Xəbər haqqında
10 Sentyabr 2017 - Bazar 21:58 1182 nəfər oxuyub
 
Bu yaşda bu qədər yamaq, ağırdı, iynəm, ağırdı - Günel Şamilqızı
YARADICI Xəbəri
Bu yaşda bu qədər yamaq, ağırdı, iynəm, ağırdı - Günel Şamilqızı

Xeber365.com bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizə Günel Şamilqızının "Paltar" şeirini təqdim edir: 

 

Yad paltarda keçən ömür, 
Allah bilir, hara axır.
Bu bədən həminkidirmi?
İçində ruhum darıxır.

 

Mən alanda təptəzəydi,
Bir-bir qırdım düymələri.
Öz ruhumun paltarına
Özüm vurdum döymələri.

 

Əzdim, ütüyə gəlmədi,
Sonra kimsə tapdaladı.
Ətəyindən tutdu divlər,
O tüpürdü, bu yaladı.

 

Düz sol döşümün altından,
Sökülür, çürüyür indi.
Başdan ayağa ləkədi,
Yuya bilmirəm, mən pinti.

 

Hanı bu paltarın rəngi?
Yazdı, qışdı bomboz qalıb.
Mən tikirəm, o sökülür,
Elə sapım da az qalıb.

 

Bu yaşda bu qədər yamaq -
Ağırdı, iynəm, ağırdı.
Bu gün də yamaq vururdum,
Bu gün də Allah baxırdı.

Mənbə: Müəllif:
Bu, yaşda, bu, qədər, yamaq,, ağırdı,, iynəm,, ağırdı, -, Günel, Şamilqızı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı