The document has moved here.
|
||
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Avropa İttifaqı ilə münasibətlərimizi Norveç kimi qurmalıyıq”
“Azərbaycan-İngiltərə iqtisadi əlaqələri bünövrəsi o qədər möhkəmdir ki...”
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Xəbər365-ə açıqlamasında bu sualları cavablandırıb: “Böyük Britaniya Azərbaycanın böyük ticarət portnyorudur. Britaniyanın şirkətləri Azərbaycanda ən böyük investorlardan biridir. Bu əlaqələr kifayət qədər genişdir. Əlbəttə, bu istiqamətdə inkişaf üçün potensial var. Yaranmış vəziyyətlə əlaqədar onu qeyd etmək lazımdır ki, təəssüflər olsun, Avropa İttifaqı çərçivəsində enerji siyasəti tam şəkildə formalaşmayıb. Çünki bir sıra ölkələrin qrupları öz maraqlarını müdafiə edərkən vəziyyəti o hala gətirib çıxarıblar ki, demək olar, birgə enerji siyasəti yoxdur. Bu da bəzən bu və ya digər şəkildə Böyük Britaniyaya da öz təsirini göstərir. Hesab edirəm ki, mövcud Azərbaycan-İngiltərə iqtisadi əlaqələri bünövrəsi o qədər möhkəmdir ki, yeni şəraitdə yeni imkanlardan iki tərəf də istifadə edəcək. Xüsusən enerji sektorunda”.
“Azərbaycanın Aİ-yə üzv olmaq kimi bir məqəsdi yoxdur”
Politoloq Azərbaycanın qarşısında Avropa İttifaqına üzv olmaq kimi bir məqsəd dayanmadığını hesab edir: “Bu, hazırda aktual məsələ deyil. Nə Avropa İttifaqı yeni üzv qəbul etməyə hazırdır, nə də Azərbaycanın belə bir planı var. Bu mövzular yetərincə Azərbaycan cəmiyyətində müzakirə olunub, ancaq hələ ki, heç bir qəti fikir yoxdur. Perspektiv baxımından Azərbaycanın iqtisadiyyatı o səviyyədədir ki, Avropa İttifaqı ilə münasibətini gərək Norveçin Aİ ilə əlaqələrindən nümunəsi əsasında qursun. Norveç də Aİ-nin üzvü deyil. Kifayət qədər Avropaya inteqrasiya olunmuş bir ölkədir, ancaq üzvlükdən kənar durur. Bu baxımdan iqtisadiyyat üzrə mütəxəssislər dəqiq bilməlidirlər ki, Avropa İttifaqında üzvlük və ya ona bu istiqamətdə irəliləyiş bizə lazımdır, ya yox...” |
||
|
||
Böyük, Britaniyanın, qərarı, Azərbaycana, nə, vəd, edir?, -, Tofiq, Zülfüqarov, cavablandırır, |
|