The document has moved here.
|
||
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Artıq bir neçə gündür ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan mediasında antiqəhrəmana çevrilib.
Buna səbəb M.Zaxarovanın əvvəlcə aprelin 24-də öz feysbuk səhifəsində ermənilərlə həmrəy olduğunu yazması, bir neçə gün sonra isə azərbaycanlı jurnalistin Dilqəm Əsgərovun taleyi ilə bağlı sualına cavab verərkən Azərbaycan mediasını “tərbiyəsiz” adlandırmasıdır.
Yerli KİV–də Rusiya XİN-in sözçüsünə cavab olaraq onun Nyu-Yorkda olmuş toyundan 18+ fotolar paylaşır.
Bir dövlətin rəsmi nümayəndəsinə bu şəkildə cavab vermək nə dərəcədə doğrudur? Ümumiyyətlə, peşəkar jurnalistika belə hallarda nə etməlidir və necə rekasiya verməlidir? Bu mübarizə üsulu Azərbaycana və onun mediasına informasiya müharibəsində nə qazandıracaq? Ümumiyyətlə, qazandıracaqmı?
Xeber365.com-un suallarını tanınmış jurnalist, media üzrə ekspert Zeynal Məmmədli cavablandırır.
Zeynal Məmmədlinin sözlərinə görə, demokratik, sosial məsuliyyət prinsiplərinə, ictimai dəyərlərə önəm verən jurnalistika belə cavab vermir: “Bu münasibət, yəni dedi-qodu, qarayaxma, gözdən salmaq ciddi jurnalistikanın prinsiplərinə ziddir. Bu şəkildə cavab verəndə deyilənlər doğru olanda belə yalan təsiri bağışlayır. Bu üsuldan XIX əsrdə jurnalistika təzə-təzə formalaşanda Qərbdə istifadə eləyirdilər. Halbuki doğruya oxşayan yalan, yalana oxşayan doğrudan daha yaxşıdı. Belə doğrular yalana bənzədiyindən onların təsir gücü də olmur”.
Zeynal Məmmədli deyir ki, Mariya Zaxarovanın şəxsi həyatının onun Dağlıq Qarabağ konfliktinə münasibətinə heç bir dəxli yoxdur: “Bir şeyi də nəzərə almalıyıq. Mariya Zaxarova böyük bir dövlətin Xarici İşlər Nazirliyinin sözçüsüdür. Azərbaycan dövlətinin rəsmilərinin verdikləri məlumatlara görə, ölkəmizlə həmin dövlət arasında əməkdaşlıq, müxtəlif sahələrdə yaxın əlaqələr var. Digər tərəfdən bizim münasibətimizin Rusiya ictimai rəyi üçün heç bir önəmi yoxdur. Yəni bu elə bir xörəkdir ki, onu Rusiya yox, ancaq Azərbaycan yeyəcək. Özü də çox keyfiyyətsiz bir yeməkdir. Bundan əlavə, o adamın özəl yaşamının Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ konfliktinə münasibətinə nə dəxli var? Malı mala qatmazlar axı..”
Ekspert M.Zaxarovanın onsuz da Azərbaycanın dostu olmadığını, əslində Rusiyanın dövlət maraqlarını ifadə etdiyini, buna görə də ona peşəkar səviyyədə yazılmış təhlil yazılarla cavab verilməli olduğunu söyləyir: “ Bütövlükdə Rus ictimai rəyi də Ermənistanyönümlüdü, belə baxanda Rusiyanın dövlət maraqları da Ermənistana meyllidir, burasını inkar eləmək olmaz. Amma məsələnin başqa bir tərəfi də var. Zaxarovanın dedikləri haqda Azərbaycan mediasında ciddi yazılar yazıldımı, analizlər aparıldımı? Nədənsə biz məsələnin bu tərəfini gözardı edirik. Əgər biz onun söylədiklərini ciddi tənqid kimi qəbul eləsək, o haqlıdır, ya yox? Gəlin bunun analizini aparaq. Bu, Zaxarovaya komplement eləmək deyil. Jurnalistikamızın keyfiyyətini qaldırmaq baxımından bu nüansa diqqət yetirmək lazımdı. Onsuz da biz Zaxarovanı heç vaxt dosta, yaxına çevirə bilməzdik. Əvəzində onun düşmənçiliyini bir az da dərinləşdiririk. Ona təhqirlə yox, yüksək analitik təhlillərlə cavab verilməliydi.
Və ən nəhayət, kimsə ləyaqətsiz davranırsa, ona onun kimi, hətta ondan daha pis cavab verməyə ehtiyac yoxdu. Bu, bizi daha da gözdən salır. Bu mənada bizim medianın münasibəti ciddi media prinsiplərindən çox uzaq, qaraqışqırıqçı, adi kütlənin reaksiyasına bərabərdir”. |
||
|
||
BU, OYUNDA, KİM, UDUZDU:, Azərbaycan, mediası,, yoxsa, Zaxarova?, |
|