Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 16:56 184 nəfər oxuyub
 
Camal Sürəyanın düyməsini tikən qadın
YARADICI Xəbəri
Camal Sürəyanın düyməsini tikən qadın

Türk şeirinin ən önəmli isimlərindən biri olan Camal Sürəya, şeirləri qədər yaşadığı çalxantılı həyat və eşqləri ilə də xatırlanır.
Camal üçün şeir həm də qadın, eşq demək idi. Bəlkə də elə bu səbəbdən qarışıq eşq həyatının adamı oldu...


 


Yaşadığı sevgiləri şeirə tökən şairin həyatındakı qadınlar arasında bir qadın da vardı ki, yeri bambaşqaydı.


Zuhal Tekkanat
Camalın şeirlərindəki adı ilə “Bayan nihayet”.
Şairin ikinci həyat yoldaşı, tək oğlu Memo Əmrahın anası idi.
Zuhal da yazırdı.
Şeirləri Camalın ona yaraşdırdığı “Elif Sorgun” ləqəbi ilə ədəbiyyat jurnallarında çap olunurdu.
Ancaq ədəbiyyatın içində olan qadına görə bir az iddiasız və domestik sayılırdı.
Deyirlər, Camal Sürəyanın bir dostuna “düyməmi tikə biləcək qadınla evlənmək istəyirəm” deməsi üzərinə dostu onu Zuhal Tekkanat ilə tanış edir.
Camal elə ilk görüşdə Zuhala aşiq olur. Və pencəyinin düyməsini qoparıb, Zuhala verərək evlilik təklif edir...

 

 

 

 

İnsanlar bu münasibət haqqında müxtəlif fikirlər səsləndirdilər.
Hətta şairin əvvəlki sevgilisi Tomris Uyar, Camala: “Sən zatən kəndli gözəllərini bəyənirdin” kimi aşağılayıcı bir mesaj da göndərir.

 

Ancaq həyatı ədəbiyyat və qadınlarla bəzənmiş şair üçün Zuhal “üzünə baxdığı zaman üzü qızaran” həmin o qadın idi.

Və Camal Sürəya Zuhalı sevirdi.

 

Şairin Zuhala yazdığı məktubları oxumaq kifayət edir ki, bu eşqə nəinki inanasan, hətta təsirinə düşüb “gör necə sevərmişlər bir vaxtlar…” deyə köks də ötürəsən.

 

 

 

 

Camal Sürəyanın Zuhala yazdığı eşq dolu məktublar şairin “On üç günün məktubları” adlı kitabında yer alıb.


O məktublardan biri...

 

Sevgili, Elif.
Ağzımın dadı!
Necəsən?
…Sabah seçkilər var. Görək nə olur? Bütün ümüdimiz Ecevitədir. Taleyimiz bu seçimə bağlıdır. Onun üçün çox həyəcanlıyam.

Yurdumsan!
Bu gecə faşizmin son gecəsidirmi?
Sabah axşam qurtulmuş olacağıq. Elə olacaq, hə?
Mən inanıram buna.

Düşünürəm: səni necə sevdiyimi, həyatımı, həyatımızı… İnsan, deyirəm, nə istəyirsə o olur. Daha doğrusu insanlar.
Gecə Bilecikdən keçdi Qatar. Memo ayıq idi. Ona orada keçən uşaqlığımı anlatdım. Sonra saatlar keçdi, ortalıq işıqlandı, vaqon lalə tarlalarının yanından keçməyə başladı. Qıpqırmızıydı hamısı. Sənə o qırmızıların dadını, təzəliyini, sabaha yönəlikliyini, qələbəliyini göndərdim. Almadınmı?
Sən ki sünbülsən, yasəmənləşdin, amma haqlı olaraq maqnoliya olmağı hər zaman inkar etdin.
Elifsən sən...
An və gələcəksən.
Gerçəksən və xəyal.

Şeirin dadı, inqilabın ağac altı, alnımın yazısı…
Hə, səndə cökə qoxusu, məndə darçın qoxusu.
Dəniz sahilində bir-birinə qarışan iki qədim sivilizasiya kimiyik.


Camal Sürəya.

 

Ankara. 4 iyun. 1977

 

 

 

 

 

Mənbə: Müəllif:
Camal, Sürəyanın, düyməsini, tikən, qadın,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı