301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
29 Dekabr 2016 - Cümə axşamı 13:20 1004 nəfər oxuyub
 
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
BAXIŞ Xəbəri
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?

2016-cı ili geridə qoymaq, yeni ili qarşılamaq üzrəyik. Yola salacağımız ilin sonunda ilin digər sahələrlə yanaşı, ilin ədəbi hadisələrini də gözdən keçirmək istədik.

İl boyu yazan, pozan, söz deyib, nəğmə qoşan qələm adamları bu ili necə xatırlayır? 2016-cı ildə dünyada və ölkəmizdə hansı yaddaqalan ədəbi hadisələr baş verdi, kimlər sözüylə yaddaşlara yazıldı?

Xəbər365.com bu suallarla qələm adamları  arasında sorğu keçirib. Cavabları təqdim edirik.

 

 

 

 

“ Bob Dilana Nobel mükafatı verilməsi ədəbiyyatın böhranı idi

 

Yazıçı Əkrəm Əylisli bu il Azərbaycanda ciddi ədəbiyyat hadisəsinin baş vermədiyini deyir: “Bilirsiniz, ciddi ədəbiyyat hadisəsi əsasən nəsrdə olur.  Çox təəssüf, bu janrda ciddi ədəbiyyat hadisəsi müşahidə eləmədim. Çoxdandır biz bunun həsrətindəyik. Tez-tez  “Nobel”dən danışırıq. Amma real iş getmir bizdə. Yəni o işləri ki, biz edirik, dövlət də dəstək olur, biz hələ onların bəhrəsini görə bilməmişik. Ancaq Azərbaycanda yeni nəsil çətinliklə də olsa yetişir. Yeni nəsil yeni təfəkkür formasıdır. Yeni nəsil yeni mənəvi formasiyada yaranır. Mənəvi formasiyanın yaranması prosesi çox çətin keçir, bizdə hələ ki, yeni mənəvi formasiya yaranmayıb. SSRİ dağılıb, yəni həm də onun mənəvi mühiti də dağılıb və dağılandan sonra yeni mühit yaranmayıb. Amma yenə də bir qrup gənc var ki, təfəkkürü təzədir. Bu, təzə təfəkkürün, dünyaya baxışın öz məhsulu ola bilər. Amma mən real olaraq, elə bir ciddi məhsul görmürəm.

 

 

 

İndi gələk dünyadakı ədəbiyyat hadisəsinə. Mən Bob Dilana verilən Nobel mükafatından danışmaq istəyirəm. Mənim fikrimcə, Nobel mükafatının bir musiqiçiyə verilməsi ədəbiyyatın dünya miqyasında böhranıdır. Bunu elə bir şəxsə verdilər ki, başqası ondan daha çox layiq idi, bəlkə də. Düzdür, mən burda hansısa siyasi nüans görmürəm. Çünki o adamın elə bir siyasi mövqeyi olmayıb. O, başqa cür tanıbıb, müğənni kimi. Estrada ədəbiyyatda da, sənətdə də hər şeyi ələ alanda onda böyük ədəbiyyat kölgədə qalır. Yəni ədəbiyyat yol verir ki, estrada ədəbiyyatı, estrada sənəti qabağa çıxsın. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, gərək həmişə üzdə olasan. Mən “Nobel”in Bob Dilana verilməyinə faciə kimi baxmıram. Amma eyni zamanda, böhran kimi baxıram buna. Ədəbiyyatda, mənəviyyatda böhranın göstəricisi kimi görmək olar”.

 

“Mən kitabsatan deyiləm axı, kitabımı niyə özüm satmalıyam?

 

 

 

Şair Musa Yaqub düşünür ki, ədəbiyyat üçün yekun söz demək çətindir: “Çünki hərənin öz fərdi yaradıcılığı var, dünyası var. Ola bilər onun yazdığı bu il olmasın, o biri illər ədəbi hadisəyə çevrilsin. Amma bu il mənim çox xoşuma gələn bir şey oldu ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adı altında yaxşı bir kitab nəşr etdi. O, iki cildlik hesabatdır. Hər yazıçı, şair haqqında orda danışılıb. Neçə vaxtdır Ədəbiyyat İnstitutunda belə uğurlu kitab çıxmırdı. Amma ümumilikdə bu il hansısa böyük bir ədəbi hadisə müşahidə etmədim.

Bir də bizdə belə bir şey var. Yazıçı yazdığı əsəri özü çap edir, təqdimatı özü keçirir, kitabını özü satdırır. Niyə? Mən kitabsatan deyiləm axı. Bizdə bunun bir strukturu yoxdur. Kitabın reklamı olmalıdır. Biz yazırıq və bilmirik ki, yazdığımıza oxucunun, dövlətin münasibəti nədir.

Dünya ədəbiyyatına gəldikdə, onu izləmək çətindir. Bu il “Nobel”i Bob Dilana verdilər. Amma hansı məsələlərə görə o mükafat verilir, onu aydınlaşdırmaq çətindir. Düzdür, onlar da seçimdə siyasi nüanslara üstünlük verirlər, hansı millətdən olduğun, hansı siyasi mövqedə olduğun fərqləndirilir. Yəni mən ədəbiyyata dövlət münasibətini yox, həqiqi ədəbiyyata ədəbiyyatçıların münasibətini görmək istəyirəm. Təssüflər olsun ki, “Nobel”ə kimi olan bütün mükafatlarda siyasi məqamlar var”.

 

 

 

Yazıçı Səfər Alışarlı isə ili belə dəyərləndirir: “Bu il mən bir neçə azərbaycanlı nasirin əsərlərini oxudum: Şərif Ağayar, Kəramət Böyükçöl, Mövlud Mövlud, Ayxan Ayvaz, Şəhriyar del Gerani, Günel Səfərova. Başqaları da vardı, ad çəkmək istəmirəm. Amma onların arasında Şərif Ağayarın "Gülüstan" romanını xüsusi qeyd etmək istərdim. Dünya ədəbiyyatından əsaslı şəkildə heç kimi oxumadığım üçün nəsə deməyə çətinlik çəkirəm”.

 

“İlin ən kədərli hadisəsi: Zəlimxan Yaqubun vəfatı”

 

 

 

Tənqidçi Əsəd Cahangir bu il yaddaqalan ədəbi hadisələri belə xatırlayır: “İlin ən gözlənilməz olayı – Nobelin musiqiçi Bob Dilana verilməsi; Ən aktual roman Mişel Uelbek “İtaət”, Ən kədərli olay – Zəlimxan Yaqubun vəfatı; Ən çox dartışılan əsər – Elçinin “Baş” romanı; Ən monumental roman – Sona Vəliyeva “İşığa gedən yol”; Ən maraqlı tərcümə – Afaq Məsudın Leyla Əliyevadan çevirdiyi “Dünya itir yuxu kimi” şeirlər kitabı; Ən sürətlə oxunan kitab – Kamal Abdulla, “Dümadan Coysa qədər”; Ən ciddi analitik məqalə – Əsəd Cahangir “Baş”lanğıc”, İlin gənc şairi – Ulucay Akif; İlin gənc nasiri – Müşfiq Şükürlü; İlin hekayəsi – Cavid Zeynallı, “Coğrafiya müəlliminin pencəyi”; İlin ədəbi jurnalı – “Ulduz”;  İlin ədəbi qəzeti – “Ədəbiyyat qəzeti”; İlin ədəbiyyat teleproqramı – “Məclisi-üns”;  İlin ən ciddi ədəbi-fəlsəfi essesi – İlqar Fəhmi, “Sən kimsən, Səfəvi?”.

 

 

 

 

“Yalançı mükafatlar, kitab təqdimatları ədəbiyyatın uğuru deyil”

 

 

 

Şair Baba Vəziroğlu düşünür ki, bu il ədəbiyyatımız üçün uğurlu il olub: “Dünyada elə bir ədəbi hadisə eşitməmişəm bu il. Amma Azərbaycanda cavan yazarlar var ki, maraqlı fikirləri, əsərləri ilə diqqətimi çəkdi. Məsələn, Kəramət Böyükçölün maraqlı statusları mənə görə bir roman mövzusudur, sonra Şəhriyar Del Gerani şeirləri, Qan Turalının “Şaxta Baba” hekayəsi və fikirləri marağıma səbəb olmuşdu. Mənə elə gəlir, bizim ədəbiyyatımız üçün çox gözəl il oldu. Mən, əlbəttə ki, yalançı mükafatları, kitab təqdimatlarını ədəbiyyatın uğuru hesab etmirəm. Ədəbiyyatın uğuru bədii əsərlərdir. Heç bir mükafat almaya da bilər, nəzərə çarpmaya da bilər amma o əsərləri oxucular oxuyub qiymət verəcəklər”.

 

 

“Ədəbiyyat qar uçqunu altında qaldı”

 

 

 

Tənqidçi Cavanşir Yusifli düşünür ki, bu il ədəbi aləmi silkələyən hadisə baş vermədi: “Zənnimcə, bu ildə hadisələr çox olsa da, önəmli ədəbi hadisə olmadı. İndi, belə demək olarsa, ədəbiyyat və ümumən humanitar, o cümlədən, filoloji fikir “qar uçqunu” altında qaldı. Bunu, yəqin ki, qlobal səviyyədə və bütün sahələrdə tarazlığın pozulması ilə izah eləmək mümkündür. Hərdən deyəndə ki, filan sahə zəifləyib, o nöqtədə hadisələr arasındakı daxili əlaqəni gözdən qaçırırıq. Zəifləyən şey başqa hadisələrin basqısı altından belə görünə bilər.

Bir məqamı qeyd edim ki, Fərid Hüseynin şeirlər kitabı çap edildi. Fəridin obrazı bu kitabıyla tam, bütün cəhətləriylə göründü”.

 

 

“Azərbaycan ədəbiyyatının vəziyyəti sabit ağır olaraq qaldı 

 

 

 

Yazar Mirmehdi Ağaoğlu ili ədəbi baxımdan belə dəyərləndirir: “ Ədəbi hadisələr arasında hər il, demək olar, yalnız Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi yaddaqalan olur, dünya mediasının manşetlərinə yansıyır bu xəbər. Bu mənada builki Ədəbiyyat üzrə Nobel mükafatının daha çox musiqiçi kimi tanınan birinə verilməsi yaddaqalan oldu. Azərbaycanla bağlı isə, nə qədər eləsəm də, yaddaqalan bir hadisə xatırlaya bilmirəm. Ümumilkdə ədəbi proses inkişafa can atsa da, xüsusi bir irəliləmə olmayıb. Necə deyərlər, ədəbiyyatımızda vəziyyət sabit ağır olaraq qalır”.

 

 

“Şəhriyar del Geraninin açıqlamaları...”

 

 

 

Şair Cəlil Cavanşir suala yarızarafat, yarıciddi cavab verib: “ Yaddaqalan ədəbi hadisə dünyada Nobelin Bob Dilana verilməsi, Azərbaycanda da Şəhriyar del Geranin gündəmi silkələyən açıqlamaları oldu”.

 

 

 

 

“Salam Sarvanın YAP-a keçməyi...”

 

 

 

Tərcüməçi Nadir Qocabəyli dünya ədəbiyyatından Bob Dilanı, Azərbaycandan isə Salam Sarvanı yaddaqalan hesab edir: “Dünya ədəbiyyatından, əlbəttə, əgər buna ədəbiyyat demək mümkündürsə, Nobel mükafatını alan Bob Dilan yadımdadır. Azərbaycan ədəbiyyatı nümayəndələrindən isə ən çox Salam Sarvanın YAP-a keçməyini, Murad Köhnəqalanın AYB üzvü olmasını, bir də Ramiz Rövşənin 70 yaşını tamam etməsini xatırlayıram”.

 

“Yerli ədəbiyyatda yaddaqalan özüməm”

 

 

 

Yazar Ömər Xəyyam Azərbaycan ədəbiyyatından özünün, dünya ədəbiyyatdan isə Bob Dilanın yadda qaldığını düşünür: “Ədəbiyyatın predmeti insandır – bizim ədəbiyyatın mərkəzində də insan dayanır, amma, ancaq və lakin bu adam balası azərbaycanlıdır, heç olmasa, əsərlərdə imkan vermirlər ki, azərbaycanlı dünyəviləşsin, qlobal məsələlərlə üzbəüz qalsın. Obrazlarda, mövzularda problem var. Yerli ədəbiyyatda yadımda qalan bircə özüməm. Dünya ədəbiyyatında bu ilin əvvəlləri fərqli imzaların yeni əsərləri dərc olundu, hərəsi müəyyən vaxt ərzində gündəm oldu, eyni zamanda da yadda qaldı, amma Bob Dilanın Nobel mükafatına layiq görülməsi sonuncu ciddi beynəlxalq hadisə oldu. Həmçinin, ilin sonuna yaxın gerçəkləşdiyinə görə il ərzində baş verən ədəbi hadisələri kölgədə qoydu. Sizə bir şey deyim, heç kimə deməyin: Ədəbiyyat illik hadisə deyil”.

 

 “Gitarası ilə Bob Dilan, qalmaqallarla Salam Sarvan...

 

 

 

Şair Hikmət Orhun Salam Sarvanın Bob Dilandan daha çox yadda qaldığını deyir: “Dünyada gitarası ilə Bob Dilan, Azərbaycanda qalmaqalları ilə Salam Sarvanı xatırlayıram ancaq. Adam üç dəfə hadisə çıxardı; doğum günündə oxucuları söydü, sonra YAP-a keçəcəyi ilə bağlı açıqlama verdi, bir neç gün qabaq da türkçüləri qələminə doladı. Məncə, o, Bob Dilandan daha məşhurdur. Bobun isə ən yadımda qalan cəhəti “Mənim mahnılarım ədəbiyyatdırmı?” adlı Nobel Nitqi oldu. Adam İsveç Akademiyasını barmağına dolamışdı”.

 

“Şeir gecələrinin sayı artdı və format dəyişdi”

 

 

 

Şair Rəbiqə Nazimqızı düşünür ki, ədəbiyyat daha çox feysbuk vasitəsilə yayıldı: “Dünyada ədəbi zəmində Bob Dilanın Nobel mükafatına layiq görülməsi uzun müddət müzakirə predmeti oldu, hətta bunu ilin ədəbi qalmaqalı adlandıra bilərik. Açığı, məndə bu, o qədər də aqressiya doğurmadı. Azərbaycanda ədəbiyyat daha çox feysbuk üzərindən yayılmağa davam elədi, bunun da öz müsbət və mənfi tərəfləri özünü göstərir. Xoşagələn hal o oldu ki, bu il ədəbi qiraət axşamları və şeir gecələrinin sayı artdı və formatı dəyişdi”.

 

“Murad Köhnəqalanın AYB-yə qayıtmasıAYO-AYB qarşıdurmasının canlanması...

 

 

 

 

Yazar Ayxan Ayvaz yeni ildə özünün yaddaqalan imza olmağını arzu edir: “Ədəbiyyat həmişə yaddaşlarda qalır. Fərqi yoxdur, bizdə ya dünyada. Yəqin ki, bizdə Rüstəm Behrudi yadda qaldı, Yazıçılar Birliyindən yubiley təbriki almadığına görə istefa verməsinə görə. Yubiley demişkən... Ramiz Rövşən yubiley yaşında medala öyrəşməyən sinəsinə tərifli sözləri qonaq elədi. Bir də Yazıçılar Birliyinə gələn yeni üzvlər, paylaşılan üzvlük vəsiqələri, vəsiqə ilə şair, yazıçı adı alanlar, Murad Köhnəqalanın AYB-yə qayıtması, AYO-AYB qarşıdurmasının təzədən canlanması. Dünyada baş verən ədəbi hadisələrə gəldikdə isə, Pamukun “Tolstoy” mükafatı almağı yadıma düşür. Bir də təbii ki, Nobel mükafatını qazanan Bob Dilan, İsveç Akademiyasını barmağına dolayan Bob Dilan. Hər halda ədəbiyyat dünyada hər şeydən daha maraqlıdır. Çünki quru deyil, dinamikdir, hərəkətvericidir. Arzu edirəm ki, bu il dünya üçün də, Azərbaycan üçün də yaddaqalan imza özüm olum”.

Mənbə: Müəllif: XƏBƏR365
Bob, Dilan, İsveç, Akademiyasını, barmağına, doladı,, bəs, Salam, Sarvanla, Şəhriyar, del, Gerani?,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı