The document has moved here.
|
||
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur” | ||
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu xeber365.com -a bunu işğalçı dövlətin kiçik bir oyunu kimi qiymətləndirib və ölkəmiz üçün heç bir təhlükəsinin olmadığını açıqlayıb: “Məsələnin səsverməyə çıxarılacağına inanmıram. Həmişə bizi bu məsələylə hədələyirlər. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Ermənistan hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması məsələsi ilə bağlı parlament müzakirələrinə etiraz etmədiyini açıqlayıb. Hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu xeber365.com -a bunu işğalçı dövlətin kiçik bir oyunu kimi qiymətləndirib və ölkəmiz üçün heç bir təhlükəsinin olmadığını açıqlayıb: “Məsələnin səsverməyə çıxarılacağına inanmıram. Həmişə bizi bu məsələylə hədələyirlər. Ancaq sonda başa düşürlər ki, əgər belə bir sənədə səs versələr, bu, danışıqların dayandırılması və müharibənin başlanması deməkdir. “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”nin tanınması bizim üçün manevr imkanlarını daha da genişləndirir. Ancaq onlar bunu həyata keçirsələr, beynəlxalq aləmdən dəstək ala bilməyəcəklər. Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibə verərək bildirdi ki, belə bir addım məsələyə xələl gətirə bilməz. Ona görə də düşünürəm ki, sonda yenə də bu fikirdən vaz keçəcəklər. Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasının bizim üçün heç bir təhlükəsi yoxdur. Əksinə, hərbi, diplomatik baxımdan hücuma keçmək üçün münbit şərait yaradır”. Bəzi iddialara görə, sözügedən məsələ Rusiyanın sifarişi də ola bilər. Ancaq Elxan Şahinoğlu iddiaların əsassız olduğunu dilə gətiririb: “Bu, ermənilər özlərinin oyunudur. Çünki hər il bu məsələni ortaya atırlar və bir-iki deputat çıxıb deyir ki, gəlin bunu parlamentdə səsverməyə çıxaraq. Bir qədər keçir, hökumət deyir ki, yox, olmaz. Bunun mənfi nəticələri ola bilər. Çünki özləri də işin nə yerdə olduğunu yaxşı başa düşürlər. Ona görə də bu, Rusiyanın işi deyil. Rusiya böyük oyunlar həyata keçirməyə çalışır. Bu, çox kiçik bir oyundur. Ermənistan guya bu məsələ ilə bizi şantaj etmək istəyir”. Sevinc Fədai |
||
|
||
, “Bu,, Rusiyanın, yox,, Ermənistanın, kiçik, bir, oyunudur”, |
|