The document has moved here.
|
||
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Türkiyənin “Cümhuriyyət” qəzetinin köşə yazarı, PEN Klubun Türkiyə şöbəsinin başqanı Zeynəb Oral xəbər365-in suallarını cavablandırıb. O, son illər qardaş ölkədə baş verən siyasi təlatümlər, ziyalıların tutduğu mövqe, ölkəsinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik:
– Zeynəb xanım, Türkiyənin 15 İyul gecəsi bütün dünyada olduğu kimi Bakıda da müzakirə mövzusudur. Həmin gün Türkiyədə nə baş verdi: Bir hərbi çevriliş, bir teatr, yoxsa... – 15 İyul gecəsi, bəli, bir çevriliş cəhdi idi. Baş verənlərdən şəhərlərin üzərindən uçan raketlərlə, uzaqdan eşitdiyimiz bomba və silah səsləri ilə, televiziyadan edilən anonslarla, oxunan bildirişlərlə xəbər tutduq. Ancaq mən buna tamaşa deməyəcəm (İxtisasım teatr sahəsi olsa da). Çünki heç bir teatrda insanlar ölmür, öldürülmür.
– İndiyədək olan çevrilişlərlə 15 İyulun əsas fərqi nədir? – Arada çox böyük fərq var. Bundan əvvəlki hərbi çevrilişlərdə heç vaxt parlament binasına hücum edilməmişdi, parlament bombalanmamışdı. Heç bir çevrilişdə xalqa silah çəkilməmişdi, xalqa, ya da idarəçilərə atəş açılmamışdı. Qətliam olmamışdı. Bu yaşadək üç hərbi çevriliş yaşamışam, bütün bunları şəxsi təcrübəmə söykənərək deyirəm.
“12 Sentyabrdan sonra İmam Hatiplər göbələk kimi çoxaldı”
– İndiki dinçi qüvvələrin siyasi gücünü 1980-ci il çevrilişindən aldığını, 12 Sentyabrdan sonra təşəkkül tapdığını deyənlər var...
– Və bugünkü mənzərənin təməl daşları atıldı... - Ədalət və İnkişaf Partiyası, əslində, bir ümid kimi ortaya çıxmışdı. Onlar hərbçilərin avtoritarizminə son qoyacaqlarını deyirdilər. AKP-çilər özlərini illərlə əzilən kəsim kimi qələmə verdilər, məzlum roluna girib, səs topladılar. Əvvəllər bəzi yaxşı işlər də gördülər. Amma sonra... Daha sonra məhkəməyə müdaxilə etdilər, Gəzi hadisələri kimi spontan başlayan hərəkata qarşı şiddətli təpki göstərdilər. Müxalifətə “Ya bizdənsən, ya düşmənsən”. dedilər. Əyilməyənləri düşmən kimi qələmə verdilər.
Türkiyənin PEN Klub başqanı: “AKP hakimiyyətə əzilənin təmsilçisi kimi gəlmişdi, sonra...”
– Uzun illərdir Türkiyədə aydınlar həbsxanalara salınır, qəzetlər qapadılır, sıxışdırılır. Bir PEN Klub üzvü olaraq necə düşünürsünüz: Bütün bunların bitməsi üçün hökumətin getməsi yetərlidirmi?
- TRT Əziz Nesinlə bağlı verilişi niyə qadağan edibmiş? – Mərhum Əziz Nesinlə yaxın dost olmusunuz. Onu Bakıda da çox sevirlər. Sovetlər dönəmində şəhərimizdə olub. Türk dünyasının bu böyük yazıçısını sizinlə birlikdə yenidən xatırlamaq istərdik...
– Bu ölkənin tarixində qələmiylə, mübarizəsiylə, həyat tərziylə hamıya örnək olan Əziz Nesin mənim əziz dostum, müəllimim idi. Ondan çox şey öyrənmişəm.
- 1980-ci illərin sonunda Kənan Evrən və dostlarını məhkəməyə verməyə hazırlaşırdı. O vaxtlar mən televiziya və radio üçün verilişlər hazırlayırdım. Onunla nə vaxt bir veriliş hazırlasam, senzuraya məruz qalırdıq. Axırda TRT-də bir veriliş hazırladıq: “Anam, yuxularım, sevgilərim”. Yəni siyasətin “se”si yoxuydu. Qadağan olunası bir cümlə də işlətməmişdik. Əziz bəyin səsini bu gün də eşidirəm. Yaşadıqlarımız qarşısında susmağımıza qəzəblidir. Onun hekayələri, yazıları bu gün də döyüşür, etiraz edir. Biz onun irsindən bu gün də faydalanırıq, onun mübarizəsindən bu gün də güc alırıq.
– Burada tez-tez deyilən bir fikir var: Türkiyəyə oxşayaq, Türkiyənin demokratiya təcrübəsindən faydalanaq. Ancaq son zamanlar baş verən hadisələr Azərbaycan ziyalılarını çox narahat edir. Nə olacaq bu işlərin axırı?.. |
||
|
||
“Cümhuriyyət”in, köşə, yazarı:, “Kənan, Evrən, Atatürkün, adından, pis, məqsədlər, üçün, istifadə, etdi”, |
|