Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 11:05 267 nəfər oxuyub
 
Cümhuriyyət üçün oxu - Yeni Layihə
GÜNDƏM Xəbəri
Cümhuriyyət üçün oxu - Yeni Layihə

“Cümhuriyyətimizin 100-cü ili üçün biz də meydandayıq. Bu il həm Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il dönümü, həm də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsini özünəməxsus şəkildə qeyd edəcəyik”.

 

Xeber365.com yazır ki, bu barədə Yeniçağ media qrupunun rəhbəri Aqil Ələsgər məlumat verib. Bu əlamətdar gün üçün bir neçə layihə hazırladıqlarını deyən Aqil Ələsgər ilk layihənin “CÜMHURİYYƏT ÜÇÜN OXU” olacağını açıqlayıb: “Azərbaycanın sayseçmə aydınları, sənət adamları və gənclərindən ibarət mükəmməl bir komanda ilə Cümhuriyyətimiz üçün oxuyacağıq”.

 

Qeyd edək ki, layihənin ideya müəllifi Xeber365.com xəbər portalının rəhbəri Anar Esedli, təşkilatçısı isə Aqil Ələsgərdir. Bu, iki media qurumunun üçüncü böyük ortaq lahiyəsidir.


Lahiyəyə fevral ayının əvvəllərində start veriləcək və mayda ictimaiyyətə təqdim olunacaq.

 

Mənbə: Müəllif:
Cümhuriyyət, üçün, oxu, -, Yeni, Layihə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı