Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 13:31 234 nəfər oxuyub
 
Bu gün Axısha türklərinin Stalin sürgünündən 73 il ötür
GÜNDƏM Xəbəri
Bu gün Axısha türklərinin Stalin sürgünündən 73 il ötür

Türk dünyasının ulu boylarından, ulu olduqları qədər də ən ağır məşəqqətlərə düçar olan boylarından biri Axısha  türklərinin Stalin tərəfindən sürgün edilməsindən 73 il ötür. Axıshaların məşəqqətli günləri 1944-cü il  məhz noyabrın 14-də başlamışdı.

 

 

1920-30-cu illərdə Axısqa türkləri ana dilində məktəblər açmış, teatr yaratmış, mədəni yüksəlişə başlamışdı. Ancaq bu yüksəliş uzun sürmədi. 1944-cü ildə ermənilərin fitvası ilə  Sovet diktatoru Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi Axısha türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edildi.  

 

 

Ana vətənlərindən amansızcasına qoparılan, yalquzaq səhralara göndərilən bu xalqın başına gələn müsibətləri yalnız onların özləri təsvir edə bilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Axısha türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum edildilər.

 

 

Sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara "müsəlman gürcü" adını yapışdırmağa çalışdı. Bütün bunlar azmış kimi Axısha türklərinin həyatında ikinci bir faciə törədildi. Bu faciə düşmən mafiyanın əli ilə 1989-cu ildə Özbəkistanın Fərqana şəhərində baş verdi.

 

 

Özbəklər, Axısqa türklərini qətlə yetirdi. Bu hadisə bütün Türk dünyasını sarsıtdı. Axısqa türklərinin ikinci deportasiyası başlandı. Axısqa türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndi. Ən böyük axın ölkəmizə gəldi. Azərbaycan hələ 1950-ci illərin sonlarında öz qucağını doğma soydaşlarına açmış, onları bərəkətli torpağı olan Saatlıda, Sabirabadda, Beyləqanda, Xaçmazda, Qubada, Qazaxda, Şamaxıda və digər bölgələrdə yerləşdirmişdi.

 

 

 

Mənbə: Müəllif:
Bu, gün, Axısha, türklərinin, Stalin, sürgünündən, 73, il, ötür,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı