The document has moved here.
|
||
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi - Ölən var | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.
"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.
Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.
Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Araşdırma aparılır.
Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqlənib. |
||
|
||
Bölmə, rəisi, Bakı-Qazax, yolunda, qəza, törətdi, -, Ölən, var, |
|