Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 18:38 100 nəfər oxuyub
 
Bu İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində kitablar nəşr etdirəcək
GÜNDƏM Xəbəri
Bu İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində kitablar nəşr etdirəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təkliflərinə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətində milli və dini münasibətlər” mövzusunda elmi konfrans keçiriləcək. Həmçinin tarix elmləri doktoru Aydın Balayevin “Məmməd Əmin Rəsulzadə - siyasi portret” və “Türkçülüyün patriarxı Əhməd bəy Ağayev” kitabları nəşr olunacaq.

Xeber365.com məlumat verir ki, bunu institutun elmi şurasının növbəti iclasında bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova söyləyiub. Bildirilib ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, institut artıq reallaşdıracağı tədbirlər üzərində işləməkdədir.

 

Mənbə: Müəllif: XƏBƏR365
Bu, İnstitutu, “Azərbaycan, Xalq, Cümhuriyyəti, İli”, çərçivəsində, kitablar, nəşr, etdirəcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı