The document has moved here.
|
||
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik | ||
İndi mənim 48 yaşım var. Dövlət bəyin də MHP-nin rəhbəri seçiləndə 48 yaşı varı. Amma mən partiyaya baş katib gəlsəm bir adamım üç dəfədən artıq seçilməməsi məsələsini qaldıracağam. Bu vədi vermişəm. Bir partiya liderinin partiyasını yüksəltməsi üçün üç dəfə seçilməsi bəs edir onsuz da. Baş katib kreslosunda ölmək istəmirəm. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
"Sanki demokratiyanın millətçilərə dəxli yoxdur. Bax bu düşüncə tərzini dəyişdirməliyik".
Əslən azərbaycanlı olan türk siyasətçisi, MHP-nin Böyük Millət Məclisindəki deputatı Sinan Oğan Iğdırda doğulub. O MHP-nin rəhbərliyinə iddialı siyasətçilərdən biridir. Bu gün Sinan Oğan Türkiyənin “Sözcü” qəzetinə müsahibə verərək, MHP rəhbərliyinin siyasətini tənqid edib, partiya daxilində demokratik mühitin boğulması və rəhbərlik köhnəldiyi üçün yeniliklərin labüdlüyü haqda danışıb.
“Rəhbərlikdəkilər arasında da dəyişiklik istəyənlər var ”
Sinan Oğan onunla bərabər partiya rəhbərliyinə namizəd olan Ümüd Özdağ haqda fikirlərini bölüşərək, partiyanın baş katibinin köməkçiliyindən istefa verməyinin partiya rəhbərliyində olan çoxlu narazılıqların ortaya çıxdığını bildirib: “Ümüd bəylə keçmişdən dostluğumuz, miliyyətçi qardaşlığımız vard. Münasibətlərimiz heç vaxt pozulmayıb. Baş katibin köməkçisi olanda aramızda narazılıqlar olmuşdu, amma istefa edəndə onu ilk təbrik edənlərdən biri mən idim. Çünki, MHP-dəki vəziyyətdən çox narazı idi. Axı o özü də Baş katib vəzifəsinə namizəd olmuşdu, insanlar partiyada vəziyyətin pis olduğunu görəndə rəhbərliyinə namizəd olurlar. Hamı deyirdi: “Özdağ Dövlət bəyə çox bağlıdır, daim onu müdafiə edir”. Bizi isə müxalif adlandırırdılar. Amma Ümüd bəyin istefası çox şeyi ortaya çıxardı, məlum oldu ki, rəhbərlikdəkilər arasında da partiyada dəyişiklik istəyənlər var. Əslində Ümüd bəy bəzi həqiqətlərin üzərini acid. Bir çox dostlarımız da onun kimi düşündüyünü anladıq. Yeri və zamanı gəldikdə millətvəkili və divan səviyyəsində yeni istefalar olacağını gözləyirəm”.
Demokratiyadan uzaqlaşdıq
Daha sonra Sinan Oğan MHP daxilində demokratik dəyərlərin tapdandığını bildirərək, partiyaya bağlı olan bəzi qurumların ləğv edilməsinə də etirazını bildirib. “Millətçilər əvvəllər Erciyez Zəfər Qurultayında çadır qururdular. Bir həftə orda qalırdıq, dərdləşirdik, sonra evimizə qayıdırdıq. Hətta evləndikdən sonra da arvadımla birgə həmin qurultaya gedirdik. Dövlət bəy sağ olsun, qurultayımızı ləğv etdi. Amma nəticəsi nə oldu? Millətçilər indi Facebookda qurultay edirlər”. MHP-nin həyatında heç vaxt belə bir şey yaşanmamışdı. Partiyaların bağlanmadığı, demokratiyanın olduğu bir Türkiyə quracağı vədi verən partiyanın işə öz daxilindəki qurumları ləğv etməklə başlaması əlbəttə demokratiyayla bağlı kədərli bir məsələdir. Demokratiyadan qorxmaq lazım deyil. Elə bil demokratiyanın millətçilərə dəxli yoxdur, bax bu düşüncə tərzini dəyişdirəcəyik.
Başqan kreslosunda ölmək istəmirəm
Həmçinin Sinan Oğan MHP-nin lideri Dövlət Baxçalını tənqid atəşinə tutub. Partiyanın reytinqinin aşağı düşməsini və iqtidar partiyası olan AKP-yə məğlub olmasını məhz rəhbərlikdəki qüsurlarda gördüyünü bildirib: “Əlbəttə, Dövlət bəyin 19 illik təcrübəsi bizimçün çox qiymətlidir. O bizim Dövlət abimizdir! Amma artıq partiyanın başından getməlidir. Bu dəqiqə MHP-nin inandırıcığı qalmayıb. AKP cəmi 14 ilə yüzdə 49,5 faiz səs topaya bilib. Bu AKP-nin çox yaxşı işləməsi ilə bağlıdırmı? Guya AKP oğru, rüşvətxor, dictator deyilmi? Xeyr, müxalif partiyalar içində onun alternativi olmadığındandır. İndi mənim 48 yaşım var. Dövlət bəyin də MHP-nin rəhbəri seçiləndə 48 yaşı varı. Amma mən partiyaya baş katib gəlsəm bir adamım üç dəfədən artıq seçilməməsi məsələsini qaldıracağam. Bu vədi vermişəm. Bir partiya liderinin partiyasını yüksəltməsi üçün üç dəfə seçilməsi bəs edir onsuz da. Baş katib kreslosunda ölmək istəmirəm. Mayda fövqəladə toplantı baş tutsa payızdakı erkən seçimdə MHP yüksələcək. Xalq son dəfədir ki, AKP-yə səslərini borc kimi verəcək. Türkiyə seçicilərinin yüzdə 70 faizi millətçi mühafizəkarlardır. Biz güclənsən AKP avtomatik olaraq zəyifləyəcək. Onsuz da məhz bu səbəbdən başda cənab prezidentimiz olmaqla rəqib partiyaların heç biri MHP-də yenilənmə baş verməsini istəmir. Ancaq Türkiyənin qurtuluşu MHP-nin yenilənməsi və diqqətini iqtidara gəlmək hədəfi üzərində toplaması ilə mümkündür”.
Çevirdi: Namiq Hüseynli |
||
|
||
Başqan, seçilsəm,, ilk, seçkilərdə, iqtidara, gələcəyik, |
|