Xəbər haqqında
20 Avqust 2017 - Bazar 00:02 1916 nəfər oxuyub
 
Belə şərtlərlə yaşayan qadınlar böyük bədəllər ödəyirlər, mənim kimi...
"Çərçivələri dağıtmağa davam etmək vacibdir. Ən azından, gələcək nəsillər daha rahat nəfəs alacaqlar. Hətta bir millimetr belə qələbədir!"
YARADICI Xəbəri
Belə şərtlərlə yaşayan qadınlar böyük bədəllər ödəyirlər, mənim kimi...

Dünya onu yeni-yeni sevməyə başlayır, baxmayaraq ki, 6 yaşından səhnədə, 14 yaşından isə çəkiliş meydançalarındadır.  Kinosevərlər iranlı aktrisa Gülşiftə Fərahanini “Elli haqqında” (rej.Əsgər Fərhadi), “Paterson” (rej.Cim Carmuş) kimi filmlərdən tanıyırlar.  Bir neçə gün əvvəl 70-ci Lokarno Beynəlxalq Kino Festivalında aktrisanın da iştirak etdiyi yeni bir ekran əsərinin – hind rejissoru İrfan Xanın “Əqrəblərin nəğməsi” filminin dünya premyerası baş tutub.

 

Xeber365.com pardo.ch saytına istinadən Gülşiftə Fərahaninin müsahibəsini təqdim edir.   

 

 

– “Əqrəblərin nəğməsi” filmində oynadığınız personaj mədəni orijinallıq və hətta səhrada belə mədəni mübadilənin vacibliyi barədə düşünməyə vadar edir... Bu layihə hansı mədəni dəyərə malikdir? İranlı  aktrisanı Hindistanda filmə çəkilməyə nə məcbur elədi?

 

 

 

– Əhvalat istər səhrada baş versin, istər dağlarda, insan hissləri hər yerdə eynidir. Sevgi, qəzəb, satqınlıq, intiqam, əfv – bu, geniş planetin hər yerində eyni cürdür. Hardan gəldiyimizin, hansı rəngdə, hansı mədəniyyətdən olmağımızın əhəmiyyəti  yoxdur, hamımız eyni şəkildə hirslənirik. Duyğular absolyutdur. Onlar elm kimi dəyişmir. Elm hər il inkişaf edir və təkmilləşir, ancaq qəzəb, sevgi, əfv hissi heç vaxt təkamül keçmir. Bəlkə, forması dəyişib, amma mahiyyəti əvvəlki kimi qalıb. Buna görə də mən əhvalatın harda və necə baş verdiyinə yox, hansı mesajı ötürdüyünə diqqət yetirirəm. Və bağışlamaqdan gözəl mesaj ola bilərmi?

 

Film melodrama janrındadır, amma eyni zamanda, aktual sosial problemləri əks etdirməkdən də çəkinmir. Məsələn, Hindistanda təcavüzə məruz qalan qadınların problemlərini… Müasir cəmiyyətin problemləri ilə kontaktı qorumaq nə qədər vacibdir?

 

– Bəşəriyyət kənd təssərrüfatını kəşf elədiyi vaxtdan bəri qadınlar hər zaman müharibələrin və kişi mərkəzçiliyin qurbanı olublar. Təbii ki, bu davam edir və necəsə toplumların DNK-na sirayət eləyib. Buna qarşı mübarizə aparmaq istəsəniz, mütləq zorakılığın və cəmiyyətin aqressiyasının qurbanı olacaqsınız. Belə şərtlərdə yaşayan fərd, xüsusilə də qadın olaraq çox böyük bədəllər ödəyəcəksiniz. Necə ki mən, ya da Nuran kimi digər qadınlar ödəyirlər. Lakin çərçivələri dağıtmağa davam etmək vacibdir. Ən azından, gələcək nəsillər daha rahat nəfəs alacaqlar. Hətta bir millimetr belə qələbədir!

 

Qəhrəmanınız Nuran nəğmələri ilə əqrəb sancmış insanları sağaldan loğmandır.  Cim Carmuşun “Paterson” filmində isə siz şairin həyat yoldaşını oynayırsınız. Bu rollar mədəniyyətin zahiri əngəllərlə mübarizədə necə istifadə olunduğunumu göstərir?

 

– Mədəniyyət və incəsənət yeganə çarədir. İncəsənət insan ruhunun müalicəsi üçün ən gözəl üsuldur. Mən sənətçi ailəsində anadan olmuşam və sənətin gücünə ürəkdən inanıram. Sənət və təbiət insan  şüuruna eyni şəkildə təsir edir. Siz sırf siyasi strategiyalar qurmaqla vəziyyəti düzəldə bilməzsiniz, amma siyasət, kökləri mədəniyyətdən qidalanan bədii konsepsiyalarla bağlı olsa, bu, cəmiyyəti daha məhsuldar və daha sağlam edə bilər. Sənət çarədir.

 

Siz Abbas Kiarüstəmidən tutmuş Əsgər Fərhadi, Mərcan Satrapiyə qədər İranın ən yaxşı rejissorları ilə əməkdaşlıq eləmisiniz. İran kinematoqrafiyasının hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

 

– Mən doqquz ildən çoxdur ki, ordan çıxmışam və geri qayıtmamışam. İran kimi ölkələr sürətlə dəyişir. Doqquz il İranda olmamaq otuz il Parisdə olmamağa bərabərdir. İnkişafın sürətini təsəvvür belə etmək çətindir. Hətta şəhərlər də çox sürətlə dəyişir; Yeni magistral yollar, yeni tunellər… Dil də dəyişir, yeni ifadələr, ləhcələr yaranır. Odur ki, düzünü desəm, mən də sizin  kimi müşahidəçiyəm. Ancaq bir şeyə əminəm: İranda sənət, sadəcə, sənət deyil, həyatın vazkeçilməz parçasıdır. Su kimi, oksigen kimi…  İnsanlar oksigenlə necə nəfəs alırlarsa, eləcə də incəsənətin bu və ya digər forması ilə dərindən bağlıdırlar. Həmişə belə olub. Məhz buna görə, yüzilliklər boyu olan hücumlar, siyasi oyunlar sənəti insanlardan qopara bilməyib. İsgəndər, Çingiz xan, ərəb işğalı və s. Heç vaxt heç kim sənətin mahiyyətini farsların qəlbindən silməyi bacarmayıb. Hamısı bu mədəniyyətin içində əriyib.

 

– Bir çox arthouse filmlərindən sonra Hollivudda - “Qəraib dənizinin quldurları: ölülər danışmırlar” blokbasterinə çəkilmisiniz. Bu, necə təcrübə idi?

 

– Filmi görməmişəm. Bilirəm ki, mənim oynadığım hissələrin 80-ni götürüblər. Bu, nəhəng blokbaster industriyasında yaxşı hissələr də ola bilər, pis də. Onların filmi daha yaxşı satmaqdan ötrü seçimləri var. İncəsənətin bu növü yalnız pul qazanmaq məqsədi güdür və məni o qədər də maraqlandırmır. O, güc verir, amma yaradıcılıqla əlaqəsi azdır.

 

 

– Bu, Lokarnoya ilk gəlişiniz deyil. 2010-cu ildə münsiflər heyətində də olmusunuz. Həmin təcrübədən yadınızda nə qalıb?

 

– Pyatsada hərdən yağışın, hərdən də mavi səmanın altında keçən çıxışlarımız… Lokarno sehirli festivaldır… Dağların, göllərin, çayların gücü filmlərlə və dünyanın ən yaxşı rizottosu ilə sintezdə… Bundan yaxşı nə ola bilər?

 

https://pardo.ch/it/pardo/pardo-live/today-at-festival/2017/day-8/Q-farahani

 

 

 

Mənbə: Müəllif: Aygün Aslanlı
Belə, şərtlərlə, yaşayan, qadınlar, böyük, bədəllər, ödəyirlər,, mənim, kimi...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort