The document has moved here.
|
||
Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verilib | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.
"Xəbər365"in “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.
Məlumata əsasən, rusiyalı sülhməramlı kontingentin vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.
Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığı açıqlanıb. |
||
|
||
Daha, 106, erməni, hərbçinin, meyiti, qarşı, tərəfə, verilib, |
|