The document has moved here.
|
||
Cüneyt Arkın dünyasını dəyişdi | ||
DÜNYA Xəbəri | ||
![]() |
||
|
||
Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
Xeber365.com xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bu gün 84 yaşlı aktyorla vida mərasimi keçiriləcək.
"Yeşilçam"ın unudulmaz sənətçisi Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor "Cüneyt Arkın" adı ilə məşhurlaşıb.
O, İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci yerə layiq görülüb. O, 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasını kariyerasında dönüş nöqtəsi adlandırıb.
Aktyor, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları - Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla birgə filmlərdə rol alıb. |
||
|
||
Cüneyt, Arkın, dünyasını, dəyişdi, |
|