301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 15:20 1927 nəfər oxuyub
 
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
MÜSAHİBƏ Xəbəri
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq

Azərbaycanın məşhur radioloqu Rasim Bayramov geniş müsahibə ilə çıxış edib.

 

Xeber365.com ailem.az-a istinadən müsahibəni təqdim edir

 

- Rasim bəy, bildiyimizə görə, siz Azərbaycandan Türkiyəyə oxumağa gedən ilk tələbələrdənsiniz. O vaxtı necə xatırlayırsınız?

 

- Biz 1991-ci ildə Tibb Universitetinin müalicə profilaktika fakültəsinə qəbul olduq. 1992-ci ildə isə İstanbul Universiteti və Azərbaycan Tibb Universiteti arasında anlaşmaya əsasən, Türkiyədən gəlib 10 ən yaxşı tələbəni seçdilər. Həmin 10 nəfərdən biri də mən idim. Onların arasında indi məşhur həkimlərimiz olan Kamran Musayev, Vasif İsmayıl, Vaqif Qələndərli, Cəfər Nəsirli və başqaları da var idi. Bilirsiniz ki, 1992-ci il ən çətin dövr idi. Onda biz Bakıda kirayədə qalırdıq. Elə olurdu ki, dərsdən gəlirdik və gedib çörək ala bilmirdik. Yəni növbəyə dayanmaq mümkün deyildi. O dərəcədə aclıq vardı. Biz də hamımız orta təbəqənin uşaqları olmuşuq, elə də varlı ailədən deyildik. Türkiyəyə gedəndə də cibimizdə pulumuz yox idi. Buradan bir az paltar-filan aldıq. Yadımdadır, Cəfər həkim 1991-ci ildə bizdən əvvəl bir dəfə Türkiyəyə getmişdi. Yəni təyyarəyə bir dəfə minmişdi artıq. Bizdən təcrübəli idi. Təyyarədə bizə yemək gətirdilər. Elə yeməyə təzə başlamışdıq ki, Cəfər həkim dedi, bilirsiniz də, təyyarədə yemək 20 dollardır. Şok olduq. Heç kimdə də pul yox. O zaman da 20 dollar böyük pul hesab olunurdu. Hamımız dayandıq, bilmədik yeməyi yeyək, yoxsa geri qaytaraq. Bizə baxıb güldü, dedi, zarafat edirəm, təyyarədə yemək pulsuzdur (gülür).

 
Təbii ki, tələbəlik vaxtları qayğısız idi, insanın gözünə heç bir şey görünmürdü. Bəlkə də pulumuz az idi, amma daha xoşbəxt idik. Bəzən aramızda da söhbət edirik. Bizim aramızda pul problemi yox idi. Hamımız ortaq istifadə edirdik. Daha xoşbəxt idik. Həqiqətən o zamanlar üçün çox darıxıram...

 

- Yəqin ki, Sovet dövründə yaşamış bir gənc üçün Türkiyə, sözün əsl mənasında tam başqa bir dünya idi... 

 

- Bəli, tamamilə doğrudur. Oranı görüb şok olmuşduq. Bizdə o vaxt böyük marketlər yox idi axı, sadəcə kiçik dükanlar vardı. İlk dəfə “Migros”a girəndə gördüklərimiz bizi heyrətləndirmişdi. Yəni ağlımıza gətirmirdik ki, bu cür şeylər var, növbənöv diş məcunları, sabunlar... Biz o dövrdə belə şeylər görməmişdik. Ancaq paltar sabununu tanıyırdıq.
 

- Bəs təhsil səviyyəsi necə, üst-üstə düşürdü?
 

- Biz burada yaxşı oxuyan tələbə idik. Amma orada baxdıq ki, yox, daha çox çalışmaq lazımdır. Sistemləri tam fərqli idi. Biz də təzə getmişik, dili bilmirik. Sualları da başa düşə bilməmişdik. İlk imtahanlara girəndə xeyli düşük qiymət aldıq. Amma yuxarı kurslarda hər şey daha asan olmağa başladı. Bir sözlə, oxuduq. 1997-ci ildə İstanbul Tibb Fakültəsini bitirdim. Həmin il Cərrahpaşa Tibb Fakültəsinin radiologiya bölməsini qazandım.
 

Biz gedəndə 10 nəfər getdik. Amma bir neçə həkim geri qayıtdı. Elə o zaman da, indi də Türkiyədə daha çox pul qazanırdı həkimlər. Ona görə bəziləri orda qalıb işləməyə üstünlük verdilər. Cərrahpaşa Tibb Fakültəsini qurtaranda mənə bir yaxşı xəstəxanadan təklif gəldi ki, burada işlə. Razı olmadım. Biz də orada qalsaydıq, Türkiyənin məşhur həkimlərindən idik. Amma qayıtdıq və burada da işimizi qurduq. O vaxt Bakıda ilk uzman mütəxəssis mən idim.
 

- O zaman Azərbaycanda bu sahə demək olar ki, yox idi. Necə oldu radiologiya sahəsini seçdiniz?
 

- O vaxt mən özüm də bu sahəni seçməkdə tərəddüd edirdim. Əvvəl ümumi cərrahiyyəni seçməyi düşünürdüm, sonra neyrocərrahiyyəni, amma sonra radiologiya xoşuma gəldi. Baxmayaraq ki, o zaman bizdə bu aparatın heç biri yox idi. Azərbaycana ilk dəfə bu aparat 2000-ci ildə gəldi. Mən isə artıq 1997-ci ildə bu sahəni seçmişdim və heç bilmirdim ki, bu sahə bizdə olacaqmı? Radiologiya böyük sahədir. Burada kompüter tomoqrafiyası, ultrasəs, dopler ultrasəs, maqnit rezonans tomoqrafiyası, angioqrafiya, rentgen kimi müayinələr var. Təhsilimi 2002-ci ildə bitirdim və İstanbulda qalıb 1 il işlədim. 2003-cü ildə isə Mərkəzi Klinikada işə başladım. 6 il yarım orada işlədim. Sonra Gömrük Xəstəxanasından təklif aldım və ora keçdim. Daha sonra Tibb Universitetindən Əhliman Əmiraslanov tərəfindən dəvət aldım. Kafedrada Maqnit Rezonans  Tomoqrafiyası və Kompüter Tomoqrafiya (MRT və KT) tələbələr üçün yenilik idi. Məni də oraya həm tədris üçün, həm də işləmək üçün dəvət etdilər. Hazırda Tibb Universitetinin dosenti, fəlsəfə elmləri doktoruyam.
 

- Radiologiya xəstəliklərin təyin olunmasında nə dərəcədə rol oynayır? 
 

- Bizim sahənin məqsədi diaqnoz qoymaqdır. Əvvəllər həkim üçün diaqnoz qoymaq çox çətin idi. Kor-koranə müayinələr bir yerə qədər olurdu. Yəni xəstənin bir tərəfi tutmurdusa, şübhələnirdilər ki, beyində nəsə ola bilər. Amma bilmirdilər nə ola bilər. Amma indi maqnit rezonans, kompüter tomoqrafiyası ilə yüz faiz dəqiqliklə deyə bilirik. Əslində radiologiya digər sahələrə nəzərən daha çox savad tələb edən bir sahədir. Məsələn, neyrocərrah sadəcə beyni, ümumi cərrah sadəcə qarın boşluğunu bilməlidir, amma biz bütün sahələrdən xəbərdar olmalıyıq. Çünki bizə diaqnoz üçün gəlirlər və biz diaqnoz qoymalıyıq ki, bu nədir.
 

- Adətən radioloqlar diaqnoz qoyurlar və müalicə istiqamətində pasiyentə heç bir məlumat vermirlər. Siz də belə edirsiniz, yoxsa...
 

- Bəli, biz müalicə yazmırıq, sadəcə müayinə edirik. Yanıma xəstə gələndə ilk növbədə onu klinisistin yanına göndərirəm. Tutaq ki, xəstə baş ağrısı ilə gəlir, deyir, başımı MRT elətdirmək istəyirəm. O adamı birbaşa kompüterə salmaq düzgün deyil. Birinci neyrocərrah, nevropatoloq baxmalıdır ki, bəlkə başqa bir şeydən baş verir bu. Boş-boşuna bahalı müayinələr edilməsin. Buna görə əvvəlcə göndərirəm onlar baxır, sonra məsləhət olursa, mən baxıram. Həm də maqnit rezonans bütün müayinələrdən üstündür deyə bir şey yoxdur. Elə xəstəlik var ki, kompüter tomoqrafiya yaxşı göstərir, eləsi var, maqnit rezonans yaxşı göstərir və sair. Buna görə klinisist xəstəni müayinə edib ona uyğun müayinəyə yönləndirir, biz baxırıq və diaqnoz qoyduqdan sonra raport yazırıq. Çalışırıq ki, xəstə həkiminin yanına qayıtsın. Çünki bizim xəstəyə informasiya verməyimiz düzgün deyil. Məsələn, axır vaxtlar ədəbiyyat deyir ki, kəskin apendisitin 70 faizi antibiotiklə müalicə edilə bilinir. 30 faizi əməliyyatlıqdır. Xəstə gəlir yanıma, deyirəm, kəskin apendisitdir. O da soruşur ki, əməliyyatlıqdır, yoxsa yox? Mən də deyirəm, əməliyyatlıqdır. Amma bəlkə onun həkimi deyəcək ki, yox, mən bunu antibiotiklə müalicə edəcəm, sən niyə belə dedin? Ona görə bir az xəstə ilə danışmağımız düzgün deyil.
 

- Xəstələrin narazılığı ilə qarşılaşırsınız?
 

- Dünyanın hər yerində diaqnostika həkimləri belə edir. Ola bilər, xəstə kəskin başağrısı ilə gəlir. MRT çəkirik, heç nə yoxdur. Amma kəskin baş ağrısının 100-dən artıq səbəbi var. Məsələn, meningitlər də baş ağrısı verir, özü də ağır və öldürücü xəstəlikdir. Ağır formalarda, irəliləmiş halda maqnit rezonansda görünə bilər. İlk başda görünməz. Kəskin başağrısı olan birinə deyərik ki, heç nəyin yoxdur, çıx get evinə. Ancaq o gedə və ölə bilər. Ona görə də bu düzgün deyil. Elə xəstəliklər var ki, xeyli müayinələr aparılar, amma diaqnoz qoyula bilməz. İndi insanların da anlayışı fərqlidir. Deyir ki, mən filan qədər pul verdim, maqnit rezonansdan keçdim, dərdimi bilmək istəyirəm. Amma elə xəstəliklər var ki, sadəcə bununla bitmir. Buna laboratoriya analizləri, biopsiya, endoskopiya və sair lazımdır. Ona görə bəzən xəstələrlə belə problemlər yaşayırıq.
 

- Sizcə, xəstəyə diaqnozun nəticəsinin pis olduğu deyilməlidirmi?
 

- Açığı, mən xəstələrə pis xəstəliklər barədə məlumat vermirəm. Yaxınları da deyir ki, bunu xəstənin özünə demə. Xəstəliklərdə psixologiya çox əhəmiyyətlidir. İnsan psixologiyası o qədər güclüdür ki, insan ən güclü xəstəliyə belə, qalib gələ bilir. Bu cür hallar çox yaşanıb. Məsələn, xəstə xərçəngdir. Biz də onu yoxlayıb desək, əvvəlki müayinədən sonra daha da pisləşmisən, o zaman psixoloji pozuntu yaşayacaq və bəlkə də bir il yaşayacaqdısa, heç onu da yaşamaz. Həmişə ruh yüksəkliyi verməyə və özlərindən bunu gizlətməyə çalışırıq. Amma elə xəstələr də var, təkid edirlər ki, bilmək istəyirəm, bəlkə hansısa arzum var, onu həyata keçirim heç olmasa. O zaman açıq şəkildə deməyə çalışırıq.
 

- Bu illər ərzində heç unuda bilmədiyiniz pasiyentiniz olub?
 

- Mərkəzi Klinikada işləyəndə 45-50 yaşlarında bir kişi yanıma gəldi. Beli ağrıyırdı. Mənə dəfələrlə dedi ki, həkim, inşallah məndə “qrija” çıxmasın, başqa nə çıxır çıxsın. Biz onu çəkdik və belində şiş aşkarladıq. Yəni yırtıq müalicə olunan bir xəstəlikdir, uzaqbaşı əməliyyat olunacaqdı. Amma onun belində xərçəng çıxdı və qısa bir müddət sonra rəhmətə getdi. İndi də düşünürəm ki, kişinin özünün arzuladığının əksinə olaraq, kaş, belində yırtıq aşkarlayardıq...
 

- Azərbaycanda qadınlar və kişilər arasında ən çox diaqnozunu qoyduğunuz ağır xəstəliklər hansılardır?
 

- Diaqnostikada əsasən yüngül xəstəliklər gəlmir. Müraciət edənlərin əksəriyyəti baş ağrıları, onurğa sütunu ağrıları və oynaq ağrıları olan xəstələrdir. Bizə bel ağrıları ilə bağlı kişilər də, qadınlar da çox müraciət edir. Beldə ən çox yırtıq çıxır. Bunun da səbəbi oturaq həyatdır. Otururuq və hərəkət etmirik. Nəticədə onurğa sütunu ətrafındakı əzələlər zəifləyir, tənbəlləşir. Ona görə yük birbaşa onurğaya düşür və onurğa ətrafında olan qığırdaqlar yırtılıb kanala girir. Ümumi götürəndə oynaq-diz problemi ilə əlaqədar da çox müraciət edənlər olur. Buna daha çox kök insanlarda rast gəlinir. Yük daha çox diz oynağına düşdüyü üçün oradakı qığırdaqlarda yeyilmələr və sair olur. Onkoloji xəstələr də çox müraciət edir. Qadınlarda ən çox süd vəzi və uşaqlıq boynu xərçənginə rast gəlirik. Kişilərdə isə prostat vəzi və ağciyər xərçəngi geniş yayılıb. Ona görə də mütəmadi yoxlanmaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına əsasən, 40 yaşdan yuxarı qadınlar, ailəsində onkoloji anamnezi varsa, 6 aydan bir, yoxdursa, ildə bir dəfə mamoqrafiya müayinəsindən keçməlidir. Ümumiyyətlə, insanlar 40 yaşdan sonra chek-up müayinə etdirməlidirlər.
 

- Bəs reallıqda necədir? İnsanlar mütəmadi olaraq bu vacib müayinələrdən keçirlər? 
 

- Xeyr, insanlar daha çox ağırlaşandan sonra həkimə müraciət edirlər. Vaxtında aşkarlandıqda müalicə olunmayan xəstəlik bəlkə də yoxdur. Məsələn, qadınlarda süd vəzi, uşaqlıq boynu xərçəngi də eynilə sağalar. Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər. Elə bil həkimə getməkdən qorxurlar. Amma vaxtında üstünə düşsələr, xərçəng növlərinin çoxu tam sağalır. Sadəcə, zamanında diaqnostika önəmlidir.
 

- Qiymətlərin baha olması da insanları müayinəyə getməkdən çəkindirən amillərdəndir.
 

- Bizdə, məsələn, kompüter tomoqrafiya cihazı var. Onda olan müayinə orqandan-orqana görə dəyişir. Məsələn, beyin 90 manat, qarın boşluğu 110 manatdır. Bunun da balonu var, X-şüa mənbəyidir. İki ildir işlədirik və balon yeni qurtarıb. Onu yeniləmək 110 min avro pul tutdu, bizim pulla haradasa 200 min manat edir. Hesablasaq, heç xərci borcunu ödəmir. Bundan əlavə, maqnit rezonans aparatına ildə bir dəfə helium qazı vurulur. Soyuducu sistemdir. Vurulan helium qazının qiyməti 30 min dollar civarındadır. Hələ bunlarla bitmir, əlavə nə qədər xərcləri var. Əslində bizdə bu qiymətlər çox ucuzdur. Məsələn, bir xəstə beynini yoxlatmaq üçün Almaniyaya gedir. Orda bunun qiyməti 600 avrodur. Amma bizdə 135 manatdır. Hər adamın imkanı yoxdu axı 135 manat verib, bir nahiyəsinə baxdırsın. Türkiyədə MRT müayinəsinin ortalama qiyməti 2 min TL-dir. Yadımdadır, Türkiyədə qadınlar mamoqrafiya müayinəsi üçün növbəyə 6 ay əvvəldən yazılırdılar. Çünki o qədər xəstə müraciət edir ki... Orada icbari tibbi sığorta var və o, hamısını ödəyir. Amma bizdə bu kimi hallar olmadığına görə, insanlar ancaq məcbur qaldıqda həkimə gedir. Əgər bizdə də icbari sığorta sistemi başlasa, vəziyyət daha yaxşı olar.
 

Mənbə: Müəllif:
Bizdə, sağlamlıqdan, başqa, hər, şeyə, pul, xərcləyirlər, -, Məşhur, radioloq,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı