301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
10 Aprel 2017 - Bazar ertəsi 00:17 3107 nəfər oxuyub
 
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
MÜSAHİBƏ Xəbəri
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ

Günlərdir düşünürsən, bir yazı yazasısan, qəhrəmanın bəlli. Uzun müddətdir beynində tam mətni də hazırdır yazının. Onu da bilirsən ki, haqqında yazacağın adamdan başqa yazacağını bilən hər kəs, hamı, səndən bunu gözləyir.  Anlamadığın bircə şey var.  Niyə bircə qəhrəmanın gözləmir, ummur, istəmir bu yazını.  Hər dəfə söhbətdən yayınır, nəyisə xatırlamadığını deyir, sıxılır, utanır, susmaq istəyir, bəzən də təəssüflə gülümsəyib keçir. Amma sən də sözünün üstündə durmaq istəyirsən. Düşünürsən ki, kitab ola biləcək adamdır. İndi kitab olmaq istəmir, barı yazı olsun. İsrarına reaksiyası belə olur:

 

- Niyə danışmaq istəmirsiniz?

 

- Çətin gəlir danışmaq.

 

- Nəyi çətindir?

 

- Nəyi asandır ki? Hamı deyir danış, çətindir, çox çətin. İnanmayacaqsan, yada salıb nəyisə danışanda elə bilirəm geri dönüb o günləri təkrar yaşayıram. Amma yenə də danış desən, bircə xahişim var: məndən yox adını çəkəcəyim oğlanlardan yaz. Hərəsini bir-iki cümlədə də olsa, oxusun adamlar. Bilsinlər ki, kimlər gedib  VƏTƏN qalsın deyə. Kimlər unudulmağı gözə alıb, ailə məsuliyyətini düşünməyib gedib və dönməyib...

 

Olsun, dedim, Dönməz, olsun. Beləcə başladı söhbətimiz ağır döyüş yolu keçən bir əsgərlə, Dönməz Həsənovla.

 

QEYD: Təsadüflərə inanmıram. Bütün təsadüfləri zərurət bilirəm. Elə Dönməzin adı da, təsadüf olduğu kimi, həm də zərurətdir. Başına gələnləri oxuduqca, yəqin, siz də əmin olacaqsınız dediklərimə. Bu adam sadəcə heç nədən geri dönməz...

 

Məktəbdən başlayan dava-dava oyunu...

 

Bərdədə yaşayıb. Hamı kimi uşaq olub, amma hamı oynadığı oyunları sevməyib. Taxtadan avtomat düzəldib dava-dava oyununa cəlb eləyirmiş oğlanları. Hardan biləydi ki, gedəcəyi müharibənin, iştirak edəcəyi döyüşlərin məşqidir bu:

 

- O vaxt ağlımdan keçməzdi nə zamansa silahın həqiqisini əlimə alıb şərəfsizlərlə döyüşə gedəcəm. Mən hərbi xidməti Sovet Ordusunda keçmişəm.  Qayıdıb gələndən sonraya planlarım tam başqa idi. Özümə bir iş qurub yaşayacaqdım. Olmadı! 1992-ci il ildə  qızğın döyüşlər gedirdi. Bərdənin Zimirxaç kəndində təlim bazası var idi. Ora getdim, orduya yazıldım, təlim keçdik yüngülvari. Xüsusi həvəsim var idi hərbiyə. Tez mənimsəyirdim. Döyüşə girmək istəyirdim. Təlimləri birtəhər bitirdik. Ona görə birtəhər deyirəm ki, vaxt az idi, vəziyyət də pis. Əli avtomat tutan, yaşı çatanların hamısını yollayırdılar döyüşə. Bizi də Seyfəliyə apardılar. Ordan da Ağdərəyə getdik. Döyüş yolumun böyük hissəsi Ağdərədə keçib.  

 

Adına oyun dediyim iş...

O gün çox şəhid oldu. Adına oyun dediyim işin düz içində idim. Dava-dava oynayırdı adamlar. Amma bu uşaqların yox,  böyük dövlətlərin dava-dava oyunu idi. Və bu oyunun gerçək qurbanları, şəhidləri faciələri vardı. Yaralanan, şikəst olan adamları, meyitləri görmək, o səs-küy çox dəhşətli idi. Baxmayaraq ki, mən könüllü idim, öz istəyimlə gəlmişdim, ilk gün döyüşə bilmədim. Maqomed qoymadı məni...

 

Lökbatanlı Maqomed...

 

Onu Maqomed çağırırdı hamı. Bakılı idi, Lökbatanda yaşayırdı. Məni kənara çəkib yarı-rus yarı azərbaycan dilində dedi ki, bala, sən hələ çoxlu uçan başlar görəcəksən burda, indidən key kimi baxıb başını bələya salma. Çünki sənin başın bizə hələ çox lazım olacaq. İndi gəlmisən, dur burda, gördüklərinə alış, müşahidə elə, bu, oyun deyil. O, sonrakı döyüşlərdən birində qəhrəmanlıqla şəhid oldu.

 

Vartanın başı getdi...

 

Adı nə idi yadımdan çıxıb, amma ləqəbi Vartan idi. O da bakılı balasi idi. Əslən də azərbaycanlı idi. Ağdərə ətrafında döyüşlərdən birində ağır yaralandı, kantuziya almışdı. Özü çıxa bilmirdi ərazidən. Ermənilərə qan udduran oğlanlardan idi. Tez-tez düşmən arxasına keçirdi deyə “erməni” adı qoymuşduq ona şərti olaraq. İndi yaralanmışdı Vartan. Bizim uşaqlar onu döyüş zonasından birtəhər də olsa çıxarmalı idilər. İki tərəfdən qoluna girib döyüş zolağından uşaqlaşdırmışdılar da. Ermənilərin hədəfinə tuş gəlidi.  Elə dəhşətli mənzərə yarandı... Təsəvvür eləyin, bədən əldə çabalayırdı, baş göydə uçurdu. Bir də o səs ağlımda qalıb ki, kimsə bərkdən qışqırır: Vartaaannnn! Vartanının başı getdi...

İNTERPOL-un axtardığı şuşalı Tofiq...

 

Şuşalı Tofiq də var idi. İndi ermənilər  onu İNTERPOL –la axtarır, guya terrorçudur. Əslində, çox mərd oğlandır.  Ölümdən qorxan deyil.  Tofiq erməni dilində bir neçə şivədə danışırdı.  Ondan həm döyüşçü kimi, həm də, sadəcə elə özünə, görkəminə görə qorxurdu ermənilər. Bir çox döyüşçülər barədə məlumatları Tofiqlə birgə almışıq. O qədər insan var idi ki, nə öldüsü, nə qaldısı bəlli idi. Ermənilər əlindən yanıqlı olsalar da, Tofiq sağ qalanlar arasındadır...

 

Hamının ağdamlı Raqufu

 

- O ötən ilin aprel döyüşlərində şəhid olan Raquf Orucovu tanıyırsan?

 

- Əlbəttə...

 

- Desəm inanmazsan, amma Allaha and olsun eşidəndə ki, Raquf ölüb elə bildim bir anlıq dünyam qarışdı. Utandım. Elə oğullar var, bu müharibəni bitirmədən  ölməməliydilər. Çünki Qrabağ savaşının sonunu görmək hamıdan çox onların haqqıdır. Bax onlardan biri idi Rafuq Orucov. O vaxt polkovnik-leytenant deyildi. Mən onu Ağdam döyüşlərindən tanıyırdım. Hamının ağdamlı Raqufu kimi. Hər şeyindən keçən adamlardan biri idi. Fanat idi adam, fanat. İşinin, peşəsinin, ölkəsinin, əsgərinin fanatı,”dəlisi”!.. Çox heyif! Öz adıma belə oğlanların ailələrindən xəcalət çəkirəm. Gərək ola ee bu müharibə, başa düşürsən, gərək ola?! O qədər alınacaq qanlar vaaar. Bekar oturub, bekara-bekara danışırıq...

“Boyavik” Kərəm

 

O, bizə “Qurtuluş” batalyonundan gəlmişdi. Adamın heç nədən qorxusu yox idi. Adam onun yanında nədənsə qorxmağa da utanırdı (bunu deyib gülür - müəllif). Zalım adamı ələ salırdı o dəqiqə.  Hansı əməliyyata, kimin üstünə olsa gedirdi və ordan qayıdanda mütləq müsbət nəticəsi olurdu. Kərəm qədər mərd nə qədər adam var, bilmirəm. Amma hələ də elə bilirəm ki, onun vurulduğu an  gözümün qarşısındadır. Onu qoruya bilmədik. Daha doğrusu, qışqırığımıza reaksiya vermədi. Vurulan zirehli texnikanın ekipajını götürmək üçün gedəndə onun özünü vurdu ermənilər.

 

İlqar ölən döyüş...

 

Yanımızda Səxavət, Mürsəl, Asim, Elçin, Fikrət, şəkili Zöhrab, Seymur da vardı. Zirvənin adını çəkməyəcəm, amma önəmli yer idi son dərəcə. Bizimkilər uzun müddətdir oranı ala bilmirdilər. Bir kilometrə qədər ərazini əhatə eləyirdi post. Xəbər gəldi ki, biz həm də postu qorumalıyıq. Həqiqətən də, ağır döyüş olmuşdu, itkilərimiz çox idi, hədsiz yorulmuşduq, ermənilərin postdakı bütün əsgər zabitlərini isə vurmuşdu bizimkilər. Təhlükəli olanı isə o idi ki, xeyli yüksək rütbəli də var idi ölən ermənilər arasında. Əsgərə görə olmasa da zabitlərə görə mütləq geriyə hücumları olacaqdı. Məsuliyyətli əməliyyat idi. Bircə dəfə saydım, 30 ölüdən sonra gördüm ardını saymaq mümkün deyil, qarışdırırdım, ona görə daha saymadım. Gözlədiyimiz oldu. Çox ağır döyüş keçirdik. Orda ən yaxın dostlardan birini, İlqarı itirdik.

 

Malış Şamil...

Seymur Ağayev rota komandiri idi. Döyüşkən adam idi. Əsgərindən ötürü nə desən eləyərdi o da. Şamil adında bir əsgəri vardı. Hərəni bir cür çağırırdıq, ona da Malış deyirdik. Göy beretka vermişdi mənə rəhmətlik Müşfiq. Mingəçevir batalyonundan idi o da. Hə, bax o beretkanı verdim Malışa. Dedim ki, bunu saxla Seymurla biz döyüşə girəcəyik. Güldü, dedi, arxayın ol, saxlayacam. Biz döyüşə girdik. Geri qayıdanda gördüm ki, beretim ağacın budağından sallanır. Bildim ki, nəsə baş verib. Uşaqlar yavaşca Seymura dedilər ki, bəs minamyotla vurudular bizi də, Malışı öldürüblər...

 

– Bəs Seymur?

- O, sağdır. İndi müəyyən biznesi var. Səmimi deyim sizə, o döyüşlərdən salamat çıxıb belə biznes qurmaq hər adamın işi deyil. Mən ona görə sevinirəm. Bilirsinizmi, indi Qarabağ döyüşlərində iştirak eləyən adamların əksəriyyətinin maddi durumu ağırdır. Seymur bir çoxuna təmənnasız dəstəkdir onların.

 

- Malışın ailəsi necə oldu bəs?

 

- Yüzlərlə şəhid ailəsi kimi dərdləri ilə baş-başadırlar. Seymura çox pis təsir elədi Malışın ölümü. İndi oğluna Şamilin adını qoyub, bizim Malışın. Yəni hardasa Malış Şamil mənim üçün həyatdadır deyə bilərəm... 

 

703-ün Yurası

 

Milliyyətcə rus idi. Amma işinə iş çatmazdı. Belə adamlarla həmişə fəxr eləməyə dəyər. Katexdə ağır döyüşümüz oldu. Orda da Yuranı itirdik. Onu o vaxtkı 703-ün sıravi əsgəri də tanıyırdı. Yura ölən döyüşdə mərhum Milli Qəhrəman Vəzir Orucov da ayağından yaralandı.

 

QEYD: Bütün siyasi, sosial tərəflərini bir kənara qoysaq, müharibə həm də ona görə dəhşətlidir ki, orda adamlar bir-birini öldürür, qətlə yetirir. Dönməzdən bunu da soruşdum. Necə şeydir adam öldürmək?

 

Ölümlə üz-üzə...

 

- Ağdərənin Vaqauz, Qızıl qaya deyilən yeri var.  Corafi mövqeyinə görə ermənilər orda yüksəkliklərdə idilər. Ağır döyüşlər gedirdi. Artıq əminsən ki, bu döyüşlər bəlli olmayan bir zamana qədər sənin həyat tərzin olacaq. Sən də hər şeyi öyrənməlisən. Mən də ilk dəfə orda düşmənlə üz-üzə gəlib vurmalı olmuşam. Bilirsiniz, kim olur olsun, hətta düşmən belə olsa adam vurmaq çətin şeydir.  Heyfislənmirsən, bilirsən ki, düşməndir, sən onu vurmasan, o səni vuracaq. Ona görə də üstünlük səndədirsə, sən vur! Mənim durumumda üstünlük məndə idi. Ona görə də vurdum. Deyim ki, qan qoxusu adamın ürəyini bulandırır. Atəş açanda ilk ağlıma gələn bu oldu: İlahi, mən adam öldürdüm. Ardınca heyfisləndim. Sonra qəribə oldum. Elə bil udquna bilmədim. Amma lap sonda düşünəndə ki, əsrlər boyu sənə düşmən kəsilən, indi də düşmən kimi qarşına çıxan ermənini vurdum, hə, bax onda fəxr elədim. Sonra da öyrəşdim artıq. Deyim ki, müharibə hər şeyi, hamının qorxduğu ölümü belə adiləşdirən dəhşətdir.

 

Haşiyə: Dönməzin soyuqqanlılıqla, bir qədər də təəssüflə dediyi bir söz yadımdan çıxmır. Deyir vurduğumuz erməniləri sayırdıq. Yəqin, bunun mənə pis təsir etdiyini üz cizgilərimdən anladı və qayıtdı ki, bəs özümüzü bir canı min adama dəyən oğullarımızın qisasını aldığımıza necə inanmalıydıq ki orda?! Belə olmasaydı, adam dəli olardı. Öldürdüyün düşməni saymaq dəli olmaqdan özünü qorumağın bir yolu idi. Düzü, irad tutmadım. Hələ haqq da qazandırdım həmsöhbətimə.

 

Beş tanka görə 30  şirvan...

 

Dönməzin döyüş yolunda qazandığı ən böyük uğuru vurduğu beş tanka görə aldığı təşəkkürnamə və pul mükafatı olub. Bəs pulu neylədiniz soruşdum... Yarızarafat, yarıcıddi qayıtdı ki, mənim dərdim-sərim döyüşmək, orda olmaq, orda yaşamaq, ordan heç dönməmək idi. Qaldı pul mükafatına onu Güyümə (anası Gülsüm xalanı bütün ailə belə çağırır, Güyüm – müəllif) beş-on qoyun alıb atdım həyətə ki, başı qarışsın, məni az fikirləşsin...

 

Qarabağ savaşı!..

 

Bu savaş təkcə Azərbaycan boyda məmləkətin içini, qəlbini dəlib keçməyib.  Bu müharibə bir-bir hamının, hamımızın qapısını döyüb, düz evinin içindən keçib. Çox qəribədir, amma müharibənin dəhşətinə baxmayaraq, anaları oğulların döyüşə getməsi, şəhid olması narahat eləmirdi. Narahatlıq doğuran o olurdu ki, analar şəhid yox, itkin olan övladların məzarını belə qura bilmirdilər. Dönməzin anası Gülsüm xala, ya da özlərinin çağırdığı kimi Güyüm də o analardan biri idi. Oğlunu nə öldüsü, nə qaldısını bilib uzun müddət.  Dönməz bu barədə nəsə danışmadı. Dedi əşi sözdür də deyiblər, bizimkilər də küyə salıb. Siz elə o dediklərimi yazın bəsdi...

Gülsüm ana isə başqa söz deyir:

 

- Əzab çəkirdim. Yuxu yatmırdım, özüm daxil hamıya zülm eləyirdim. Bu da məni ayrı cür ağrıdırdı. Hamı yatırdı mən dincələ bilmirdim.
 

Qəribə bir jest elədi. Elə bi o dəhşəti bir də yaşadı. Səmimi deyim ki, o günləri yadına saldığıma görə bir az pis oldum:

 

-Bala, bilirsən bala, mən yatmırdım, dincəlmirdim, ağlamırdım da, bilirsən bu Qrabağ savaşı ki  var, bax o savaşda Dönməzin öldü-qaldı xəbəri bəlli olana qədər mən qurd kimi ulayırdım...

 

Güyüm, qorxma mənəm...

 

Nə öldüsü, nə qaldısı bəlli olan adamın yasını hamı tutub. Bir anasından başqa. Ana hissi qədər dəqiq diaqnozu hər hansı texniki avadanlıq min il bundan sonra da qoya bilməyəcək, yəqin. Hamının getdi dediyi adama bircə ana dönəcək, gələcək, ölə, itə bilməz deyirdi. Və bir gün gözlədiyi sözü eşidir “Güyüm, qorxma mənəm”:

 

- Qızım, mən Dönməzdən heç rahat olmadım. Həyatı keçdi çöllərdə, döyüşlərdə, əziyyətləri çox oldu, indi də var. Amma dilindən bir kəlmə ala bilməzsən. Elə gülür hər şeyə, gülüb keçir. Bunun dolanışıqla şükürlər olsun ki, əlaqəsi yoxdur. Müharibə illərindəki əzabları və  yaşadıqları həmişə Dönməz sarıdan nigaran qoyacaq məni.

 

- Yüzlərlə oğul gedib, siz niyə bu qədər günahkar kimi danışırsınız Gülsüm xala?

 

- Mən oğlumu özüm yolladım, öz əlimlə. Ondan sonra çox ağır yaşantıları olub. Ən ağır döyüşlərdə dörd dəfə mühasirəyə düşüb. Hər dəfə də demişəm, şəhid olsa da məzarsız olmasın balam. Axırıncı dəfə Yarımca deyilən bir yer vardı, orda mühasirəyə düşüb. Erməninin tankını vurub. Sonra ərazini tərk eləyə bilməyib, ermənilər gəlib. O da təndirə girib, ağzını qapayıb. Bunu mən sonradan danışdılar dostları. Özü hər dəfə gözümü yaşlı görəndə zarafata salır deyir ki, səni nətər aldadıblarsa, hələ özünə gələ bilmirsən... Amma bilirəm ki, aldatmamışdılar.

 

- Sonra nə deyirdilər bəs?

 

- Sonra min bir əzabla çıxmışdı mühasirədən. O, gələnə qədər nə günümüz gün, nə gecəmiz gecə idi. Hətta deyirdilər ki, şəhid olub, meyitini götürə bilməyiblər. Nədənsə inana bilmirdim. Deyirdim o vaxt inanaram ki, meyitini öz gözümlə görüm. Ya da ona aid nəyisə gətirsinlər mənə. Onu gözləyə-gözləyə yata da bilmirdim. Bilmirəm dərman içmişdim, ya necə elə oturduğum yerdə yuxuya qalmışam.  Yuxuda gördüm iki böyük quş uçur göydə. Biri o birinə deyir ki, axı bu ölməli idi, niyə ölmür, niyə sağdı? O biri cavab verdi ki, anasının səsi qoymur canını alım. Çoxuna qəribə gələr, bu yuxudan sonra əmin idim ki, oğlum dönəcək. Lap dönməsəydi də, inanacaqdım ki, hardasa salamatdır.

 

- Bəs dönməyini necə xatırlayırsınız?

- O yuxudan bir-iki gün keçdi. Gördüm üst-başı qan, çirk içində bir adam girdi içəri.  Yaralı idi. Düzünü desəm heç tanıya da bilmirdim. Heç nə soruşa bilmədim. Özü səsləndi ki, Güyüm mənəm, Dönməzəm, qorxma! Diqqətlə baxdım, dedim axı oxşamırsan. Üzü, alnı o qədər dəhşətli yara içində idi ki, təsəvvür eləmək belə ağır gəlir. Amma məni inandırdı ki, Dönməzdir.

 

Bir əli ilə titrəyən o biri əlini tutur və sözünə davam eləyir:

 

-Əlim də o gündən sonra belə oldu. Saxlaya bilmirəm titrəməsini, heç bir müalicə də kömək eləmir. Deyirlər ki, sirin sisteminin problemidir.

 

QEYD: Bilmirəm, niyə belədir. Çox qəribə haldır. Şəhid, ya da qazi olan fərq eləməz, hansı əsgər və ya zabit ailəsində olursan-ol, hamısının anası eyni sözü deyir: Mən təkcə öz oğlumun anası deyiləm. Bütün əsgərlərin, zabitlərin, şəhid və itkin balaların anasıyam. Canlarına gələn bütün əziyyətləri qəbul eləməyə də hazıram deyirlər. Bu sıradan adamın fikri ola bilməz mənə görə. Bəlkə də, o analar, tanrının və həyatın seçilmiş qadınlarıdırlar həm də...  

 

SON...

 

Qarabağ müharibəsi iştirakçısı, mərd azərbaycanlı balası, vətəndaşı haqda təssüratlar idi oxuduqlarınız. Bir də unudulmayacaq şəhidlər, qazilər haqda xatirə yazısı. Mən bu yazını Dönməzdən çox özlərinin də çağırdığı kimi, Güyümə, Gülsüm anaya və bu yazıda adı çəkilən oğulların hər birinin anasına həsr elədim. Çünki bizi nəfəsləri kimi hiss eləyən yeganə varlıqlardır ANAlar...

Qaldı Dönməzə, ondan zor-güc öyrənə bildiyim bu qısa həyat, döyüş xatirələrinə, məncə, nə qədər əzab və məşəqqətlər yaşasa da, o, hələ də uşaqdır. “Güyüm, ay Güyüm” deyib də səsləyəcəyi bir anan olduqca hələ uşaqsan, demək. Çünki boynunu hamıdan fərqli qucaqlayacaq, saçını hamıdan fərqli sığallayacaq, üzünü ovcuna hər kəsdən fərqli  alacaq, başını hər yerdən rahatca qoyacağın bir dizin var. Nə qədər ki, anan var, neçə yaşda olursan-ol, uşaqsan yəni. Lap Qarabağ müharibəsinin qazisi olsan da...

 

Jalə Mütəllimova

Mənbə: Müəllif:
Beş, düşmən, tankı,, dörd, mühasirə, və, qazi, DÖNMƏZ,
Xəbərin videosu
Xəbərin fotosu
Fotoları böyütmək üçün üzərinə klikləyin.
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı