Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 16:45 793 nəfər oxuyub
 
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
BAXIŞ Xəbəri
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL

Ekspertlərin fikrincə, avtomagistral artıq öz aktuallığını itirib və bir neçə il sonra hazırda Azərbaycanın liderlik etdiyi beynəlxalq nəqliyyat şəbəkəsi ilə rəqabət apara bilməyəcək.

 

Xeber365.com “Vestikavkaza.ru”ya istinadla bildirir ki, Ermənistanın böyük ümidlər bəslədiyi “Şimal-Cənub” avtomagistralı başlamadan bitə bilər. Erməni mətbuatı beynəlxalq təşkilatların layihəyə marağını itirdiyini və kredit ayırmaqda maraqlı olmadığını bildirir. 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf bankı ilə birgə kredit razılaşması imzalayıb, avtomagistral tikintisinin 2016-cı ildə bitəcəyi barədə razılıq əldə olunub. Belə ki, tikinti müqavilə imzalandıqdan üç il sonra başlayıb, hazırda çox az hissəsi hazır olan layihənin xərcləri isə günü-gündən artır. Əgər 2012-ci ilin sentyabrında layihə 1 milyard dollar dəyərində qiymətləndirilirdisə, hazırda bu məbləğ 2 milyard təşkil edir. İndi rəsmi Yerevan layihəni tamamlamaq üçün yeni investorlar axtarışındadır.

 

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimi keçirilib. Heç kəsə sirr deyil ki, bu layihənin reallaşması zamanı da bir çox maliyyə və texniki çətinliklər üzə çıxmışdı. Ancaq prezident İlham Əliyevin də qeyd etdiyi kimi əsas olan nəticədir: “Layihənin maliyyə mənbəyi neft fondurur. Neft fondunun gəlirləri isə neftçilərin gərgin əməyinin nəticəsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri tikilməsəydi, bu koridor açılmasaydı lazımi vəsaitimiz olmazdı, belə bir beynəlxalq layihə də reallaşmazdı. Prezident seçildikdən dərhal sonra mən bu layihə ilə məşğul olmağa başladım, maliyyə və texniki çətinliklər olacağını əvvəlcədən bilirdim lakin hər şey uğurla həll olundu”.

 

Yerevanın məlum səbəblərdən belə nəhəng layihə üçün öz vəsaiti yoxdur. Bu yaxınlarda narahat erməni vətəndaşı “Feysbuk”da yazdığı postda “Şimal-Cənub” magistralının uğursuzluğa düçar olmasının yeganə günahkarının erməni hökuməti olduğunu yazıb. Aktiv şəkildə müzakirəyə qoşulan digər erməni istifadəçilər “Ermənistana iqtisadiyyatını inkişaf etdirməyə nə mane olur” və “niyə rəsmi Bakı beynəlxalq infrostruktur layihələrini həyata keçirə bilir, bizsə yox” suallarına cavab tapmağa çalışıblar. Müzakirələr zamanı önə çıxan fikirlər belədir:

 

“Beynəlxalq investorlar lazimi qarantiya olmadan heç bir layihəyə bu qədər pul xərcləmək istəmir”

“Bakıı-Tbilisi-Qarsa allternativ yaratmaq yerinə düşərdi. Sadəcə Bakı bunu reallaşdıra bilib, bəs biz, bax bunu bilmirəm...”

“Həqiqətən istəsən hər şey realdır, heç neft də lazım deyil. Baş işlətmək və ölkəni sevmək lazımdır”

“Heç kim münaqişə regionuna investisiya yatırmaq istəmir. Sülh qarantiyası olmasa heç kim öz pullarını riskə ata bilməz”

“Niyə biz qonşularımızı tənqid edirik? Ona görə ki, onlar milli maraqlarını anlayır və infrostruktur layihələrini reallaşdırırlar? Əgər Bakı-Tbilisi-Qars kimi dəmiryolu və ya avtomagistral tikə bilmiriksə niyə özümüzü qurban kimi qələmə veririk?”

 

Mənbə: Müəllif:
Bu,, niyə, Bakıda, alınır, Yerevanda, yox?, -, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı