Xəbər haqqında
02 Yanvar 2018 - Çərşənbə axşamı 22:58 385 nəfər oxuyub
 
BMT İran üçün toplanacaq
GÜNDƏM Xəbəri
BMT İran üçün toplanacaq

Amerika yaxın günlərdə BMT Təhlükəsizlik və İnsan Haqqları Şuralarını İranda yaşanan son olaylarla bağlı xüsusi iclaslara çağırmaq niyyətindədir. 

 

Xeber365.com "RİA Novosti"ə istinadla yazır ki, Amerikanın bu qurumdakı daimi nümayəndəsi Nikki Heyli Birləşmiş Millətlər Təşkilatının son günlər dünya gündəmini zəbt edən etiraz aksiyaları ilə bağlı müzakirələr aparacağını açıqlayıb.

 

Bundan başqa, BMT İrandakı vəziyyətin stabilləşməsi üçün hökumət rəsmiləri və müxalifətlə danışıqlar aparmağa hazırlaşır. Bu barədə BMT baş katibinin köməkçisi Fərhad Hak jurnalistlərə açıqlamasında bildirib: "Biz son günlər yaşanan hadisələri yaxından izləyir və həll yollarını axtarmağa çalışırıq. Dinc əhalinin zərər çəkməməsi üçün danışıqlara başlanacağı da istisna edilmir".

 

 

Mənbə: Müəllif:
BMT, İran, üçün, toplanacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı