301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
16 Oktyabr 2020 - Cümə 12:44 152 nəfər oxuyub
 
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
MÜSAHİBƏ Xəbəri
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı sayəsində bir sıra strateji yüksəklik və yaşayış məntəqələri işğaldan azad olunub. Ərazini tanıyan və Birinci Qarabağ müharibəsi zamanı vəziyyətdən xəbərdar olan mütəxəssis olaraq ordumuzun apardığı indiki əməliyyatları necə qiymətləndirirsiniz?

- Əvvəla, Azərbaycan Ordusunu XXI əsrin standartlarına uyğun müharibə apardığı üçün təbrik etmək lazımdır. Çox yüksək peşəkarlıqla hərbi əməliyyatlar hazırlanır və dəqiqliklə həyata keçirilir. Bu əməliyyatların keçirildiyi meydan həm də ciddi təbii maneələrin olduğu və coğrafi relyefin əngəl törətdiyi ərazilərdir. Eyni zamanda son 30 ildə burada ciddi müdafiə istehkamları qurulub. Əksəriyyətin təsəvvür edə bilməyəcəyi şəkildə maneələr, istehkamlar, bunkerlər, tunellər, müdafiə qurğuları yaradılıb.

Sözsüz ki, belə bir müdafiə xətlərinin eşalon-eşalon qurulması təkcə ermənilərin işi deyil. Onların havadarları və müttəfiqlərinin də ciddi dəstəyi olub. Belə şəraitdə sürətli döyüş əməliyyatları aparmaq çətindir. Amma ordumuz iki həftə ərzində ciddi uğurlara imza ataraq qeyd etdiyimiz müdafiə xətlərini yarıb dağıda bildi. Yəni cəbhənin müdafiə xəttinin birinci eşolonu lazım olan yerdə həm Ağdərə istiqamətindən, həm də cənubdan Füzuli-Cəbrayıl istiqamətindən dağıdıldı. Onu qeyd edim ki, Ağdərə ətrafındakı yüksəkliklər - Keçəldağ mövqeyi, Suqovuşan kəndi ətrafındakı yüksəkliklər, o cümlədən Sərsəng su anbarının önündə Tonaşenindən Gülüstan və Keçəldağa qalxan hissələrdə ordumuz yüksək nailiyyətə imza atdı. Təsəvvür edin ki, bunlar dağlarda köstəbəklər kimi tunellər, şəhərlər qurublar. Oradakı bunkerlərin qurulmasında metrlərlə qalınlığında olan divarlar, betonlardan, rezin təkərlərdən istifadə olunub. Bu bunkerlər eyni zamana həm də anqarları xatırladır. Onların giriş-çıxış hissələri xüsusi qalın zirehli qapılarla örtülüb. Bu istehkamların üst hissəsi meşə olduğundan əməliyyatlar aparmaq olduqca çətindir. Bizim əsgərlərimiz bu maneəni sındırdılar və ermənilərin keçilməz saydıqları əsas qalalardan birini fəth etdilər. Beləcə Ağdərə istiqamətində cəbhənin əsas xətti yarıldı.

Cəbhənin cənubunda - Füzuli, Cəbrayıl, Xocavənd, Hadrud istiqamətində düşmənin güclü istehkamları qurulmuşdu. Burada da cəbhənin Hadrud istiqamətində dəqiq işlənən plan əsasında müdafiə xətti yarıldı və Hadrud ətrafında düşmən qüvvələri təmizləndikdən sonra ciddi strateji üstünlük əldə edildi. Ola bilsin ki, oxucularımız Hadrudun strateji baxımından əhəmiyyətini o qədər də bilmir. Hadrutun azad edilməsi və ətraf yüksəkliklərin əldə olunması ona səbəb olacaq ki, qısa müddətdə cənub və cənub şərq istiqamətində Füzuli və Xocəvənd əraziləri təmizlənəcək. Eyni zamanda Hadrutdan şimal istiqamətinə - Şuşa və Xankəndinə yol açılır. Hadrutdan şimal və şimal-şərq hissəyə - Qubadlı və Laçın istiqamətində manevr imkanlarımız yaranır. Başqa sözlə, Hadrut istiqamətində bəzi yüksəkliklər var, bu Tağlar, Dolanlar kəndi ətrafındakı yüksəkliklər, eləcə də Cəbrayıl və Qubadlı istiqamətindəki Ziyarətdağ yüksəkliyi, habelə Topağac yüksəkliyinin nəzarətə götürmə imkanları yaranır.

Bu ərazilər nəzarətə alındıqdan sonra demək olar ki, bizim tamamilə Zəngilan və Qubadlı ərazilərindəki düzənlik hissələrə tam nəzarət etməyimizə imkan verəcək. Bununla bərabər Laçın dəhlizini nəzarətdə saxlamaq imkanı yaranacaq. Eyni zamanda Qubadlı ərazisindən hazırda Ermənistan ərazisini İranla bağlayan yollar Qafan-Gorus ərazisindən keçir. Qafan-Gorus arasındakı yol bizim nəzarətimizdə olduqdan sonra faktiki İrandan Ermənistana daşınacaq silah-sursatın keçməsi imkansız olacaq. Bu baxımdan indiyə qədər atılan addımlar ciddi və strateji baxımdan əhəmiyyətlidir. 18 günlük müddətdə 45-ə yaxın yaşayış məntəqəsinin, 1 şəhər və 1 qəsəbənin işğaldan azad edilməsi ciddi uğur sayılmalıdır. Mən anlayıram ki, cəmiyyətimiz işğalın nəticələrinin sürətlə aradan qaldırılmasını istəyir, amma nəzərə almaq lazımdır ki, həm Dağlıq Qarabağ ərazilərində qurulan müdafiə istehkamları, həm də ərazinin coğrafi relyefi bu əməliyyatın bizim istədiyimiz sürətdə həyata keçirilməsinə maneə olur. Bütün bunlara baxmayaraq Azərbaycan Ordusu çox sürətli hərəkət edir.

Mən, sizə bir məqamı xatırlatmaq istərdim. 2006-cı ildə İsrail ordusu Livanda əməliyyatlar həyata keçirdi. “Hizbullah”ın Livanın dağlıq bölgələrində qurduğu və eynən Qarabağdakı kimi istehkam, tunel və bunkerlərdə aylarla ilişib qaldı. Dünyanın ən güclü ordusuna və texnologiyaya sahib silahlı qüvvə dediyim ərazilərdə çətinliyə düşdü və qarşıya qoyulan hədəfləri tam yerinə yetirə bilmədi. Amma Azərbaycan Ordusu qısa müddət ərzində geniş əraziləri işğaldan azad edə bildi və düşmənə sarsıdıcı zərbə vurdu. Ordumuzun zərbələri düşmənin Qarabağda yerləşdirdiyi hərbi arsenalının əhəmiyyətli hissəsini sıradan çıxardı. Bu da Ermənistan ordusunun maddi-texniki baxımdan zəiflədilməsinə səbəb oldu. O cümlədən, düşmən bizim ordumuzun uğurlu əməliyyatı nəticəsində canlı itkilər verməli oldu.

Bu itkilərin sayını erməni tərəfi 550-600 civarında açıqlayır. Amma reallıqda onların itkiləri açıqladığı rəqəmlərdən on dəfələrlə artıqdır. Bu əməliyyatların sırasında ermənilər tərəfindən hazırlanan əməliyyata qarşı əks-həmlə keçirilərək erməni silahlı qüvvələrinin Cəbrayıl-Hadrut istiqamətində darmadağın edilməsi xüsusilə qeyd olunmalıdır. Qeyd edim ki, oktyabrın 5-6-da Nikol Paşinyan lovğa-lovğa elan etdi ki, cənub cəbhəsində xüsusi əməliyyat hazırlayırlar və bu əməliyyat savaşda dönüş nöqtəsi olacaq. Əslində bu dönüş nöqtəsi oldu, sadəcə Paşinyanın arzuladığı kimi deyil, bizim arzuladığımız kimi oldu. Bu döyüş və acı məğlubiyyət erməni ordusunda ciddi mənəvi pozğunluq yaratdı.

- Yəni əməliyyatların birinci fazası düşməni pərən-pərən salıb?

- Baxın, iş o yerə gəlib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 1990-cı illərdə Azərbaycana qarşı cinayətlərdə iştirak edənləri səfərbər edərək Qarabağa göndərməklə məşğuldur. Mən əminəm ki, Azərbaycan əsgərləri Xocalıda, Şuşada və digər ətraf rayonlarda azərbaycanlılara qarşı işlətdiyi cinayətlərin cəzasını onlara misli ilə verəcək. Həm də bu cinayətkarların məhv edilməsi üçün fürsət yaranıb.

Əməliyyatların birinci mərhələsini götürsək deyə bilərik ki, kifayət qədər yaxşı nəticələr əldə edilib. Amma bir qədər səbr də lazımdır. Çünki birinci eşalonda keçidlər, bunkerlər dağıdıldıqdan sonra hərəkət bir qədər sürətlənəcək. İndi proses sürətlənməyə doğru istiqamətlənib. Nikol Paşinyan özü və Dağlıq Qarabağdakı cinayətkar Arutyunyan etiraf etdilər ki, Azərbaycan Ordusu cəbhənin şimal və cənub istiqamətini yararaq irəliləyib. Və onlar da geri çəkilməyə məcbur edilib. Bunu özləri etiraf etdilər və çox ciddi sayda itkilərinin olduğunu dedilər.

- Əməliyyatların davam edəcəyi anonsu edilib. Gözləntiləriniz nədir?

- Sözsüz ki, bu məsələləri hərbi-siyasi rəhbərlik həll edir və bu günə qədər də bütün əməliyyat planları dəqiqliklə icra olunur. Sadəcə olaraq arzularımı deyə bilərəm. Arzum odur ki, ordumuz sürətlə üç istiqaməti nəzarətə almalıdır. Bu, Ağdərə-Kəlbəcər istiqamətidir. Bura olduqca strateji əhəmiyyətə malik ərazilərdir. Həm də Ermənistanı Dağlıq Qarabağla birləşdirən ən qısa və rahat yol Kəlbəcər ərazisindən çəkilib. Digər istiqamət təbii ki, Cəbrayıldan sonra Qubadlı, Zəngilan və Laçındır. Burada məncə, daha rahat hərəkət etmək olar.

Bildiyim və izlədiyim qədər ermənilər burada daha çox təsərrüfat işləri ilə məşğul olub, ciddi müdafiə sədləri qurmayblar. Bu ərazilərin azad edilməsi, Laçın dəhlizinin nəzarətə götürülməsi məsələnin çox qısa zamanda həllinə kömək edə bilər. Düşünürəm ki, bizim üçün ən strateji hədəf Laçın və Kəlbəcər dəhlizlərinin bağlanması və Dağlıq Qarabağdakı cinayətkarlara lojistik dəstəyin kəsilməsinin təmin edilməsi ola bilər.

- Ordumuz Ermənistan ordusuna ciddi uğursuzluq və itkilər yaşadıb. Bundan sonra erməni ordusunun potensialı hərbi əməliyyatları hansı ana qədər davam etdirməyə imkan verir?

- Ermənistanın resursları onun uzunmüddətli müharibə aparmasına imkan vermir. Sadəcə olaraq bu məsələdə erməniləri müdafiə edənlər var. Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti bilir ki, 3 aya yaxındır dayanmadan Ermənistana mülki təyyarələrlə silah-sursat daşınır. Ən çox da raket və elektron qurğular. Bu dəstək kəsilsə, Ermənistan qısa müddətə tamamilə dayana bilər. Bunun üçün Ermənistandan daha çox onun müttəfiqi qərar verməlidir. Rusiya Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə istinad etməli və işğalçı ordunun işğal etdiyi ərazilərdən qoşunlarının çıxarmasına çalışmalıdır. BMT qətnamələrinin birinci tələbi işğal edilən ərazilərdən işğalçı ordunun çıxarılmasına dairdir.

Amma Ermənistanı müdafiə edən dövlətlər, həmsədrlər bilərəkdən bu bəndi unudurlar və atəşkəs tələbini irəli sürürlər. Niyə? Bizim atəşkəslə bağlı tələbimiz bəllidir və ölkə prezidenti də açıq elan edib ki, atəşkəs işğalçı ordunun işğal olunan ərazidən çıxarılmasına dair qrafik təqdim etdikdən sonra olacaq. Ondan sonra Azərbaycan atəşkəsə və danışıqlara hazırdır. Bu tələb də təsadüfi deyil, xatırlatdığım kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birinci bəndində bu tələb açıq yazılıb.

Bir daha qeyd edim ki, burada məsələ daha çox Ermənistanın havadarlarından və müttəfiqlərindən asılıdır. Ermənistanın işğalçı, təcavüzkar, şizofrenik düşüncəsinə qalsa onlar bəlkə də intihara getmək haqqında düşünərlər.

- Sizcə, Ermənistanı yaxın müttəfiqləri sülhə getməyə, ona məxsus olmayan ərazilərdən imtina etməyə vadar edə bilərmi?

- Açığı, “Ermənistanı sülhə gəlməyə vadar edəcəklər, yoxsa etməyəcəklər”, “Rusiyaya Qafqazda sabitlik lazımdırmı, yoxsa lazım deyilmi” kimi sualların cavabı olmalıdır. Açığı, Rusiya anlamalıdır ki, onun son 30 ildə burada üstünlük verdiyi “nə müharibə, nə sülh” yanaşması artıq keçmir. Dünyada və bölgədə kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişikliklər var, Azərbaycan artıq 30 il əvvəlki dövlət və cəmiyyət deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda əsas aparıcı dövlətdir, iqtisadi, hərbi və insani gücü ilə daha güclüdür. Rusiya ona lazım olmayan qulpsuz çamodan olan Ermənistanı qara yara kimi saxlamaqda davam edəcəksə, gərginliklər qalacaq. Yox, Rusiya bölgədə barışı istəsə, habelə digər aktyorların olduğunu, Türkiyəni nəzərdə tuturam, qəbul etsə, regionda problemlər həllini tapa bilər.

Bölgədə davamlı sülhün və əməkdaşlığın bərqərar olmasında iki vacib aktyor var - Rusiya və Türkiyə. Türkiyənin bu işlərə qarışmaması haqda kimlərinsə arzusu ola bilər. Amma Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Türkiyə bu proseslərdə 1993-cü ildə də olub. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsinin həyata keçirilməsi üçün Rusiya, ABŞ və Türkiyə formatında vasitəçilərin iştirakı ilə danışıqlar aparıldı. O zaman Kəlbəcərin işğaldan azad edilməsi qrafiki hazırlandı. Yəni Türkiyə bu məsələdə real kömək və dəstək göstərə bilər. O dövrdən sonra Türkiyə proseslərdən kənarlaşdırıldı, regiona heç bir aidiyyəti olmayan və bitərəfliyi şübhə doğurmayan Fransa prosesə daxil oldu. Amma bu gün Türkiyənin dünyada və regionda rolu da fərqlidir. Eləcə də Cənubi Qafqazda Türkiyənin rolu nəzərə alınmalıdır. Həm də diqqətə alınmalıdır ki, Türkiyənin Cənubi Qafqazda iki ölkə - Azərbaycan və Gürcüstanla strateji müttəfiqlik münasibətləri var. Bu baxımdan Türkiyədə regionda var və Qarabağ məsələsində də masada olmalıdır. Azərbaycan prezidenti də bunu çıxışlarında qeyd edib. Məncə, qonşu Rusiya bu məsələdə Azərbaycan və Türkiyə ilə razılaşmalı, regionda iqtisadi əlaqələr daha da inkişaf etməlidir. Ermənistanın da burada rahat yaşaması və inkişafının təməl yolu onun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yaxın və normal qonşuluq münasibətləri qurulduqdan sonra baş verə bilər. Əks halda faşist düşüncəsində olan bu kiçik dövlət qonşuları ilə problemlər içində qalar.

- Oktyabrın 14-də Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Qarabağ münaqişəsi ətrafında yaranan durumu müzakirə etməsi hansısa pozitiv işartılardan xəbər verə bilərmi?

- Türkiyə son dövrlər Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı ciddi tələblər irəli sürür, bu məsələdə bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edir. Rusiya da Türkiyənin bu mövqeyini nəzərə alır. Azərbaycan və Türkiyə qonşu Rusiyanın Qafqazda, habelə digər bölgələrdə maraqlarına hörmət və həssaslıqla yanaşırsa, eyni mövqeni də Rusiya nümayiş etdirməlidir. Eləcə də Türkiyənin Qafqazda oynadığı stabilləşdirici rol qəbul olunmalıdır. Hər halda Türkiyə və Rusiya prezidentlərinin danışıqları bunun ilk addımı sayıla bilər. Təbii ki, buna qarşı olacaq qüvvələr çoxdur, amma bunsuz da mümkün deyil. Baxın, Minsk Qrupunda olan ölkələr var ki, bölgəni tanımır, bu münaqişə haqqında xəbərsizdir və regiona təsiri də yoxdur. Məsələn, İsveç və digərləri.

Onlar burada nələrin baş verdiyindən xəbərsizdir, maraq da göstərmirlər və öz mövqeləri də konkretləşdirilməyib. Burada ABŞ dünyanın super gücüdür və həmsədr olaraq iştirakı normaldır. Üstəlik qeyd etdiyim kimi ABŞ 1993-cü ildə üçlük formatında prosesdə olub. Amma Fransanın bölgəyə ağırlığı və təsir imkanları yoxdur. Yəni onun təsir imkanları Türkiyənin təsir imkanlarının 10 faizi qədərində deyil. Hər halda dünənki danışıq müsbət haldır. Açıqlamada ilk dəfə qeyd edildi ki, tərəflər Dağlıq Qarabağ məsələsini əsas məsələ kimi müzakirə ediblər. Hesab edirəm ki, bu müsbət hadisədir.

Mənbə: Müəllif:
“Bu, ərazilər, nəzarətə, alınsa, Laçın, dəhlizi...”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı