The document has moved here.
|
||
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Ankarada Azərbaycan Kültürünü Tanıtma Dərnəyinə aid məkanın bağlanmasında Azərbaycanın Türkiyədəki səfirliyinin xüsusi rolu olduğuna dair Kültür Evinin rəhbəri Hüseyn Ayhanın fikirlərini dərc etmişdik.
Hüseyn Ayhanın iddiasına görə, “Zirvə Stone” firmasının səlahiyyətli nümayəndəsi Nurlan Yusifli səfir Faiq Bağırov və müavini Şöhrət Mustafayevlə şəxsi əlaqələri hesabına Heydər Əliyev Parkında Kültür Evinin yerləşdiyi obyekti ələ keçirərək restorana çevirmək istəyir. İddiada adıkeçən Şöhrət Mustafayev sözügedən məsələ üzrə Xeber365.com-a danışaraq iddianın əsassız olduğunu, belə bir müraciət etmədiklərini bildirib. Elə həmin açıqlamasında o, həm də vətəndaşların şikayəti əsasında bələdiyyəyə mürciət etməli olduqlarını deyib. Lakin iddiaçı Hüseyin Ayhan Şöhrət Mustafayevin sözləriylə razılaşmır və sənədlərlə hər şeyi sübut edə biləcəyini deyir. Onun sözlərinə görə, Kültür Evinin bağlanması qərarı qərəzlidir və bunun arxasında Azərbaycanın Ankaradakı səfirliyinin səlahiyyətli şəxsləri dayanır:
Kültür Evinin bağlanması üçün basqı edən Şöhrət Mustafayevdir
Biz həmin məkanı Ankara Şəhər Bələdiyyəsindən almışıq və bütün sənədlərimiz türk qanunlarına görə yerli-yerindədir. Bizim ərazinin aid olduğu iki bələdiyyə var. Onlar dura-dura vətəndaşların səfirliyə şikayət etməsinə heç bir anlam vermək olmur. Səfirlik bildirir ki, Kültür Eviylə bağlı bələdiyyəyə müraciət etməmişik. Amma səfirlik bələdiyyəyə bizim barədə ərizəylə müraciət edib. Ərizənin mətnindən bizi qaraladıqları aydın görünür. O məktuba istinadən bələdiyyə bizə xəbərdarlıq etdi, indi isə səfirliyin istəyi əsasında məkanın qapadılması qərarı verdi. Biz bu məsələni məhkəməyə daşıdığımızda məhkəmə bildirdi ki, belə şikayət və qapadılma qərarı ola bilməz. Məhkəmənin qərarı əsasında biz məkanı işlətməyə davam etdik. Aradan 2 ay keçəndən sonra səfirlik bu dəfə bələdiyyəyə şifahi şəkildə basqı edib, bilavasitə Şöhrət Mustafayevin özü bələdiyyəyə gedib danışaraq Kültür Evinin mütləq bağlanmalı olduğunu bildirib. Buna görə bələdiyyənin səlahiyyətli nümayəndələri çay evimizi yenidən bağladılar. Biz də yenidən məhkəməyə müraciət etdik və məhkəmə də çay evinin açılması qərarı verdi. Gördülər ki, məhkəmə haqdan yanadır, indi də bizim yaxınlığımızda yerləşən “Zirvə Stone” səfirlik adından Kültür Evinin su və işığının kəsilməsi üçün bələdiyyəyə müraciət edib. Biz də bələdiyyəyə bürün rəsmi və hüquqi qaydalara riayət etdiyimizə dair məktub göndərmişik. Ancaq 16 gündür ki, bizə heç bir cavab verilmir. Eşitdiyimiz qədər, Azərbaycan səfirliyinin basqıları nəticəsində Ankara Şəhər Bələdiyyəsi məkanın tamamilə bağlanılması barədə qərar çıxarıb. Biz bələdiyyə nümayəndələriylə görüşəndə bizə bildirdilər ki, bizim sizinlə heç bir problemimiz yoxdur, bu çay evi Ankaranın ən təmiz, ən uyğun çay evlərindən biridir. Qiymətlər də uyğundur. Problemi Azərbaycan səfirliyi yaradır. Əgər onlar bu istəklərindən vaz keçərlərsə, bizim üçün o çay evini işlətməyinizdə heç bir uyğunsuzluq yoxdur. Bir də səfirliyin səlahiyyətli nümayəndəsi Şöhrət Mustafayev Kültür Evinə bəzi hədiyyələr bağışladıqlarını açıqlayıb. Ancaq onun adını çəkdiyi hədiyyələri bizə səfirlik deyil, Azərbaycanın Baş prokuroru Zakir Qaralov bağışlayıb. Onun danışdığı ağ yalandır. 2015-ci ildə Zakir Qaralov bizim çay evimizi ziyarət etmişdi. Bakıya qayıdandan sonra bizə bir televizor, üç bilgisayar, masa örtükləri, çaynik-stəkanlar, bir də milli geyimlər hədiyyə göndərmişdi. Əmanətləri də bizə Zakir Qaralovun köməkçisi Adil bəy çatdırmışdı. Hətta Zakir bəy Kültür Evini yaşatmaq üçün başqa nə ehtiyac varsa, qarşılaya biləcəklərini demişdi. Bizə çatdırılan milli geyimlərin bir qismini Şöhrət bəy səfirliyə apardı. Yəni bunları səhihlik üçün deyirəm. Bundan başqa bizə indiyə qədər heç bir yardım edilməyib. Onu da deyim ki, ehtiyac yaranarsa, mən “Zirvə Stone”rəhbərliyini və Şöhrət Mustafayevi nəyin birləşdirdiyini də açıqlaya bilərəm. Onların bu addımının arxasında nə dayandığını yaxşı bilirəm. Sadəcə hələ ki, açıqlamıram”. Hüseyin Ayhanın Xeber365.com-a çatdırdığı Kültür Evinin fəaliyyətindən bəhs edən mətbuat materiallarını oxuculara təqdim edirik.
http://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2017/02/14/ankarada-az-rbaycan-cay-d-stgahi-672338
http://medya-24.com/haber-azerjan-cafe-bistro-batIkent-haydar-aliyev-parkInda-24939.html
|
||
|
||
“Bizə, o, hədiyyələri, Azərbaycan, səfirliyi, yox,, Zakir, Qaralov, bağışlayıb”, |
|