301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 17:35 3416 nəfər oxuyub
 
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
MÜSAHİBƏ Xəbəri
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?

Son dövrlərdə sürətlə artan iqtisadi böhran nəticəsində Azərbaycanda əksər sahələr ciddi maliyyə problemi ilə üzləşəndə kommersiya kinosu gözlənilmədən inkişaf eləməyə başladı. Çoxlarının ona “müvəqqəti bum” diaqnozu qoymağına, hər an qəfil başladığı kimi də qəfil dayanmasını gözləməyinə baxmayaraq, kommersiya kinosu get-gedə daha da irəliləyir, yeni filmlərin də, onların tamaşaçılarının da sayı artır. Bu proses necə başladı? Hər şey adi təsadüf idimi, yoxsa qanunauyğunluq? 
 
 
Xeber365.com-un suallarına “CinemaPlus” kinoteatrlar şəbəkəsinin icraçı direktoru, “Cinema Distribution” distribyutor şirkəti və “Cinemazadeh” prodakşn şirkətinin direktoru,  ssenarist, rejissor və prodüser Cəfər Axundzadə cavab verir.  
  
 
 
 
- Cəfər bəy, bu il dövlət büdcəsindən Azərbaycan kinematoqrafiyasına ayrılan vəsait 6 milyondan bir milyona endirildi, kinonun taleyi naməlumdu. Amma eyni vaxtda kommersiya kinosu inkişaf etməyə başlayıb. O qədər çox film çəkilir ki, bəziləri, ümumiyyətlə, diqqətdən kənarda qalır. Bu, sadəcə təsadüfdümü, yoxsa qanunauyğunluq? 
 
 
- Mənim fikrimcə, bu normal prosesdir və bütün dünyada kinematoqrafiya bu mərhələdən keçib. Bizdə isə bu, daha sürətlə baş verir. Dövlət büdcəsindən maliyyələşən filmlərə gəldikdə isə, bu filmlər də ya kommersiya məqsədli olmalıdır, ya da ölkənin imicinin yüksəldilməsinə, tanınmasına xidmət etməlidir.
 
 
- İkisi paralel mövcud ola bilməzmi?
 
 
- Nadir hallarda...  Bizim filmləri qoyuram bir qırağa, bütün dünyada festivallarda yer alan filmlər, adətən, kommersiya baxımından sərfəli layihələr olmur.  Məsələn, Nuri Bilgə Ceylanın filmlərinə Türkiyədə heç kim baxmır. Amma Türkiyə dövləti yenə də onun filmlərinə maliyyə ayırır, çünki ölkəni bütün dünyada tanıdır.
 
 
- Ancaq Türkiyədə müəllif kinosunu göstərən xüsusi kinoteatrlar da var... 
 
 
- Var, amma onlar sadəcə ölkənin imici üçündü. Amma bizdə .... Mədəniyyət və Turizm Nazirliyinə, kinostudiyaya bütün hörmətimə  rəğmən, çəkilən filmlər nə ölkənin imicini qorumağa yarayırlar, nə də kommersiya xarakteri daşıyırlar. Mən bilmirəm, onları niyə çəkirlər... Rəfə qoymaq üçünmü?  Biz “CinemaPlus” kinoteatrlar şəbəkəsi olaraq son illərdə “Azərbaycanfilm”də istehal olunmuş bütün filmləri göstəririk. Hətta onlar bizə müraciət eləməyəndə özümüz zəng vurub soruşuruq ki, təzə nə film var, verin, biz də göstərək. Ancaq nəticə yoxdu. Desək ki, azərbaycanlı tamaşaçı milli kinoya baxmır, yanlış olar. Kinoteatrların statistikasına görə, bu gün birinci yerdə Azərbaycan filmləri gəlir, sonra türk, sonra Hollivud filmləri və s. Azərbaycan kommersiya filmləri o qədər populyarlaşıb ki, artıq türk filmlərinə gələnlərin sayı iki dəfə azalıb. Və bu, məni sevindirir, çünki mən vətənpərvərəm.
 
 
- Elə mən də bunun səbəbini sorşuram. Necə oldu ki, bütün ölkə böhrandan əziyyət çəkəndə kommersiya kinosu inkişaf etməyə başladı? 
 
 
- Bunun səbəbi çox sadədi. Belə bir məsəl var - lazımi vaxtda lazımi yerdə olmaq...  Məncə, səbəb prokatda uğur qazanan ilk kommersiya filmləri – “Xoxan” və “My name is İntiqam”dı... Təbii ki, mən bu filmlərdə yüksək bədii keyfiyyət axtarmıram, heç lazım da deyil. Bu, kommersiya kinosudu, o, bütün dünyada belədi. “Xoxan” çəkiləndə uşaqların pulu yox idi. Beş- altı nəfər – Orxan Mərdan, Zaur Mirzəzadə, Fərda Xudaverdiyev, Elməddin Cəfərov, Samir Kərimoğlui yığılıblar və nəsə eləmək istəyiblər. Təkcə entuziazmla. Digər tərəfdən yerli tamaşaçı da Azərbaycan kinosu üçün darıxmışdı. Üstəlik rus dilini bilməyən böyük bir nəsil yetişmişdi. Bu pisdi, ya yaxşı-  başqa məsələdi, amma bilmirlər və bilmək məcburiyyətində də deyillər. Bu nəsil öz dilində filmə baxmaq istəyirdi. Ona görə də “My name is İntiqam” yerinə düşdü. Ardınca “Xoxan” çıxdı.  O uşaqlara “çox sağ ol” demək lazımdı. Çünki onlar Azərbaycan tamaşaçısını Azərbaycan filminə inandırdılar və kinoteatra geri qaytardılar. Proses bu iki filmlə başladı.  Bəlkə onlar özləri də belə nəticə gözləmirdilər, amma bunu elədilər. Bu gün baxış rekordunu “İLK media”nın (“BozbaşPictures”) filmləri vurur. Hətta Hollivud filmlər də onlardan geri qalır.
 
 
 
 
- “Xoxan” filminin prokatdan 400 min manat gəlir toplaması barədə deyilənlər nə qədər həqiqətə uyğun idi?
 
 
- Mən həm də distryubyutor şirkətinin baş direktoruyam. Odur ki, bu informasiyanı bilsəm belə, yaya bilmərəm. Belə şeylər sivil şəkildə, bütün dünyada olduğu kimi açıqlanmalıdı. Məsələn, Türkiyədə “box-office” deyə bir sayt var. O saytdan istənilən filmin büdcəsi  və gəlirləri barədə məlumat tapa bilərsiz. İMDB var, Rusiyada “Kinopoisk” var. Ancaq bizdə kim nə xərclədi, nə qazandı, gizlədir. Bunun da səbəbləri var. Çünki bu sistem Azərbaycan üçün yenidi. Əvvəllər ancaq dövlət kinosu vardı və hər şeyi dövlət özü tənzimləyirdi. İndi isə müstəqil fəaliyyət göstərən kommersiya kinosu var. Vergilər Nazirliyi kimi dövlət strukturları isə bunu başa düşmürlər.  Onlar elə bilirlər ki, filmdən 100 min qazanılıbsa, aparıb onun mənfəət vergisini ödəmək lazımdı. Halbuki 100 min qazanılıbsa, 101 min də xərclənib. Gərək istehsalçı əvvəlcə həmin 101 mini çıxartsın ki, sonra  vergisini də ödəsin. Əfsus ki, bizim vergilər idarəsi bunu başa düşmür. Ümumiyyətlə, proseslə maraqlanmır, araşdırmırlar. Məsələn, “CinemaPlus” beynəlxalq “RentTrack” şirkətinə bağlıdı. Burda satılan hər bilet barədə onlara avtomatik məlumat gedir. Biz “Wolt Disney”, “Warner Brathers” kimi şirkətlərə hesabat veririk.  Vergilərdən gəlib soruşurlar ki, sizdə məsələn, “Maşınlar” animasiya filminə 500 min bilet satılıb, niyə vergisini ödəmirsiz?  Başa sala bilmirik ki, biz istehalçı deyilik, dağıtımçıyıq, yalnız dağıtımdan qazandığımız 3-5-in mənfəət vergisini ödəyə bilərik, qalan pul “Wolt Disney”indi. Studiya o filmləri bizə təmənnasız verir, biz isə hələ kontentin təhlükəsizliyinin, bilet satışının, reklamının, sosial mediada təbliğinin təşkili üçün də əlavə vəsait ayırmalıyıq – bu da artıq xərclərdir.
 
 
- Yaşlı kinematoqrafçılar kommersiya kinosuna qarşı çıxırlar, onun sənətə zərər vurduğunu deyirlər. Kinostudiyanın direktoru da müsahibələrinin birində hazırda kommersiya kinosunda baş verənlərin ötəri olduğunu, bu bumun tezliklə yatacağını bildirmişdi. Siz bu prosesi necə dəyərləndirirsiniz? 
 
 
- “Uzun ömrün akkordları” filmində çox sevdiyim bir epizod var: “Leyli Məcnun”un premyerasından sonra Üzeyir bəy hirsli-hirsli otaqda var-gəl eləyir. Hüseynqulu Sarabski içəri girir və ondan niyə hirsləndiyini soruşur.  Üzeyir bəy də əlindəki afişanı göstərir və “buna bax, gör, nə günə qaldıq ki, bərbər Ağahüseyn də opera yazmağa başlayıb” deyir. Təbii ki, qeyri-peşəkarların axını var. “Xoxan”la “İntiqamın” uğurundan sonra bankirlərdən tutmuş limonad sexi sahibinə qədər hər kəs kino çəkmək istəyir. Tələb yarananda hətta şarlatanlar da bundan istifadə eləməyə başlayır.  Lakin artıq ələnmə başlayıb.  Keçən il çoxlarının filmi batdı. Burda dava salanlar vardı, çünki filmlərini götürmürdük. Bizi Azərbaycan kinosunu məhv eləməkdə suçlayırdılar. Əksinə, mənim ixtiyarım yoxdu ki, yerli filmlərə inanmış, sevmiş tamaşaçıları təzədən kinoteatrlardan küsdürüm. Bu gün yaxşı bir film olanda zalda boş yer qalmır. Tutaq ki, bir dəfə pis filmi qoydum ki, beş köpük qazanacam... Amma bunun  tərs üzü də var. Bir dəfə gəldiniz, Azərbaycan filminə bilet aldınız, film yaxşı olmadı, çıxdınız getdiz, iki dəfə... Üçüncü dəfə daha gəlməyəcəksiniz, axı! Əgər biz keyfiyyətsiz filmlər göstərsək, Azərbaycan kinosu bitəcək. Ona görə də  artıq yeni filmlər ələnir. 
 
 
 
 
- Bir açıqlamanızda demişdiniz ki, bu ildən etibarən seçim aparacaqsınız.  Bu seçim hansı prinsiplər əsasında olacaq? Yəni konkret siz, burda oturan heyət seçəcək, yoxsa foks-qruplar təşkil olunacaq?
 
 
- Təəssüf ki, bədii şura saxlamağa  nə imkanımız var, nə də sovet qaydalarına qayıtmaq istəmirik.
 
 
- Amma foks-qruplar hər yerdə var...
 
 
- Keçən ildən etibarən bizim holdinqin nəzdində “Cinemazadeh” adlı şirkət yaradılıb. “Cinemazadeh” Azərbaycanda ilk dəfə olaraq kinoteatrlar üçün filmlərin peşəkar dublyajı, eyni zamanda həm də film istehsalı ilə məşğul olur. Şirkətdə son dərəcə peşəkar heyət fəaliyyət göstərir. Baş redaktorumuz Xətai Əli, ssenaristlərimiz, post-prodakşn müdirimiz, rejissor Vüqar İslamzadə,  prodüserlərdən Torxan Dadaşov, Zaur Mirzəzadə... Foks-qrupumuz onlardan ibarətdi. Oturub filmləri bir-bir izləyirik, məsləhətləşirik.
 
 
- Yəni foks-qrup “Cinemazadeh”in öz heyətidi. Qeyri-obyektivikdə ittiham olunmaqdan qorxmursunuz? Adətən, foks-qruplar tamaşaçılardan ibarət olur.
  
 
- Ən yaxşı tamaşaçı foks-qrupu filmin bir həftəlik prokatıdı. Hələlik, allaha şükür ki, böyük səhvimiz olmayıb. O ki qaldı, qərəzə, ya da qeyri-obyektivliyə, nə burda, nə də “Cinemazadeh”də olanlar qohum-əqrabam deyil. Hamısı peşəkarlardı.
 
 
- “Pərdə” filmi ekranlara çıxana qədər  kommersiya kinosunda işləyən bütün prodüserlər, rejissorlar bir ağızdan deyirdilər ki, yerli tamaşaçı  komediyadan başqa heç nəyə baxmır. Ancaq  “Pərdə”dən sonra janr dəyişikliyi başladı, “Hənnas”, “Don Marleoni” çəkildi. Tamaşaçının başqa janrlarda çəkilən filmlərə münasibəti necədi?
   
 
- Lap yaxşı. Azərbaycanlı tamaşaçının istənilən digər ölkələrin tamaşaçıları qədər, bəlkə də onlardan daha çox zövqü də var, mədəniyyəti də, savadı da.  Lakin biz ona düzgün məhsul verməliyik.  Televiziya, kino, ədəbiyyat- bunların hamısı tamaşaçının, oxucunun zövqünü formalaşdırır. Bu gün biz güldürməyi bacarırıq. Bəzən.. Amma dram çəkməyi hələlik bacarmırıq. Ortaya yaxşı dram filmləri qoysaq, onlara da baxacaqlar.  Məsələn, bir neçə qorxu filmi çəkilmişdi bu vaxta qədər. Ancaq “Hənnas” onlardan bir pillə yuxarı çıxdı və baxıldı. 
 
 
 
 
- Mən içəri girəndə əməkdaşınıza filmdə erməni adının olub-olmamasına diqqət yetirməsini tapşırdınız. Olanda titrlərdən silirsiniz? 
 
 
- Biz elə filmləri almırıq. Hətta Hollivud filmlərində belə rejissor erməni əsilli olanda o filmdən imtina eləyirik. Bu bizim özümüzə qoyduğumuz qaydadı. Biz müharibə şəraitində yaşayan ölkəyik.
 
 
- Filmləri alanda tamaşaçı tələbinin arxasınca gedirsiniz, yoxsa özünüz də onlara nəsə təklif eləməyə, zövqünü formalaşdırmağa çalışırsınız? 
 
 
-  Hər ikisini eləməyə çalışırıq.  Məsələn, keçən il biz əfsanəvi “Azərbaycan” kinoteatrını sıfırdan restavrasiya elədik.  Açılış günü Emir Kusturitsanın “Səma yolu ilə” filmini göstərdik. Onu  götürəndə bizə deyirdilər ki, gəlib baxan olmayacaq. Dedik ki, eybi yox, qoy, beş-on nəfər gəlsin. Sabah onlar da beş-on nəfər gətirəcəklər. Elə də oldu.  Biz sənət filmləri də göstərmək istəyirik, özümüz müraciət edirik istehsaçılara. Ancaq həmişə alınmır. Məsələn, Zvyaqintsevin “Sevgisizlik” filmi üçün şəxsən özüm müraciət elədim, amma vermədilər. Dedilər ki, “Sevgisizlik”, kommersiya filmi olmadığına görə Azərbaycan prokat baxımından bizə maraqlı deyil, gəlirdən çox xərci olacaq. Bir də Konçalovskinin “Cənnət” filmini ala bilmədik. Bizim müəllif filmlərini 7-8 seans göstərmək lüksümüz yoxdu, kinoteatrı ziyana sala bilərik. Ona görə də üç seans üçün istəmişdik. Razı olmadılar. Amma inanıram ki, bu ay Peterburqda keçirilən “Kino Ekspo” forumunda bu problemləri həll eləyə biləcəyik. Yəni biz müəllif kinosuna yer ayırmağa çalışırıq, ancaq çətinliklər çoxdu. Məsələn, filmlərə subtitrlər qoyulmalıdı. İstehsalçı studiya bunu eləmir, biz də orijinal dildə göstərmək üçün nazirlikdən prokat vəsiqəsi ala bilmirik. Düzdü, keçən il Mədəniyyət nazirliyi bizə güzəşt elədi. Hər kinoteatrda bir zalı beynəlxalq zal elan eləmişik, orda filmləri subtitrsiz göstərə bilirik.  
 
 
- Təxminən, bir neçə ay əvvəl belə bir xəbər yayıldı ki, kinoteatr şəbəkələri yerli istehsalçıların qarşısında eksklüziv nümayiş tələbi qoyub. Yəni bir şəbəkədə nümayiş olunan film digərində göstərilməməlidi...
 
 
- Bu barədə artıq bir ildi danışılır. Kanallar da gəlib çəkdilər. Çox qarışıqlıq yaranmışdı, hərə bir söz deyirdi. Mən o vaxt hər şeyi izah elədim. Biz dağıtım şirkəti olaraq bir şəbəkə ilə bəzi problemlər yaşayırdıq. Həm ödəniş, həm filmlərin səbəbsiz nümayişdən qaldırılması və s... Bütün müqavilələri pozurdular. Ona görə də bu ilin martında “Bayram axşamı” filminin nümayişi zamanı qərara gəldik ki, artıq həmin şəbəkə ilə əməkdaşlığımızı dayandıraq. Amma digər kinoteatrlarla  işləyirik, film də veririk, film də alırıq.  Digər tərəfdən baxanda bütün dünyada bu təcrübə var: bir dağıtım şirkətinə film verirsənsə, bu, eksklüziv olur. Keçən il bir filmi eksklüziv olaraq bizim şəbəkəyə vermişdilər. Sonra gördüm, o birində də göstərilir. Axı, müqavilə imzalanıb, möhür basılıb.  Deyir ki, həll eləyərik də. Axı, belə olmur! Onda mən də müqaviləni pozuram. İnsanlar qayda-qanuna öyrəşməlidilər.
 

 
 
- Bu şəbəkələr müəllif, art-house filmləri üçün ixtisaslaşmış kinoteatrlar yarada bilməzlərmi? 
 
 
- Təəssüf ki, yox.  Birinci ona görə ki, hətta kommersiya filmlərinin də əksəriyyəti təkcə entuziazmla istehsal olunur. Bu sahədə heç kim böyük pul qazanmır, ancaq xərclərini ödəyir və özünün əyər-əskiyini tamamlayır.  Azərbaycan kiçik ölkədi və əhalimiz azdı. Ən çox baxılan film belə arzuolunan tamaşaçı sayını toplaya bilmir. Bunun üçün potensialımız yoxdu.  Əgər kommersiya filmi maksimum bu qədər tamaşaçı toplayırsa, deməli, sənət filminə 100-150 nəfər gələcək. Bir kinoteatrın sıfırdan müasir texnika ilə təchiz olunması çox bahalı əməliyyatdı. Bunu eləyib, sonra kinoteatrı boş saxlamaq mümkün deyil. Məsələn, biz müəllif kinosu göstərəndə üç seansa üç adam ya gəlir, ya gəlmir. Onun xərclərini digər zalların dolması ilə kompensasiya edirik. Amma ayrıca kinoteatrda bu imkansızdı, müflis olar. Bizim butik kinoteatr açmaq ideyamız vardı. Ancaq onda da istehsalçı bizə ciddi yanaşmayacaq. Yenə deyirəm, milli filmlərə mütləq yer ayırırıq. Hər il avqustun 2-də milli film göstəririk, Azərbaycan kinosu həftəsi keçiririk, yeni filmlərin təqdimatı üçün müraciət eləyənlərə yox demirik.      
  
 
- Bayaq “Cinemazadeh” şirkətinin adını çəkdiniz. Tamaşaçının dublyaj olunan filmlərə münasibəti necədi?
 
 
- Bir il bu işlə məşğul olduq. İlin sonunda gördük ki, dublyaj kommersiya baxımından sərfəli layihə deyil, amma davam etdirmək istəyirik, çünki əvvəl-axır bunu etməliyik. Biz müstəqil dövlətik, öz dilimiz var. Dörd milyonluq Gürcüstan filmlərə öz dilində baxır. Bəs niyə biz- 9-10 milyonluq Azərbaycan rus, ingilis - hər dildə baxırıq, öz dilimizdən başqa? Ona görə də biz dublyaj işini davam etdirəcəyik. Hətta öz ziyanımıza olsa da... Əvvəl-axır bu iş öz bəhrəsini verəcək. Ən azından, gələn bir də gəlir. Inanıram ki, bundan sonra dublyaj etdiyimiz filmlərin daha çox tamaşaçısı olacaq. Indi bir az problem var. Məsələn, mən kassanın yanında dayanıb müşahidə eləyirəm. Uşaq rus dilini bilmir, valideyn onu rusca baxmağa məcbur eləyir. Uşaq girir zala, oynayır, gəzir. Ona maraqlı deyil, çünki başa düşmür. Mən də belə valideynləri anlamıram. Niyə uşaqların anladıqları şeyə baxmalarına və zövq almalarına imkan vermirlər? Yeri gəlmişkən, biz peşəkarları bu sahəyə qaytarmağa çalışırıq. Fuad Poladovu, Nəcibə Hüseynovanı, digər tanınmış, bu sahədə təcrübəsi olan sənətkarlarımızı dəvət eləmişik. 
 
 
- Bildiyim qədərilə, “Cinemazadeh” həm də film istehsalı ilə məşğul olur...
 
 
- Bəli. İlk işimiz “Kəklikotu” adllı kommersiya layihəsi oldu. Hazırda montajdadı. Keçən il “Cinemazadeh”in Türkiyə şöbəsi açılıb, artıq istehalata başlamışıq.  İlk filmimiz “Çatkapı aşk” adlı romantik komediya Türkiyədə çəkildi, o da montajdadır. Sırf Azərbaycan layihəsidi, müşətərək deyil, hərçənd, demək olar ki, bütün heyət Türkiyədəndi. Süjetdə Azərbaycan xətti də var. Baş rollardan birini Elməddin Cəfərov oynayır. Paralel olaraq, orda  ikinci layihəyə başlayırıq. Əbdül Mahmudovu, Nigar Camalı və yeni ulduzumuz, vayner Əlixan Rəcəbovu  dəvət eləmək fikrimiz var. “Təhmin və Zaur” adlı yerli komediya çəkmişik. O da montajdadı. Rejissoru Zaur Mirzəzadədi. Baş rolları Fərda Amin, Elcan Rəsulov və Kəmalə Piriyeva oynayır. Fərdanın qəhrəmanı Zaur naqolay adamdı. Bir gün qoruyucu mələyi  Təhmin ona yardıma gəlir. Hal-hazırda “Toydan sonra nağara” adlı filmin çəkilişləri gedir. Bunlardan əlavə iki böyük layihəmiz var – birini, inşallah, bu qış çəkmək istəyirik. Qarabağ mövzusunda da bir layihəmiz var, ağır bir dramadı. Hələlik detallara varmaq istəmirəm, amma Qarabağda əhalisi təxliyyə olunmuş kənddə unudulan bir neçə insan haqqındadı. Məncə, çox maraqlı olacaq. Hazırda Aqil M.Quliyevlə birlikdə ssenari üzərində işləyirik. Ola bilsin ki, daha peşəkar kinodramaturqlardan da yardım istədik.  Ancaq belə filmlərə dövlət dəstəyi lazımdı. Kommersiya filmlərini özümüz də çəkə bilirik.  Ölkədə Kino Fondu yaradılmalıdı. Rusiyada, eləcə də başqa ölkələrdə nazirlik ssenari yazmır, nə də seçmir. Rusiyada çalışdığım zaman bir faktı görüb çox pis olmuşdum. Qazaxıstan dövləti ÜDKİ-nin (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) bir korpusunu təmir etdirib. Ancaq qazax tələbələri yaşayır orda. Qazaxstandan ildə, ən azı, on tələbə gəlib oxumalıdı ÜDKİ-də. Amma Azərbaycandan tələbə yoxdu orda. Məsələn, biz bu il bir aktyoru İrana təhsil almağa göndərəcəyik. Adını çəkməyəcəm. Bəlkə rejissor da göndərdik, ya da başqa ixtisaslar üzrə kadrlar. Kommersiya filminin də savadlı kadrlara ehtiyacı var.
 
 
- İrana niyə? Aktyorun öz istəyidi?
 
 
- Birincisi, İranda güclü aktyor məktəbi var. İkincisi, bəlkə gələn il elə imkanımız olar ki, kimisə Nyu-York məktəbinə göndərərik. Hərçənd belə şeyləri dövlət də eləyir. Biz də imkan daxilində ölkəmizə dəstək oluruq. Amma dublyaj işində heç kim bizə dəstək olmadı. Heç kim! Başqa kinoteatrlara, şəbəkələrə müraciət elədik ki, gəlin, birlikdə görək bu işi. Nəinki dəstək olmadılar, əksinə əleyhimizə kampaniyaya başladılar.
 
 
 
- Cəfər bəy, “Vətən” kinoteatrının təmiri ilə də “CinemaPlus” şəbəkəsi məşğul olur? 
 
 
- Belə bir fikrimiz var idi. Mədəniyyət və Turizm nazirliyinə bununla bağlı müraciət də eləmişdik. İstəyirdik, öz hesabımıza restavrasiya edək, yenidən kinoteatr kimi fəaliyyət göstərsin. Təəssüf ki, bu layihə baş tutmadı. Nüansları dəqiq bilmirəm, amma deyəsən, ora artıq özəlləşdirilib və daha kinoteatr olmayacaq.
 
 
 
 
Mənbə: Müəllif: Aygün Aslanlı
Cəfər, Axundzadə:, Kinostudiya, filmləri, rəfə, qoymaq, üçün, çəkir?, ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı