Xəbər haqqında
29 Oktyabr 2017 - Bazar 21:00 946 nəfər oxuyub
 
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən? - QİSMƏT
YARADICI Xəbəri
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən? - QİSMƏT

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazara gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Qismətin “Klassika məşqləri-XX” şeirini oxumağa dəvət edirik:


 
Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
 

Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...
 

Qırmızı kəmturş  şərab  badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...
 

Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi sən dəmi bitəsisən?

Mənbə: Müəllif:
Bütün, xoş, şeylər, kimi, sən, dəmi, bitəsisən?, -, QİSMƏT,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı