Xəbər haqqında
15 Noyabr 2017 - Çərşənbə 00:21 59 nəfər oxuyub
 
Bill Qeyts şəhər tikdirir
DÜNYA Xəbəri
Bill Qeyts şəhər tikdirir

"Microsoft" şirkətinin sabiq başçısı Bill Qeyts ABŞ-ın Arizona ştatında özünün "ağıllı" şəhərini tikmək niyyətindədir.


Xeber365.com "Report"a istinadən məlumat verir ki, iş adamının sərmayə şirkəti innovativ yaşayış məntəqəsini inşa etmək üçün 101,1 kvadrat kilometr torpağı satın alıb. Bu layihəyə 80 milyon dollar vəsaitin xərclənilməsi planlaşdırılır.


Şəhərin adı Belmont olacaq və o, Feniks şəhərindən qərbdə, 45 dəqiqəlik avtomobil yolu məsafəsində yerləşəcək. Yeni, iri yaşayış məntəqəsinin muxtar nəqliyyat vasitələri fəaliyyət göstərəcək.


Belmontda ofis və ticarət binaları ilə yanaşı, dövlət məktəbləri və fərdi yaşayış evləri də mövcud olacaq. Las-Veqas şəhərinə aparan yolun bu şəhərdən keçəcəyi bildirilir. 

Mənbə: Müəllif: XƏBƏR365
Bill, Qeyts, şəhər, tikdirir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı