301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
19 Oktyabr 2017 - Cümə axşamı 15:20 359 nəfər oxuyub
 
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Zahid Oruc yazır...
BAXIŞ Xəbəri
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc

"CƏBRAYIL KİLSƏSİ HƏRBİ KAZARMAYA ÇEVRİLƏNDƏ"

 

Birinci Dünya Müharibəsinə az qalmış, Balkanlarda iki müharibə törəyir və Osmanlı imperiyasının çöküşü artıq geridönməz xarakter alır. 1913-cü ildə bir-birinin ardınca müstəqilliyinə qovuşan Bolqarıstan,Serbiya,Çernoqoriya ilə paralel Rumıniyanın yarımvassal statusunun aradan qalxması ilə gənctürklərin Avropadakı dayaqları xeyli sarsılır. Elə həmin illər erməni milli davasının önünə çıxan qüvvələr Türkiyəni bölməyə fürsət qazandıqlarını zənn edərək, katolikos 5-ci Gevorqun rəhbərliyi altında Rusiya paytaxtına müxtəlif heyətlər göndərməyə başlayır,çara yazılı müraciətlərə ara vermirlər.

 

Məqsəd qərbi Ermənistan adlandırdıqları Van,Biltlis, Ərzrum və digər vilayətlərdə hakimiyyətin onlara verilməsi üçün rus hökumətinin Osmanlı rəhbərləri və Üçlər İttifaqının təmsilçiləri ilə danışıqlar aparması idi. Nəticəsi hamıya bəllidir-bununla 300 min insanı xilas etdiklərini söyləyən dünya erməniçiliyi məruz qaldıqları qırğınların səbəbini xəyanət cəbhəsində axtarmaq əvəzinə əsrin “soyqırımı ideologiyası”nı hörərək yaşamağa üstünlük verdilər.Həmin fəlakət epopeyasının əsas baiskarını isə “kədərli katolikos” statusunda öz qaranlıq keçmişlərinin mifik qəhrəmanına çevirdilər.

 

Halbuki o zamanlar milləti təşkil edən və gələcək hədəflərə yönəldən kilsə fitnəkarlığa deyil,müqəddəs ideyalara,yüz illərlə davam edən dostluğa və sülh içində yaşamaya xidmət göstərsəydi,ötən əsrin faciələri,kütləvi deportasiyaları və milli düşmənçilik yaradan hadisələri də baş verməzdi. Ona görə də Sovetlər Bilriyinin çöküşü ilə siyasi müstəqilliyə çatan Ermənistan tarixinin qırılma nöqtələrini sağaltmaq əvəzinə, yenidən müharibələri və mədəni toqquşmaları körükləyən məfkurəyə təslim oldu.

 

Kimsə deyə bilər ki,bəlkə də Azərbaycanla yarımçıq qalmış davanı başa vurmaq, türklərdən babalarının intiqamını almaq hissindən kənarda heç bir birləşdirici ideologiya olmağından ermənilərin qisasçılıq savaşına qayıtmaqdan özgə yolu qalmamışdı.Halbuki qırmızı imperiyanın tərkibində faşizmə qarşı vahid səngərdə vuruşan,böyük repressiyaları birgə adladan və 70 il eyni bir ideoloji çarmıxın içindən keçən iki xalq tarixi mübahisələrini daha sivil yolla həll etməyə çalışar, milyonlarla insanın humanitar fəlakətinə və yeni qətliamlara səbəb olan olmazdılar.Üstündən 25 ildən çox vaxt keçməsinə rəğmən tam məsuliyyətlə demək olar ki,Qafqazlarda millətlərarası nifaq ocağını qalayan məhz erməni kilsəsidir.Yüz illər ərzində bir xalqın tarixini, özünəməxsus dəyərlərini,mədəni və siyasi keçmişini qoruması ilə öyünən patriarxlar,qara çuxalı rahiblər və yepiskoplar azadlıq əldə edəndən sonra dini liturgiyaları ilə sülhə deyil,qarşıdurmalara xidmət göstəriblər.

 

Diqqət edin,1997-ci ilin 13 noyabrında katolikos Qareginlə müdafiə naziri Vazgen Sarkisyanın birgə təşəbbüsü nəticəsində din və silahlı qüvvələr arasında dünyada tayı-bərabəri olmayan təsisat formalaşdırılır.Orduda ruhaniyyət sinfinə yer tapmaq üçün əskər və zabitlər üzərində başqa bir əsarət dəzgahı icad edirlər.Hətta klerikal,yəni dini dövlət sayılan İranda da inqilab keşikçiləri və bəsiclərin üzərində Ali rəhbərdən savayı birbaşa komandirlik edən əcaib İuda vəzifəsi yoxdur. Ermənistan düz 20 ildir ki,Silahlı Qüvvələrin ruhani liderini təyin edib və onun 40 nəfərdən ibarət səhra köməkçilərinin əli ilə Məsihin çəkildiyi çarmıxa minlərlə Allah bəndəsini gətirmək üçün yeniyetmə gənclərin beyinlərini zəhərləyirlər.

 

Uydurulan əsatirə görə hələ tarixən min illər əvvəl xristianlığın beşiyinə çevrilən və İsaya ilk pənah gətirən ermənilər artıq 5-ci əsrdə sasanilərə və zərdüştlüyə qarşı sərkərdə Vardan Mamikonyanın başçılığı ilə misilsiz mübarizəyə qalxanda rahanilər döyüşün ön cərgəsində gediblər. Heç bir yazılı mənbələrin sübut edə bilmədiyi belə hekayələr hesabına bütöv bir xalqın keçmişi və gələcəyi yalnız qan hesabına birləşdirilir. Halbuki farsların çoxluq təşkil etdiyi ölkə ilə tarixi dini düşmənçilik səlnaməsini toxumaq indi səngərin bir tərəfində qərarlaşmağa qətiyyən mane olmur.Hələ üstündən 15 əsr keçəndən sonra sən demə Sərdarab savaşında da türkləri hərb meydanında birinci qarşılayan dini inanclı kəsim imiş. Gördüyünüz kimi,belə mifologiyanın təsirindən ən qatı sovet atesitlərinin də çıxması çətin məsələdir.O üzdən,1-ci Qarabağ müharibəsinin yaralarını sarıyarkən kilsə və yeparxiayları mənəvi dinclik ünvanına,nifrət və düşmənçilikdən arınmaq yerinə çevirməkdənsə, Eçmiədzin qəsrini əbədi din davasının baş məbədinə çevirdilər.Bəs kim edir bunları?

 

İlk olaraq o adamlar ki,siyasi hakimiyyətin yuxarı pillərinə düşə bilməyiblər və xalqı soymaq üçün müqqədəslik donu geyinməyə məcburdular.Ona görə də tiryəkə çevrilən duaların cazibəsində hər cür qəddarlığa qadir olan qladiatorlar formalaşdırırlar.Sivil bir ölkədə xaçlı yürüşlərin və səlib müharibələrin bir daha təkrarlandığını deyənləri qətiyyən qınamaq olmaz.Çünki orduda ruhani müşavirlər komissarlara çevrilərək,öldürməyə çağırış sanksiyalarını imzalayan və Allahın adı ilə insan canı alanların böyük bir sinfinə dönüblər.Bəs elə isə,bir əlinə qılınc,o birisinə İncil götürənlərin etiqad göstərdikləri din həqiqətənmi digər inanc sahiblərini, hər hansı milli və ya etnik mənsubiyyətə malik olanları məhv etməyə çağırır?

 

Xeyr, əsla yox.Min illik tarixin sınaqlarından keçən və bəşəri mahiyyət daşıyan müqəddəsliklər tam fərqli bir nəsihəti ortaya qoyur.Allahın oğlu İsa insanlığı doğmalar və yadlara bölməyi qadağan edir,öz şagirdlərinə “hər kəs bir olacaq” öyüdünü verirdi.Halbuki müharibə parçalayır,fərqli cəbhələrə keçirərək “sən öldürməsən,səni öldürəcəklər” hökmünü çıxarmağa vadar edir və bərabərlik əvəzinə güclünü haqlı çıxarır.

 

Yer üzündə istismara və ədalətsizliyə son qoymağa çalışan Xilaskar üçün onun ilahi sevgisinin ünvanı insandır-əbədi yaşayan ruha sahib olan Tanrı simalı varlığın özüdür.Savaşda isə məqsədə çatmaq üçün canlı varlıqları öldürmək və məhrumiyyətlərə düçar etməyə icazə verildiyindən insan sadəcə vasitədir.İncildə deyilir ki,xristianlar mühakimə etməməlidirlər-amma kütləvi qırğınlar düşməni hər cür alçaltmağa xidmət edən hökmləri təşfiq edir,ayrı cür düşünənləri isə xəyanətlərdə suçlayır.Bəndələrini həqiqət üzərində Yaradana sitayişə səsləyən Məryəmin oğlu nifrətə və qisasçılığa açılan qəlblərin sonradan özlərini daxilən necə terrora məruz qoyduqlarını yaxşı bilirdi. Çünki gerçəkliyi düzgün dərk edənləri və təbliğatın, kütləvi psixoz yaradan siyasətin qurbanlarının o,hələ döyüş meydanına çıxmamış ölüyə çevrildiklərini aydınlıqla görürdü.Yalan ona agah idi.

 

O üzdən Eçmiədzini bir millətin Baş Hərbi Qərargahına dönədərənlər ordu üçün yazılmış bütün qanunların gücündən daha təsirli silah tapıblar.Kilsə plan cızır,taktika hazırlayır,kəşfiyyat aparır və ən sonda özü də döyüşə atılır.Nizamnamə tələblərini yerinə yetirməyənləri ən sərt cəzalara layiq görmək olar,lakin patriarxların müqəddəs taxt-tacına qarşı gedənləri əbədi günah və lənət gözləyir. Belələrini edam etmək azdır,onları şeytan elan etmək və öz qövmündən qovub uzaqlaşdırmaq Ermənistanın Din Ordusunun əsas yazılı kitabıdır.

 

Ona görə bütün Rusiyanın patriarxı Kirill Azərbaycan və Ermənistan ruhani liderlərini Moskvaya dəvət edəndə bölgə xalqlarına iztirab və məhrumiyyətlər gətirən münaqişələri xeyirxahlıq,humanizm və bağışlama duyğuları ilə çözməyə hazır olan böyük bir Mənəviyyat Başçısını qarşında görməyi arzulayırsan.Bu hisslər sövq-təbiidir,insanın gerçək ruh halıdır. Hər halda ümid edirsən ki, Qarabağ davasının qurbanlarını öz əli ilə dəfn edən və onlara qəlb rahatlığı arzulayan adam ona Tanrı mücrüsütək verilmiş əsanın gücü ilə heç olmasa cismani ömrünün sonlarını o dünyaya həsr edəcəkdir.Axı İsa yer üzünü müvəqqəti dünya sayırdı,elə isə Erməni patriarxı torpaq işğallarına,ərazilər ələ keçirməyə,yüz minlərlə insanın qabar əlləri ilə yaradılmış ocaqlara özlərininki kimi sığınmağa necə xeyir-dua verə bilər?

 

Lakin əfsuslar olsun ki,indiki dünyada heç bir dini inanca mənsub olmayanların kilsə xadimlərini Allahın buyurduqlarına əməl etməyə çağırması qətiyyən təəccüblü deyil.Yaşadığımız zamanın paradoksu bundadır.Yoxsa,2-ci Qareginə nə məcbur olmuşdu ki,Rusiya paytaxtında ölkəsinin vətənpərvəri və qatı diplomatı kimi Azərbaycanı aprel döyüşlərinin əsas günahkarı elan etsin.Axı Nalbandyandan fərqli olaraq o,Sarkisyanın və dünya erməniçiliyinin deyil,onların hamısının inanmalı olduğu İlahinin qarşısında hesabat verir. Qoy onda əllərinə götürdükləri kitabı yerə qoyub sadəcə hər biri zirehli kamufulyajlarını geyinsinlər ki,hər kəs onları yaxşı tanısın.Xeyir əbasını geyinib,cəllad kimi hökmlər verməyin adı nədir?

 

Müqəddəs dəyərlərə xəyanəti dua etdiyiniz binaların kandarından çölə çıxandan sonra etməyə hansı kitab icazə verib?Yoxsa,Allah evini hərbi qərargahlara çevirənlər üçün Razdan meydanında Silahlı Qüvvələrin keçirdiyi parada birinci cərgədə qatılması da xüsusi bir missiya və insanlıq borcudur? Yəqin,2011-ci ildə müstəqilliyinin 20-ci ilində ruhani-kapellanların günahsız adamları öldürmək üçün nümayiş olunan qırıcı təyyarələr və ağır texnikanın ansamblında necə miskinliklə addımladıqlarını unutmamısız.Yüksək ulduzlarını göylərin xeyir-duası ilə deyil,yerin əzabı,özgə torpağın damarlarından axan qanı hesabına qazanan generallarla bir sırada durmaq inkivizisiya tonqallarına atılanlara hökm çıxaranlardan heç nə ilə fərqlənmir. Millətin gözü qabağında döyüş ruhunu qaldırmaq adı ilə öldürməyə səsləyən hərbi marşların və milli musiqinin səsi Kilsə zənglərini,qəlbləri riqqətə gətirən liturgiyaların əks-sədasını batırdığı məmləkətdə həqiqətən Allah adamı olmaq çətindir.

 

Ona görə də 3 oktyabrda Azərbaycan torpağında açılışına xeyir-duası verilən Cəbrayıl kilsəsi də üzərinə hansı işarənin vurulmasına baxmayaraq,hərbi kazarmalardan heç nəylə fərqlənmir.Döyüş mövqeyi quran və hər gün daşdan-ağacdan özünə sığınacaq düzəldən hərbçilərin gördüyü işlə dindən səngər qazanların,qala düzəldənlərin heç bir fərqi yoxdur.Gətirib orada Dağlıq Qarabağ ordusunun yüksək rütbəli adamını, general-mayor Vardan Balayanı və onun əskərlərini and içdirirlər ki,müqəddəs xaçı hər yerdə yaysınlar.Məqsəd xristianlığın arealını genişləndirməkdən daha çox Şərin-erməni dövlətinin qəsbkarlıq siyasətinəin coğrafiyasını genişləndirməkdir. Yoxsa,ötən illərdə niyə bunu etmirdilər? Azərbaycan kiçik bir yuvada-Mərcanlıda Şuşanın Gövhər Ağa Məscidinin oxşarını yaratdı,ocağından uzaq düşən yüz minlərlə adama 30 ildir əsarətdə olan dini qibləgahlarının birinin əvəzini qaytardı.Düşmənə onun nə təhlükəsi ola bilərdi ki? Yox, Eçmiədzinin hesablamaları tamam başqadır-birdən bütöv bir xalq geridönüşə əmin olar,məscidin hücrəsindən yapışıb Xanın kəndinə doğru yol alar. Bunu görən Kilsə hərəkətə keçərək, Cəbrayılda özünə döyüş istehkamı ucaltmağa qərar verdi. Buna deyərlər, Allah evlərini döyüşdürmək!

 

Ən başlıcası,İsa nümunəsini heç zaman unutmamaqdır.Onu başa düşməyənlərə,nifrət edənlərə və üzərində cəza səhnələri quraraq,öldürməyi tələb edən əskərlərə ən sonda qalib gəldi.Çünki Məryəm oğlu özünü qurban verərkən,insanlığı xilas etmək istəyirdi.İndi bir özgə çarmıxdan keçən müqəddəs Məhhəmmədin ümməti də bir gün kolonnalara düzülən və döyüşçü-kapellanlar yetirişdirən kilsələri həqiqi Tanrı evlərinə çevirəcəkdir!

Amin!

Mənbə: Müəllif:
Buna, deyərlər,, Allahın, evlərini, döyüşdürmək, -, Zahid, Oruc,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı