The document has moved here.
|
||
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO] | ||
Məlih Furkan deyir ki, türk respublikaları ilə əlaqə qurmaq üçün Xarici İşlər Nazirliyində komissiya yaradılıb. Komissiya xaricdə olan türklərlə bərabər çalışır. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Əsas hədəfimiz yeni bir Türkiyədir. Cumhuriyyətimizi müasir mədəniyyətlər səviyyəsinə çıxaracaq siyasətimizdə qeyri-hökumət qurumlarının önəmini bildiyimizdən dərnəyimizin adını Beynəlxalq Təşəbbüskar İş Adamları və Sənayeçilər Dərnəyi qoyduq”. Bu sözləri Türkiyədə fəaliyyət göstərən dərnəyin rəhbəri Dəmirhan Taşhan deyir. Köməkçisi Məlih Furkan ilə birlikdə xeber365.com-un qonağı olan Dəmirhan bəyin sözlərinə görə, iş adamları və sənayeçilərdən ibarət klassik qurum yaratmaq istəmirlər: “Türkiyədə 90 minə yaxın qeyri-hökumət təşkilatı var. Bunların arasında müxtəlif qadın, təhsil dərnəkləri fəaliyyət göstərir. Amma aktiv şəkildə çalışan, xarici ölkələrlə geniş əlaqələrdə olan dərnəklərin sayı 100-də10 və ya 100-də 5 civarındadır. Artıq Türkiyə istehsal, iqtisadi yatırım, məşğulluq və həqiqətən də ixracata dayanıqlı bir mühit qazanmaqdadır. Bizim isə məqsədimiz dəyişən Türkiyənin fonunda qeyri-hökumət quruluşu olmaqdır. Dərnəyimiz sənətçilərin, idmançıların, siyasətçilərin, yəni bir ölkədə həqiqətən olması gərəkən bütün kateqoriyaların və bütün insanların üzünə açıqdır. Təşkilatımız Mövlanənin, Yunus Əmrənin dediyi kimi, “nə olursan, ol, gəl!” devizi ilə qurulub. Məramımız beynəlxalq aləmdə ölkəmizin problemlərini həll etməklə yanaşı, artıq özünə güvənən, bütün türk və müsəlman ölkələrinin birliyini saxlayan Türkiyə görməkdir”. Dəmirhan bəyin köməkçisi Melih Furkan isə deyir ki, əsas məqsədlərindən biri də xarici sərmayədarları Türkiyəyə dəvət etməkdir: “Bunun üçün dərnəyimizin katiblik bazasında hər nazirlə komissiya şəklində əlaqələr qururuq. Bu komissiyalarda sədr, onun vəkili və katiblik olmaqla bir idarəçilik yaradılacaq. Komissiya üzvləri nazirliklərlə bir araya gəlib, layihələr işləyəcəklər. Biz texnoloji, sənaye sahəsində ölkəmizdə nələrin əskik olduğunu müəyyənləşdirəcək, daha nələr edə biləcəyimizi düşünəcəyik. Hazırda dərnəyimiz komissiyaların görəcəyi işləri bir-bir müəyyənləşdirir, nazirliklərlə birlikdə koordinal şəkildə gələcəyə yönəlik layihələr üzərində çalışır”.
“Məqsədimiz dəyişən Türkiyənin fonunda qeyri-hökumət quruluşu olmaqdır”
Dəmirhan Taşhanın sözlərinə görə, türk respublikaları ilə də əməkdaşlıq qurulur: “Bələdiyyələr, türk dilində danışan cəmiyyətlər birliyi, o cümlədən, Türksoy kimi qurumlarla ortaq şəkildə çalışmaq istəyimiz var. Təhsil, mədəniyyət, media və digər sahələrdə də birgə işləmək istəyirik. Türk respublikalarındakı səfirlərimiz vasitəsilə əlaqələr quracağıq. Onlarla birgə türk tarixini araşdırmaq, toplantılar keçirmək planımız var. Yəni türk tarixi hardan gəldi, bu gün hardadır və bizi bir-birimizdən ayıran məqamlar nədən ibarətdir suallarına cavab tapmaq istəyirik. Bu gün dünya ağır dönəm yaşayır, çox sıx təmaslarla yanaşı, qanlı savaşlar meydanı da var. Bizim məqsədimiz barış yaratmaqdır, ölkələrin ərazi bütövlüyünü tanımaq, qorunmaqdır”. Məlih Furkan deyir ki, türk respublikaları ilə əlaqə qurmaq üçün Xarici İşlər Nazirliyində komissiya yaradılıb. Komissiya xaricdə olan türklərlə bərabər çalışır. “Diplomatik baxımdan problemlə qarşılaşmağımız mümkündür. Bunun üçün layihələrimizi hər iki ölkənin xeyrinə, ən yüksək səviyyədə həyata keçirmək istəyirik. Bu sahədə diplomatik problemləri aradan qaldıra bilərik. Hazırda çatışmazlıqları müzakirə edirik. 2015-ci ildə türk dünyasının gəncləri ilə birlikdə sənaye, texnoloji sahələrdə toplantılar keçirməyi planlaşdırırıq. Tədbir İstanbulda da, başqa ölkədə də keçirilə bilər” – deyə Məlih Furkan vurğulayıb. Dəmirhan Taşhan bildirir ki, Azərbaycan ilk ziyarət etmək istədikləri ölkələrdən biridir: “Hörmətli prezidentimiz işə başlayandan sonra ilk dəfə Azərbaycana səfər edib. Bu bizim nə qədər yaxın olduğumuzu göstərir. Biz də yanvarda dərnək olaraq ilk rəsmi təmasımızı Azərbaycanla quracağıq. Səfirliklə, eyni zamanda universitetlərlə, sənaye və iş adamlarıyla görüşəcəyik. Bundan əlavə, hökumət nümayəndələri ilə ünsiyyətdə olacağıq”. |
||
|
||
Dəmirhan, Taşhan:, “Ziyarət, etmək, istədiyimiz, ilk, ölkə, Azərbaycandır”, [VİDEO], |
|