Xəbər haqqında
09 Sentyabr 2017 - Şənbə 10:41 462 nəfər oxuyub
 
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
MÜSAHİBƏ Xəbəri
Çingiz Abdullayev

Məşhur yazıçı Çingiz Abdullayev bildirib ki, Yazıçılar İttifaqının rəhbərlərinin həmin birliyin binasında yerləşən qalmaqallı “Twenty Six” (“26”) kafesinə heç bir aidiyyatı yoxdur. 

 

“Hərdən fikirləşirəm ki, hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur, - Azərbaycan Yazıçılar İttifaqının baş katibi Çingiz Abdullayev özünün Feysbuk səhifəsində yazıb. – Dərhal qeyd edim ki, Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyatı yoxdur! “Şadlıq evi” və restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər.

 

“26” rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir! Cümə axşamı günü tarixçilərdən biri bu rəqəmdən hiddətə gəlib və artıq cümə günü restoranın sahibinə təklif edilib ki, onun adını dəyişsin. O da razılaşıb. Bunun birlikdə, əlavə edib ki, maşınının da nömrəsi “26” ilə bitir və bu tarix onun ad günü ilə bağlıdır. Lakin əgər açılışdan illər keçdikdən sonra bu cür assosiasiyalar yaradırsa, adı dəyişmək ən yaxşı çıxış yoludur. Son nəhayətdə bu, xalqımız üçün kifayət qədər ağrılı mövzudur. Elə həmin səhər adı dəyişmək fikrində idi.

 

Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?

 

Artıq İsraildə, Amerikada, Rusiyada camaat gülür. Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, maşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!”

 

Xatırladaq ki, başıbəlalı kafe dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iştirakı ilə bağlanıb. (Virtualaz.org)

Mənbə: Müəllif:
Çingiz, Abdullayev, "26", kafesi, barədə:, İsraildə,, ABŞ-da,, Rusiyada, bizə, gülürlər, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort