bir də Ərbakanın bir illik baş nazirliyi dövründə. Buna görə də həmin bir il Türkiyədə sərmayə ili oldu. Türkiyənin idarəçiləri cari hesabları açıqlayarkən idxal və ixracat balansını da tənzimləyə bilmədilər. Yəni idxala otuz faizdən çox ayırırlar. Bunun Qərbin təzyiqi ilə olduğu qənaətindəyəm. Azad fikirə sahib olan idarəçi deyər ki, mən Türkiyəni inkişaf etdirəcəm və büdcəni dəngləşdirəcəm. Amma bunu deyə bilmədilər, idxalı çox edib pullarımızı xaricilərin qazanmasına şərait yaratdılar. 
-    2012-ci ildə MHP-nin başçılığına namizədliyinizi irəli sürmüşdünüz və bildirmişdiniz ki, sədr olsanız, partiyadakı durğunluğu aradan qaldırıb MHP-ni iqtidar partiyası edəcəksiniz. Amma partiyanın sədri ola bilmədiniz. Niyə?    
-    Namizədliyimi verərkən öz pulumla anket düzəltdim, sandıqdan mənə 126 səs çıxdı. Bu o demək idi ki, Türkiyə məni MHP-nin başçısı kimi görmür. Yəni başqa bir sadə insan da olsa, 126 səs ala biləcəkdi. Mənim sədr olmağım üçün 3 şərti reallaşdırmaq lazımdır: təşkilat, liderlik və söylədiklərimin MHP və xalq tərəfindən bilinməsi. Mən MHP qzvlərini inandıra bilmədim. 
-    Bu gün də MHP-də durğunluq davam edirmi?
-    Təbii. Amma bir şey söyləyim: İqtidardakı partiyanın yol verdiyi səhvlər MHP-nin səsini artıracaq. 
-    Sizin siyasi fəaliyyətinizdə Azərbaycanın da xüsusi  yeri var, 1992-ci ildə Bakıda olmusunuz. Azərbaycanla bağlı əlaqələrinizdən danışmağınızı istərdim. Necə oldu ki, Bakıya gəldiniz? 
-    O zaman rəhmətlik Başbuğ Türkeş məni türk dünyası ilə münasibətlərin qurulması üçün səlahiyyətli nümayəndə seçmişdi. 1992-ci ildə Azərbaycana səfər zamanı məni də özü ilə apardı. Bilirsiniz ki, 3 may Türkçülər Günüdür və o zaman Bakıda böyük mitinq keçiriləcəkdi, AXC hələ hakimiyyətdə deyildi, ölkəni Yaqub Məmmədov idarə edirdi. Mayın 3-də Türkeş Azadlıq Meydanında çox böyük çıxış etdi. meydanda iki milyon insan vardı. Bununla da AXC və Elçibəyin hakimiyyətə gəlməsi üçün zəmin hazırlandı. Düzdür, sonra başqa hadisələr baş verdi, yəni parlamenti işğal etdilər. Mən Azərbaycanla bağlı çox hadisələrin içində olmuşam. Qarabağ müharibəsi başlayanda Türkiyənin necə kömək edə biləcəyi müəyyənləşdirməkdən ötrü Başbuğ Azərbaycana, Elçibəylə görüşə məni göndərmişdi. Silah, başqa şeylər... Türkiyə yardım edəcəkdi. Amma onlar- AXC hakimiyyəti dedi ki, heç nəyə ehtiyacımız yoxdur, əlimizdə silahımız da, tankımız da var. O vaxt sovetin silahları bölüşdürüləndə Azərbaycan da öz payını götürmüşdü. Ancaq uzaqvuran silahlar, snayperlər istədilər. Və aldılar. Elçibəyin dövründə Başbuğ Azərbaycan əsilli bir generalı sizə göndərdi, məqsəd ordunuzun yenidən modernizə edilməsi və NATO standartlarına uyğunlaşdırılması idi. Fəqət Azərbaycan həmin generalı qəbul etmədi.    
-    Nə üçün? Kim mane oldu?
-    Kimin mane olduğunu bilmirəm, amma şübhələndiyim adamlar var. Sadəcə ad çəkmək istəmirəm. Əsas məqsəd Başbuğla Elçibəyin arasını vurmaq idi. 
-    Buna nail oldularmı?
-    Nail oldular, yəni Başbuğun istədiyi olmadı. Bunu mənə o özü söylədi və şikayətləndi. Başbuğ mənə dedi ki, Elçibəyin çevrəsindəki adamlar göndərdiyim generalı da, qurduğum planları da qəbul etmədilər. 
-    Və bir il sonra Elçibəy hakimiyyətdə deyildi...
-    Bəli. Surət Hüseynov 2-3 tankla Bakıya, Elçibəyin üzərinə gəldi. O vaxt Başbuğ Elçibəyə dedi ki, televizora çıx, gözünü ağart və “dərhal geri dönün, yoxsa üstünüzə əsgər göndərəcəm” söylə. Elçibəy cavab verdi ki, o, türk əsgərinin ölməyini, qan tökülməyini istəmir. 
-    Azərbaycanın 20 ərazisinin Rusiyanın dəstəyi ilə işğal olunduğu deyilir. Bu işğalın qarşısını almaq mümkün idimi?
-    Mən o zaman AXC-nin başında dayananlardan bu barədə soruşdum. Cavab verdilər ki, Ermənistana rus hərbi birliyi dəstək verir.Həmçinin bir rus generalı “bizə pul verin, sizin üçün də savaşaq” demişdi. Amma AXC rəhbərliyi pul olmadığını söyləyəndə onlar da erməniləri dəstəklədilər. Bunu Başbuğa deyəndə o “kostyumlarını  satsalar, rus hərbi birliyini satın alardılar” cavabını verdi. Başbuğ deyirdi ki, pul verib rus əsgərini ermənilərə qarşı istifadə etmək lazımdır. 
-    Yəqin ki, Türkeşin Elçibəylə Ter-Petrosyan arasında vasitəçilik etdiyini bilirsiniz. Bizim bu barədə bilmədiklərimiz varmı?
-    Ermənistanın arxasında Avropa Iş Birliyi və güvənlik təşkilatı vardı. Onlar vasitəçilik etsələr də, ermənilərin lehinə çalışırdılar. Eyni zamanda ruslar da, digər Qərb ölkələri də Ermənistanın lehinə işləyirdi. Azərbaycanın gücü o zaman istənilən səviyyədə deyildi ki, müharibəyə başlasın. Buna görə də Başbuğ Qarabağı siyasi baxımdan azad etmək barədə düşündü. Həmin vaxt qış aylarında Ermənistanda təbii qaz boruları sıradan çıxdığından ölkə donurdu. Həm də Ermənistanın iqtisadiyyatı çox pis vəziyyətdə olduğundan Qərbdəki lobbiləri də maliyyə ayırmırdı. Onda Başbuğ dedi ki, problemi Azərbaycanın xeyrinə həll etmək üçün Türkiyə Ermənistana bəzi yardımlar etməlidi. Parisdə Türkiyə hökumətinin dəstəyi ilə toplantı keçirildi, amma gizli. Toplantıda Türkeş və oğlu Toğrul Türkeş də iştirak edirdi, Ermənistandan isə prezident Ter-Petrosyan, başqa məmurlar və erməni diasporasından bir nəfər. Başbuğ onlara təklif etdi ki, siz Qarabağdan çəkilin, biz sərhədləri açırıq, Trabzonda ermənilərə imtiyazlı liman veririk, üçüncü, Türkiyə ilə ticarətiniz güclənir və zənginləşirsiniz. Başbuğ daha sonra  onlara “siz nəhəng türk dünyasının içində 3 milyonluq dövlətsiniz, yəni heç nə edə bilməzsiniz, ona görə də Türkiyə və türk dünyası ilə münasibətlərinizi normallaşdırmalısınız. Sizə bu imtiyazları veririk” dedi. Ter-Petrosyan şərtləri qəbul etdi və seçkilərdən sonra həyata keçirəcəyinə söz verdi. Ancaq daşnaklar və ruslar buna razı olmadılar və onun seçilməsinə imkan vermədilər.
-    Millətçilər arasında belə bir fikir gəzir ki, hazırda türk dünyasında dövlətləri bir araya gətirə biləcək liderlər yoxdur. Bu fikirlə razılaşırsınızmı?
-    Bəli, razılaşıram. Doğrudur. Amma çox boşluq yoxdur. Məsələn, Nazarbəyov türk dünyasının güclənməsini istəyir. Bilirsiniz ki, Başbuğ hər il türk dünyasının qurultayını keçirirdi. Qurultaylarda Dəmirəli prosesə qatmaqla dövlət başçılarını tədbirə qatırdı. Həmin toplantılarda Nazarbəyov bu məsələni vurğulayırdı. 
-    Rusiyadakı böhrandan xəbərdarsınız. Bu mənada Türkiyə türk respublikaları ilə iqtisadi-siyasi münasibətləri gücləndirə bilərmi?
-    Bilirsiniz, böhran türk respublikalarını da vurdu. Çünki Azərbaycan da, Özbəkistan da, Qazaxıstan da neft satan ölkələrdir. Amma ən böyük zərər Rusiyaya dəyib. Şimal ölkə bu vəziyyətdən çıxa bilməz. Yuxarıda bir ölkənin inkişafının şərtlərini dedim. Bu mənada Rusiyanın sənaye gücü yoxdur. Bu ölkə bütün ehtiyaclarını xaricdən alır və əvəzində neft verir. Amma neftin qiyməti düşdükcə ehtiyaclarını təmin edə bilməyəcək. Özləri də ən azı iki il toparlana bilməyəcəklərini deyirlər. Ona görə də türk dünyasının yenidən iş birliyi yapması yalnız liderlərlə mümkündür. 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
, “Başbuğla, Elçibəyin, arasını, vurdular”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı