Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 12:15 68 nəfər oxuyub
 
Bu il ölkəyə cəmi 8102 avtomobil gətirilib
İŞ DÜNYASI Xəbəri
Bu il ölkəyə cəmi 8102 avtomobil gətirilib

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 8102 ədəd avtomobil idxal olunub.

 

Xeber365.com Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3753 ədəd avtomobil artıb.

 

Ölkəyə gətirilən avtomobillərin 148 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7098 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 795 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 61 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

 

 

 
Mənbə: Müəllif:
Bu, il, ölkəyə, cəmi, 8102, avtomobil, gətirilib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı