Xəbər haqqında
31 Dekabr 2017 - Bazar 13:49 3177 nəfər oxuyub
 
Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi?
GÜNDƏM Xəbəri
Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi?

Məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev həyatı boyu çoxlarına kömək edib. Ötən əsrin əvvəllərində Bakıda neft emalı, ilk dəmir yolu, yanğın stasiyası, Bakıya su çəkilməsi, bank, ilk pambıq dəyirmanı, məktəblər, mədrəsələr, xəstəxanalar, teatr və bir çox yenilik onun adı ilə bağlıdır.

 

Xeber365.com bildirir ki, böyük Azərbaycan xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyev haqqında Rusiya mediasında maraqlı məqalə yer alıb. Bir azərbaycanlı milyonlarla pakistanlını necə xilas etdi? başlıqlı yazıda Tağıyev haqqında çoxunun bilmədiyi maraqlı tarixçədən bəhs edilir:

 

 

XIX əsrdə müasir Pakistan ərazisi Britaniya qoşunları tərəfindən zəbt edilmişdi. Həmin vaxt bu ölkə Britaniya Hindistanına daxil edilmişdi. XX əsrin əvvəllərində Pakistanın müstəqilliyi və təhsili üçün hərəkat başlananda ölkəni vəhşi epidemiya-yoluxucu xəstəlik bürüyür. Ağır ağciyər xəstəliyi adi qrip kimi yayılırdı. Bu xəstəlik demək olar ki, 100 faiz ölümlə nəticələnirdi. O vaxt Pakistanda sürətlə yayılan ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev Pakistanda ölümcül xəstəliyin qarşısını almaq üçün oraya 300,000-dən çox vəba vaksini göndərir. 

 

 

1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra bu vacib faktı tarix kitablarına salırlar. Elə bu yaxşılıqlara görədir ki, Pakistan xalqı Azərbaycanı qardaş dövlət hesab edir və Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini tam dəstəkləyir.

 

Maraqlıdır ki, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımayan yeganə respublikadır.

 

Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycan səfərində bu tarixi faktı xatırladaraq deyib: "Bakı "Küləklər Şəhəri "adlandır. Bu gözəl şəhərin təbiəti biz pakistanlılara öz vətənimizi xatırladır. Bakının mərkəzində yerləşən "Multani" karvan-sarayı xalqlarımız arasında tarixi əlaqənin təsdiqidir. Bu karvan-saray Pakistanda olan Multan şəhərinin şərəfinə "Multani" adlandırılır".

 

 

Mənbə: Müəllif:
Bir, azərbaycanlı, milyonlarla, pakistanlını, necə, xilas, etdi?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı