Xəbər haqqında
10 Oktyabr 2017 - Çərşənbə axşamı 12:20 26 nəfər oxuyub
 
Cəzaların humanistləşdirilməsinə dair layihə MM-də müzakirəyə çıxarılacaq
GÜNDƏM Xəbəri
Cəzaların humanistləşdirilməsinə dair layihə  MM-də müzakirəyə çıxarılacaq

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi plenar iclasa tövsiyə olunub.
 
Xeber365.com APA-ya istinadən bildirir ki, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.

Mənbə: Müəllif: XƏBƏR365
Cəzaların, humanistləşdirilməsinə, dair, layihə, , MM-də, müzakirəyə, çıxarılacaq, , ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı