Xəbər haqqında
07 Fevral 2018 - Çərşənbə 13:14 290 nəfər oxuyub
 
Boz qurd işarəsi islama qarşıdırmı?
- Xəbəri
Boz qurd işarəsi islama qarşıdırmı?

Türkiyənin "AK" partiyasından olan sabiq millət vəkili İbrahim Qorxmaz "Boz qurd" işarəsi ilə bağlı sensasion açıqlama verib. 


Xeber365.com Türkiyə mətbuatına istinadən məlumat verir ki, İ. Qorxmaz "Boz qurd" işarəsinin xiristian Qaqauzlara məxsus olduğunu iddia edib. O, bildirib ki, bu işarə islama qarşı çıxmaqdır.


Sosial media vasitəsi ilə çox böyük tənqidlə, hətta bəzən də təhqirlə qarşılaşan İ. Qorxmaz çarəsiz qalaraq insanlar müraciət edib:

"Hər kəs yazdığına diqqət eləsin. İnsan kimi müzakirə edək".


Daha sonra özünün "Boz qurd" işarəsi göstərdiyi fotosunu paylaşan sabiq millət vəkili fikirini belə izah edib:


""Boz qurd" işarəsi ilə biz Yaxın Şərqə girə bilərik. Lakin bu işarə ilə bölgənin insanlarının ürəyinə yol tapa bilmərik. Bu işarə bölgə insanlarının qəlbində bizə qarşı kin yaradacaq. Həm də bu işarənin kökü Göytürklərə aid olduğu üçün islama ziddir". 

 

Mənbə: Müəllif: XƏBƏR365
Boz, qurd, işarəsi, islama, qarşıdırmı?, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı