The document has moved here.
|
||
Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
"Xəbər365"in məlumatına görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Pompeo bildirib ki, Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alınması ABŞ-ın hərbi qulluqçularının və hərbi texnologiyasının mühafizəsini təhlükə altına qoyur və eyni zamanda Rusiyanın Türkiyə ordusuna və müdafiə sənayesinə girişinə imkan verir”-deyə, məlumatda qeyd olunub. Pompeonun özü də Twitter hesabında Çavuşoğlu ilə danışdığını təsdiqləyib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. |
||
|
||
Çavuşoğlu, ilə, Pompeo, arasında, telefon, danışığı, olub, |
|