The document has moved here.
|
||
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli | ||
Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Anar Əsədlinin RUPOR.AZ-a müsahibəsini təqdim edirik. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
- Azərbaycan Yüksəliş Partiyası. Adın seçilməsində hansı meyarları əsas götürdünüz? - Hər bir Azərbaycan vətəndaşı gənc dövlətimizin yüksəlişini arzulayır və bu yöndə çalışmaq istəyir. Bu baxımdan düşündük ki, partiyamızın adı insanlarımızın arzularıyla üst-üstə düşməlidir. Təbii ki, ad və ideoloji xətt ciddi bir komanda tərəfindən işlənib. Türkiyədə qurulan son partiyalardan biri İYİ Partiya idi. Diqqət etdinizsə, ad üzərində ciddi işlədiklərini görünür. İYİ sözü Türkiyə türklərinin dilində tez-tez işlənən sözdür, həm də məşhur türk tayfası olan Kayı boyunun simgəsidi. Bizdə də bu gün Azərbaycan insanın ən böyük ehtiyacı təhsildən tutmuş səhiyyəyə qədər, bütün sahələrin yüksəlişinə nail olmaqdır. Bu baxımdan adın Yüksəliş olmasını uyğun hesab etdik.
- Ali məqsəd Azərbaycanımı yüksəltməkdik, yoxsa, partiyanı yüksək məqamalara aparıb çıxarmaqdır? - Birinci sualın cavabında dediyim kimi, ali məqsəd, əlbəttə ki, dövlətimizin hər sahə üzrə yüksəlməsi üçün əlimizdən gələni etməkdir. Azərbaycan yüksəlməsə, sizcə hər hansısa partiyanın yüksəlməsinin nə anlamı var? Lakin hər partiya kimi biz də iddialıyıq və qeyd etdiyim kimi, ancaq yüksələn xətt üzrə fəaliyyət göstərmək niyyətindəyik.
- Niyə məhz partiya yaratmaq qərarı verdiniz və qərarınızın indiki siyasi mühitin yaratdığı hər hansı şəraitlə əlaqəsi varmı? - Uzun illərdir ki, müstəqil Azərbaycanda yeni bir siyasi baxışı olan nəsil yetişirdi. Bu nəsil siyasi tərbiyəni müstəqilliyimiz uğrunda savaşan insanlardan alsa da, məsələlərə baxışları öz sələflərindən fərqlənirdi. Bu günə qədər bu nəsil çox gənc olduğundan ya müxtəlif siyasi təşkilatların gənclər qolunu təşkil edib, ya da heç bir siyasi qurumda təmsil olunmayıb. Deyə bilərik ki, bu insanları birləşdirən siyasi amal və iddia mütləq bir qurumda əksini tapmalıydı. O gün bu gün oldu. Uzun müzakirələrdən sonra partiya elan etməyi qərara aldıq. Əlbəttə ki, siyasi təşkilatda gənclərlə bərabər təcrübəli ictimai-siyasi xadimlər də fəalliyət göstərəcəklər.
- Media siyasi analitiklərə istinadən iddia edir ki, hakimiyyətin ideoloqları proporsional seçki sisteminin bərpasının vacibliyi qərarına gəliblər. Bu qənaətləri daha da genişləndirərək, yaxın vaxtlarda referendum elan olunacağı, ardından növbəti növbədənkənar parlament seçkisinin keçiriləcəyini bildirirlər. Siz bu mövzuda hansı düşüncələrə maliksiniz? - Biz hətta 9 fevral parlament seçkilərinə qatılan zaman belə düşünürdük ki, seçki proporsional sistem üzrə keçirilsə, daha düzgün olar. O zaman nə mən, nə də komandamız partiya kimi fəaliyyət göstərirdik. Sadəcə bu bir prinsipial yanaşma idi. Çünki demokratik dövlətlərin əksəriyyətində məhz proporsional seçki üsulu illərdi ki, keçirilir, bu sistem həm də demokratik dəyərlərin təcəssümüdür. Bizdə isə mojaritarsistem üzrə keçirilən seçkilər təəssüf ki, ölkədə demokratik institutun inkişafına təkan vermədi, hətta deyərdim ki, əngəlləyir. Biz bunun dəfələrlə şahidi olduq. Aparılan təhlilər onu göstərir ki, bu istiqamətdə müəyyən addımlar atıla bilər. Ölkədəki bütün siyasi baxışların parlamentdə təmsil olunması labüddür və həyati əhəmiyyətlidir. Biz bir şeyi qəbul etməliyik, dünyadakı bütün xalqlar zamanla demokratiyanı secəcəklər, bir az tez, bir az gec. Baxın belarus xalqı zahirən cox sakit görünürdü, sanki Lukaşenko diktaturası beyinləri də işğal etmişdi. Bu gün nə görürürk? 7-dən 77-yə bütün belarus xalqı diktatura "get" deyir. Halbuki Belarusdakı vəziyyəti rüşvətlə, korrupsiyayla, aşağı həyat səviyyəsi ilə əlaqələndirə bilmərik. Xalq azad fikrin, azad cəmiyyətin siması olan demokratiyanı istəyir. Bu baxımdan da biz demokratik islahatların yavaş-yavaş və inqilaba cevrilmədən həyata kecirilməsinin tərəfdarıyıq.
- Təmsilçisi olduğunuz partiya ölkənin başqa siyasi təşkilatlarından hansı cəhətlərinə görə fərqlənəcək, ilkin fərqləri göstərsəz, sualımızın cavabının dolğun olmasına kömək edərsiz. - Dəfələrlə demişəm ki, yeni yaranmış bir siyasi partiyanı başqa partiyalarla müqayisə etmək üçün ən azından bir illik fəaliyyət göstərməsi labüddür. Nəzər alın, partiya bir aydır elan olunub. Bu, çox qısa bir zamandır. Müsbət və fərqli tərəflərimiz zaman keçdikcə ictimaiyyət tərəfindən qiymətləndiriləcək.
- Sədrlik məsələsində hər hansı iddia qarşıdurmasının yaşanacağı ehtimalı nə qədərdir və bu posta potensial namizədləriniz var?
- Qurultayın keçirilməsi nə vaxta planlaşdırılır? - Təxminən noyabr ayına nəzərdə tutmuşuq. Amma pandemiyanın gedişatından aslılı olaraq, vaxt dəyişə bilər.
- Partiyanın siyasi ideologiyası haqqında elan vermisiniz: sağ mərkəzçi mövqedən çıxış edəcəksiniz? Sadə vətəndaş üçün "sağ mərkəzç" ideyasını açıqlaya bilərsiniz? - Biz istənilən radikalllıqdan uzaq olduğumuz, demokratik cəmiyyətin inkişafında mərkəzçi mövqeni daha stabil hesab etdiyimiz üçün məhz sağ mərkəzçiliyi üstün tutduq. Millətçilik ideologiyası partiya qurucularının ümümi siyasi baxışı olduğundan sağ ideologiyaya söykəndik. Yəni sadə dillə desək, radikal olmayan millətçilər.
- Yəqin qərar verəndə Azərbaycan siyasətinin sağ mərkəzçi cinahında boşluğun olduğunu yəqinləşdirmisiz. Bu boşluq nələrdən ibarətdir, sağ mərkəzçi dəsti-xətti olan siysətçilərin adıarını sadalaya bilərsinizmi - öncə ölkəmizdə olanlarını, sonra xaricdəki bəzi məşhurları. - Ölkədə həm müxalifətyönlü, həm də iqtidaryönlü kifayət qədər sağ mərkəzçi partiya fəqliyyət göstərir. YAP özü sağ mərkəzçidir. ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə və s. ölkələrdə iqtidar partiyası sağ mərkəzçidir. Siyasi baxışından aslı olmayaraq, sağ mərkəzçilər bir çox dövlətlərdə hakimiyyətdədir. Çinki götürdükləri ümumi kurs xalqı təmin edir. Azərbaycanda sağ mərkəz qanadında boşluq olub-olmaması məsələsinə gəlincə, biz iddia etmirik ki partiyamız boşluq vardı deyə yarandı, biz deyirik ki, ehtiyac vardı deyə yarandı.
- Müxalifət, iqtidar, itidaryönlü. Ölkənin mətbuat və siyasət sferası üçlüyün əhatəsindədir. Azərbaycan Yüksəliş Partıyası hansı yolla gedəcək və bu yolun hansısa mərhələdə dönəcəyi, dəyişiləcəyi, qeyri-bərabər düz xətt boyunca davam edəcəyi gözləniləndirmi? - Biz müxalifət partiyası kimi fəaliyyət göstərməyə başlamışıq artıq. Yəni ölkədə kifayət qədər yığılıb qalmış problemlər var. İslahatlardan danışılır, lakin ortada islahat görünmür. Parlament seçkiləri tam bir fiasko oldu və haqlı olaraq xalq dedi, bu seçkiyə nə ehtiyac vardı, əgər heç nə dəyişməyəcəkdisə? DTX çox sayda əməliyyat keçirib və yüksək ranqlı məmurlar həbs edilib və ya istefaya göndərilib. Hamısı da rüşvət və korrupsiya üstündə. Yaxşı bəs yeni kadlar kimlərdir? Mən dəfələrlə öz müsahibələrimdə və siyasi təhlilərimdə məsələlərə münasibətimi bildirmişəm. Bu, öz yerində. Ancaq dövlətimizn təhlükəsizliyi ilə bağlı hər bir məsələdə bizim üçün iqtidar, müxalifət yoxdur. Öncə dövlət gəlir. Yəni biz ölkədə baş verən istənilən məsələ ilə bağlı məhz mərkəzçi mövqemizdən çıxış edəcəyik.
- Məşhur fikir var: siyasət mümkün olanı əldə etmək sənətidir, bunu bacaranlar da siyasətçi adlanırlar. Sizin partiya da bizim siyasətin əsaını təşkil edən bu mahiyyətə sadiq qalacaq, yoxsa, mümkün olmayanları mümkün etməyə ən azı cəhd göstərəcəksiniz. Mümkünsə necə cəht göstərəcəyinizi də qısa şəkildə cavablandırardız. - Siyasətdə mümkün olmayan yoxdur. İki siyasət adamının sözləri ilə ifadə etsək, demokratiyada çarə tükənməz və hər şeyin zamana ehtiyacı var. Ceyhun Musaoğlu |
||
|
||
"Demokratik, islahatların, inqilaba, çevrilmədən, gerçəkləşməsinin, tərəfdarıyıq", -, Anar, Əsədli, |
|