301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
19 Oktyabr 2020 - Bazar ertəsi 19:40 346 nəfər oxuyub
 
Bizə sülh(məramlılar) lazımdırmı?
BAXIŞ Xəbəri
Bizə sülh(məramlılar) lazımdırmı?


 
Azərbaycan Yüksəliş Partiyasının (AYP)
Analitik təhlil və proqnozlaşdırma qrupu
təqdim edir:
 

​Son günlər Azərbaycan ordusunun şanlı irəliləyişi və işğal altındakı torpaqları qarşısıalınmaz əzmkarlıqla azad etməsi cəmiyyətimizin sağlam qüvvələrini sevindirir, xəstə təfəkkürlü insanları isə sosio-psixoloji böhrana salır. Sirr deyil ki, ordumuz gücünü xalqımızın və dövlətimizin tək ürək, tək dilək, tək yumruq halında birliyindən almaqdadır. Öz növbəsində, xalqımızın dönməzliyini və qətiyyətini görən bir çox dövlətlər haqlı savaşımıza öz mənəvi və siyasi dəstəklərini dilə gətirir, bütün beynəlxalq platformalarda bizi müdafiə edirlər. O da aydındır, bu dövlətlərin başında Türkiyə gəlməkdədir. Bu qardaşlığı, bu dostluğu görən insanlarımız haqlı olaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılması, Türkiyənin və NATO-nun bazalarının Azərbaycanda yerləşdirilməsi, Azərbaycanın NATO üzvlüyünə müraciət etməsi gərəktiyini dilə gətirirlər. Sanki bu çağırışların qarşısını almaq üçün isə bir qrup insanlarımız məhəllə “ponyatkası” ilə Azərbaycanda Türkiyənin və müttəfiqlərinin hərbi bazaların yaradılmasını “mənliklərinə”, “şənlərinə” sığışdırmadıqlarını vurğulayaraq qarşı çıxırlar. Maraqlıdır ki, bu insanlarımız son vaxtlar Rusiyanın Qarabağa yerləşdirmək istədiyi sülhməramlıların gəlişinə etiraz etmirlər, bəzi hallarda isə buna açıq razılıqlarını da bildirlər. Bu təhlilimizdə Azərbaycanın hansı yol ilə getməli olduğunu, nəyə görə qoşulmama siyasətindən uzaqlaşaraq mərhələli şəkildə hərbi bloklardan bizə yaxın olanına inteqrasiya olmalı olduğunu əsaslandırmağa çalışmışıq.
 
​II Dünya Müharibəsindən sonra formalaşan dünya düzənində “sülhməramlılar” sözü və anlayışı demək olar ki, bəşəriyyətin on minillik tarixində ən yeni hərbi-siyasi termin idi. Əlbətdə, qədim tarixi dövrlərdə özünü sülhməramlı kral vəya imperator adlandıran hökmdarlar az olmamışdılar. Lakin, nəinki bir hakimi-mütləqin, hətta bir dövlətin miqyasında deyil, onlarla dövlətin və onları birləşdirən beynəlxalq qurumun formalaşdırdığı “sülhməramlı qüvvələr” anlayışı məhz 20-ci əsrin ikinci yarısına aiddir. Bu qüvvələr BMT-nin sülhməramlılarıdır.
​Sadə dillə desək, sülhməramlılar, BMT Təhlükəsizlik Şurasının qərarı ilə silahlı bir qarşıdurmanın qarşısını almaq və ya həll etmək üçün istifadə olunan "mavi dəbilqəlilər" adlandırılan BMT silahlı qüvvələridir. Bu qüvvələr, BMT Nizamnaməsinə görə, təşkilata üzv dövlətlərin hərbi hissələrinin hesabına formalaşır.
​Birləşmiş Millətlər Təşkilatına bağlı sülhməramlı qüvvələrinin fəaliyyəti 1948-ci ildə, Təhlükəsizlik Şurasının BMT-nin hərbi müşahidəçilərinin Yaxın Şərqdə yerləşdirilməsinə icazə verdiyi zaman başlayıb.
O vaxtdan bəri BMT 70-dən çox sülhməramlı əməliyyat keçirib və bunların əksəriyyəti 1988-ci ildən sonra reallaşıb. Bu müddət ərzində 120-dən çox ölkədən yüz minlərlə hərbi qulluqçu, eləcə də on minlərlə BMT polisi və digər mülki personal BMT-nin sülhməramlı əməliyyatlarında iştirak etmişdir.
BMT-dən başqa, “sülhməramlı missiya” anlayışına müxtəlif beynəlxalq təşkilatların - məsələn, NATO, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), ECOWAS (Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi), Afrika Birliyi, LAS (Ərəb Dövlətləri Liqası) və digərlərinin missiyaları da daxildir. Lakin, qaydalara görə, onlar da BMT Təhlükəsizlik Şurasının mandatı altında hərəkət etməlidirlər.
​İstər BMT-nin, istərsə də digər beynəlxalq siyasi və hərbi ittifaqların sürhməramlı qüvvələrinin istifadəsinin əsas məqsədi münaqişədə iştirak edən tərəfləri ayırmaq olub. Lakin, biz dəfələrlə şahid olmuşuq ki, sülhməramlı qüvvələr aktiv, ya da passiv şəkildə münaqişə tərəflərindən birinə dəstək veriblər. Buna bariz misal olaraq Rusiya Federasiyasının MDB və ya KTMT şəmsiyyəsi altında sülhməramlı missiyasının Gürcüstanın Cənubi Osetiya bölgəsində, və ya Moldovanın Dnestryanı regionunda fəalliyyətini göstərmək olar. Ancaq, belə misallar nə qədər çox olsa da, dünyanın aparıcı ölkələrinin sülhməramlı missiyalarının müsbət fəaliyyəti daha çoxdur. Bu da deməkdir ki, hansısa bir münaqişədə istifadə olunan sülhməramlıların hansı ölkədən olmasında böyük fərq var.
​Sual oluna bilər ki, dövlətlər və ya xalqlar hansı səbəbdən və məqsədlə sülhməramlıları çağırırlar? Sülhməramlıların həyata keçirdikləri missiyaların spektri seçkilərdə müşahidəçi olmaqdan tutun qanlı savaşın içində olan iki dövləti sülhə məcbur etməyə qədər geniş məqsədləri ehtiva edir. Səbəb isə həmişə eynidir – tərəflər müstəqil şəkildə heç bir şəkildə sülhə və ya atəşkəsə nail ola bilmirlər. Onları barışdırmaq və bir-birinə qarşı etimadı bərqərar etmək üçün fəaliyyət göstərən sülhməramlılar mütləqdir ki, münaqişədə tərəflərdən birinin yanında olmayan ölkələrdən olsunlar. Başqa sözlə, neytral statusda olmayan qüvvələrdən sülhməramlı olmaz.
​Nəzərə alsaq ki. Ermənistan otuz ildən çoxdur ki Azərbaycana qarşı müharibə aparır, və otuz ilə yaxındır ki, danışıqlar heç bir nəticə vermir, təbii olaraq istər münaqişə zonasında, istərsə də ölkənin digər regionlarında sülhməramlıların yerləşdirilməsi məsələsi ictimai-siyasi platformalarda ən çox müzakirə və mübahisə olunan mövzulardan biridir.
​İlkin olaraq, bir məsələyə açıqlıq gətirək. Hansısa bir dövlətin ya da hərbi-siyasi blokun qüvvələrinin bazası sülhməramlı qüvvələrin missiyası ilə eynilik təşkil etmir. Ona görə də müzakirlərdə iştirak edənləri xarici hərbi baza və sülhməramlı qüvvələrin tərəfdarları olaraq ayırmaq lazımdır.
​Hərbi bazalar ilə sülhməramlılar arasında oxşar və fərqli cəhətləri gözdən keçirsək görərik ki, hər bir hərbi baza sülhməramlıların bəzi funksiyalarını özündə daşıyır. Buna əsasən qabaqlayıcı tədbirlərin görülməsi, təhlükəsizliyin təminatı, sülhün qorunması və ərazilərin mühafizəsi ilə müşahidəsi daxildir. Yəni, hərbi baza əslində ehtiyac olanda sülhməramlı qüvvə olaraq fəaliyyət göstərə bilər. Lakin, hərbi bazaların elə funksiyaları var ki, onlar sülhməramlı qüvvələrdə olmur. Bu da əsasən müttəfiqlik öhdəlikləridir ki, bu mənada sülhməramlılığın əsas təməl prinsipi olan neytrallıq məsələsi, belə demək mümkündürsə, “oyundan kənar” vəziyyətdə qalır.
​Belə olan halda, biz hansı yol ilə getməliyik: ölkəmizdə xarici hərbi bazanın yaradılmasınamı, yoxsa ərazilərimizə sülhməramlıların yerləşdirilməsinəmi razılıq verməliyik?
​Bəri başdan deyək ki, hər iki variantı rədd edən qüvvələrlə müzakirə və mübahisə aparmağın faydası yoxdur. Beynəlxalq siyasətin reallıqlarını ciddiyə almayan “politoloqları” ciddiyə almağa dəyməz. Son iki əsrdir dünyada baş verən müharibələr əsasən koalisiyaların apardıqları müharibələrdir. Və əgər siz öz razılığınız ilə, könüllü olaraq əvvəlcədən hansısa bir koalisiyada yoxsunuzsa, o zaman müharibənin sizdən yan keçəcəyini düşünmək, yumuşaq desək, sadəlövhlük olardı. Sizi istənilən halda hansısa bir koalisiyaya məcbur qoşacaqlar. Bəli, məhz qoşacaqlar. Həm də iradənizin əksinə olaraq.
​Bu iki variantdan sülhməramlıların yerləşdirilməsini istəyənlərlə isə müzakirə aparmaq faydasız olsa da, mübahisənin aparılması zəruridir və vacibdir. Məsələ bundadır ki, biz sülhməramlılara o vaxt “hə” deyə bilərik ki, sülh istəyək. Təbii ki, biz də sülh istəyirik. Ancaq, müharibə bitəndən və haqq yerini tapandan sonra. Son hadisələr isə onu göstərir ki, xalqımız “haqq yerini tapana qədər tək çarə müharibədirsə, qoy elə müharibə olsun”, deyir. Belə bir ruh yüksəkliyinin intibahı dövründə müharibə zonasına sülhməramlıları gətirmək və yerləşdirmək ancaq düşmən planlarına yardımcı olmaq anlamına gəlir.
​Belə çıxır ki, tək yol xarici hərbi bazanın yaradılmasıdır. İlk sual bu ola bilər ki, hansı ölkənin hərbi bazası olmalıdır? Bu suala cavab verməzdən əvvəl bizə düşmən olan ölkədə yerləşən xarici hərbi bazasnın hansı ölkəyə məxsus olduğuna baxmaq lazımdır. Daha sonra isə həmin ölkəyə regional və qlobal miqyasda rəqib olan dövləti müəyyənləşdirmək lazımdır. Cavab özü ortadadır.
​Yekun olaraq qeyd edək ki, istər qədim dövrlərdə, istərsə də müasir çağda bir tərəfi Qafqaz dağları, bir tərəfi Orta Asiya, bir tərəfi Ön Asiya, bir tərəfi də Yaxın Şərq olan regionda yerləşən dövlətlər mütləqdir ki, hər şeydən əvvəl hərbi ittifaqlardın birinin üzvü olmalıdırlar. Bu əslində gün kimi aydın məsələdir. Qərar verilməsi lazım olan məsələ isə həmin ittifaqı kimlərlə birlikdə qurmaq lazımdır sualıdır. Fikrimizcə, ən doğru cavab soyu, dili, inancı, adı, niyyəti bizimlə bir olan və ən çətin günlərimizdə bizim yanımızda duran millətlərlə və onların təmsil etdiyi bloklarla birlikdə qurulmalıdır cavabıdır.
 
P.S. İşin təbəsüm doğuran tərəfi isə budur ki, Azərbaycanda bizə dost ölkələrin hərbi bazasının yaradılmasına qarşı çıxanlardan bəziləri özlərini Türkçü, Turancı, milliyətçi olaraq görənlər, Türkiyə ilə Azərbaycanın qardaşlığını tez-tez dilə gətirənlərdir. Lakin, onlar nədənsə unudurlar və ya görməzdən gəlirlər ki, Türkiyənin özündə NATO bazasının mövcudluğu heç bir şəkildə Türkiyənin suverenliyinə kölgə salmır, əksinə, onun mövqeyini gücləndirir. Belə yerdə deyiblər: Bəy dediyiniz nədir, bəyənmədiyiniz nədir?

Mənbə: Müəllif:
Bizə, sülh(məramlılar), lazımdırmı?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Sizi xristian təəssübkeşliyiniz çökdürəcək”
Anar Əsədli: “İnterpol axtarışda olan Araiki niyə Moskvada həbs etmədi?”
Qarabağın taleyi
Anar Əsədli: "Muxtariyyət söhbətlərinin müzakirəsi zərərlidir"
E.Mirzəyev: "İlham Əliyev milli liderə çevrilib"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı